Keçən ay 13983 metr qazma işi həyata keçirilib

2017-ci ilin aprel ayı ərzində SOCAR tərəfindən Müştərək Müəssisələr və Əməliyyat Şirkətləri istisna olmaqla 13983 metr qazma işi həyata keçirilib. “OLAYLAR”-ın SOCAR-a istinadən verdiyi xəbərə görə, bu sahədə görülmüş işlərin 12210 metri istismara, 1773 metri isə kəşfiyyata aid olub. Ümumiyyətlə, 2017-ci ilin yanvar-aprel aylarında SOCAR üzrə (Müştərək Müəssisələr və Əməliyyat Şirkətləri istisna olmaqla) 49596 metr qazma işi görülmüşdür ki, bunun da 45619 metri istismara, 3977 metri isə kəşfiyyata aid olub. 2017-ci ilin aprel ayında qazmadan alınmış 6, il ərzində isə 23 yeni quyu tikinti ilə başa çatdırılaraq mədənçilərə təhvil verilib.

2017-ci ilin aprel ayı ərzində SOCAR tərəfindən Müştərək Müəssisələr və Əməliyyat Şirkətləri istisna olmaqla 13983 metr qazma işi həyata keçirilib. "OLAYLAR"-ın SOCAR-a istinadən verdiyi xəbərə görə, bu sahədə görülmüş işlərin 12210 metri istismara, 1773 metri isə kəşfiyyata aid olub. Ümumiyyətlə, 2017-ci ilin yanvar-aprel aylarında SOCAR üzrə (Müştərək Müəssisələr və Əməliyyat Şirkətləri istisna olmaqla) 49596 metr qazma işi görülmüşdür ki, bunun da 45619 metri istismara, 3977 metri isə kəşfiyyata aid olub. 2017-ci ilin aprel ayında qazmadan alınmış 6, il ərzində isə 23 yeni quyu tikinti ilə başa çatdırılaraq mədənçilərə təhvil verilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31