Səməd Seyidov Ukraynaya gedir

Milli Məclisin (MM) Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov   mayın 3-də Ukraynanın paytaxtı Kiyevə  səfərə gedəcək. Bu barədə Milli Məclisdən verilən məlumata görə, millət vəkili Ukrayna parlamentində həmkarları ilə bir sıra görüşlər keçirəcək.

Milli Məclisin (MM) Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov   mayın 3-də Ukraynanın paytaxtı Kiyevə  səfərə gedəcək. Bu barədə Milli Məclisdən verilən məlumata görə, millət vəkili Ukrayna parlamentində həmkarları ilə bir sıra görüşlər keçirəcək. Görüşlərdə iki ölkə arasında parlament əlaqələrinin möhkəmləndirilməsi, beynəlxalq təşkilatlar çərçivəsində    əməkdaşlığın inkişafı məsələləri müzakirə olunacaq, qanun yaradıcılığı sahəsində qarşılıqlı təcrübə və informasiya mübadiləsi aparılacaq. Səfər mayın 4-də  başa çatacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31