60 min manat işəgötürülənlərdən alınıb işçilərə verildi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti gecikdirilmiş 60 min manata yaxın sosial xarakterli ödənişlərin işəgötürənlər tərəfindən işçilərə ödənilməsini təmin edib.

Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Elman Babayev bildirib ki, vətəndaşlar tərəfindən daxil olan müraciətlər araşdırılıb və 60 min manat işəgötürülənlərdən alınaraq işçilərə verilib. Həmin vəsaitin 56448 manatı (94,1 faiz) gecikdirilmiş əmək haqlarından, 2300 manatı (3,8 faiz) işəgötürənlər tərəfindən işçilərə ödənilməli olan sosial müavinətlər və kompensasiyalardan ibarət olub. Qalan hissəsini isə zərərə görə ödənclər təşkil edib. Müraciətlərin araşdırılması zamanı ayrı-ayrı işçilərin işdən qeyri-qanuni şəkildə azad edildikləri də müəyyən edilib və görülən tədbirlər nəticəsində onların yenidən əvvəlki işlərinə bərpa edilmələri təmin olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31