ADA – ya ekskursiya
Mədəniyyət və İncəsənət Universitetinin Kitabşünaslıq və kitabxanaçılıq kafedrasının müəllimi Nərminə Abdullayeva II kurs Kitabşünaslıq ixtisasında təhsil alan tələbələr ilə ADA Universiteti Kitabxanasına ziyarət ediblər.
3 May 2017 12:26 SosialMədəniyyət və İncəsənət Universitetinin Kitabşünaslıq və kitabxanaçılıq kafedrasının müəllimi Nərminə Abdullayeva II kurs Kitabşünaslıq ixtisasında təhsil alan tələbələr ilə ADA Universiteti Kitabxanasına ziyarət ediblər.
Universitetdən "Olaylar" - a bildirilib ki, ekskursiya kafedra müdiri, filologiya elmləri doktoru, əməkdar incəsənət xadimi, Aqşin Babayev və Kulturologiya fakültəsinin dekanı, filologiya elmləri doktoru Vasif Adilovun təşəbbüsündən irəli gələrək Kitabxana-informasiya texnologiyaları fənninin tədrisindəki bəzi texniki prosesləri və proqram-texniki vasitələri tələbələrə əyani şəkildə izah etmək məqsədi ilə həyata keçib.
ADA Universiteti Kitabxanasının direktoru Elçin Məmmədov tələbələrə ilk olaraq kitabxananın yaranma tarixi, strukturu, fondu və ümumilikdə fəaliyyəti haqqında geniş məlumat verib. Daha sonra Kitabxananın ayrı-ayrı şöbələrinin rəhbərləri əsas texnoloji və xidmət proseslərinin yerinə yetirilməsi haqqında təqdimat ilə çıxış ediblər. Kitabxanada tətbiq olunan ən son informasiya texnologiyalarının, 3M RFİD sistemi, Self Chek-in və Chek-out özünəxidmət terminalları, rəqəmsallaşdırma vasitələri, online məlumat bazaları, elektron arxiv və s. tələbələrin böyük marağına səbəb olub.