Yığmamızın oyunçuları meydana çıxmadı, "Fənərbağça" çempion oldu
Qadın voleybolçular arasında Türkiyə Sultanlar Liqasına yekun vurulub. Yarışın qalibi "Fənərbağça" olub. "Sarı-lacivərdlilər" final seriyasında "Qalatasaray"ı hər 3 matçda 3:0 hesabı ilə məğlub edib. Bürünc medal uğrunda qarşılaşmada isə "Vakıfbank" "Əczaçıbaşı"dan üstün olub - 2:0.
3 May 2017 12:28 İdmanQadın voleybolçular arasında Türkiyə Sultanlar Liqasına yekun vurulub. Yarışın qalibi "Fənərbağça" olub. "Sarı-lacivərdlilər" final seriyasında "Qalatasaray"ı hər 3 matçda 3:0 hesabı ilə məğlub edib. Bürünc medal uğrunda qarşılaşmada isə "Vakıfbank" "Əczaçıbaşı"dan üstün olub - 2:0.
Sultanlar Liqasında 5-ci yer isə "Bursa BŞB"yə qismət olub. Onlar ikinci matçda da Azərbaycan millisinin hücumçusu Yana Kulanın heyətində yer aldığı "Çanakkale Bld"u məğlub ediblər - 3:0, 3:1. İlk oyunda zədələnən voleybolçumuzun adı protokola da salınmayıb. Onun kimi millimizin blokçusu Kseniya Poznyak da son qarşılaşmada meydana çıxmayıb. Onun şərəfini qoruduğu "Beşiktaş" isə ikinci görüşdə "Halkbank"a 3:2 hesabı ilə qalib gələrək, 7-ci yeri tutub. Onlar ilk matçda da 3:0 hesablı qələbəyə sevinmişdilər. Apasport.az