"Hər şeyə rəğmən şansımız qalıb"

Çempionlar Liqasının yarımfinal mərhələsinin ilk oyununda "Real" "Ateltiko"nu darmadağın edərək (3:0) final yolunda inamlı qələbə qazanıb. Matç başa çatdıqdan sonra hər iki komandanın baş məşqçisi fikirlərini bölüşüblər.

Çempionlar Liqasının yarımfinal mərhələsinin ilk oyununda "Real" "Ateltiko"nu darmadağın edərək (3:0) final yolunda inamlı qələbə qazanıb. Matç başa çatdıqdan sonra hər iki komandanın baş məşqçisi fikirlərini bölüşüblər.

Zinəddin Zidan ("Real"): "Biz bugünkü oyundan razıyıq, ancaq "Real"ı hələ finalda hesab etmək olmaz. Qol vurduq, əsas məsələ qol buraxmadıq. Buna baxmayaraq, hər bir halda qarşıda bir oyun yenə var. Ən möhtəşəm məqam isə Ronaldo ilə bağlıdır. O, həmişə lazım olan vaxt lazım olan yerdə olmağı bacarır. Üç qol vurdu və bütün təriflərə layiqdi. Unikal oyunçudu. Ancaq qalib gəlməyi arzulayır və daim irəli baxır".
 
Dieqo Simeone ("Atletiko"): "İlk hissədə nə bizdə, nə də rəqibdə oyun alındı. Hər iki komanda şanslar əldə etsə də, həlledici məqamlarda səhv etdik. Baxmayaraq ki, onlar hesabı açdılar, bizim də Qameyro ilə imkanımız oldu ki, Navas qola icazə vermədi. İkinci hissədə topu özümüzdə saxlasaq da, bunun bizə bir xeyri olmadı. Futbol möhtəşəm oyundu. Hər an nəsə ola bilər. Hər şeyə rəğmən düşünürəm ki, bizim davam etmək üçün şanslarımız var. Oyundan sonra uşaqlara da dedim ki, bu məğlubiyyəti unutmalıyıq. Cavab oyununda final fitinə kimi döyüşəcəyik. "Real" daha yaxşı idi və biz onları təbrik etməliyik".
 
Qeyd edək ki, iki komanda arasındakı cavab oyunu mayın 10-da "Visente Kalderon"da keçiriləcək.  Apasport.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31