Gündəm
Deputat: "Rusiya siyasətində ciddi dəyişiklik etməlidir"
“Ümumrusiya Azərbaycanlıları Konqresinin (ÜAK) qeydiyyatının ləğvi Rusiyada etnik və dini azlıqlarla necə davranıldığını və onların haqlarının kobud surətdə pozulduğunu bütün dünyaya göstərir". Bunu Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Asim Mollazadə deyib.
Putinin “agenti” Trampla gizli danışıqlar aparıb – ŞOK İDDİA
Rusiya prezidenti Vladimir Putinin ən yaxın dostlarından biri olan Viktor Medvedçuk seçkiqabağı kampaniya zamanı Donald Trampın qərargahı ilə gizli danışıqlar aparırdı.
DƏHŞƏT: atasını işdən qovan bələdiyyə sədrini öldürdü, anasının ürəyini...
1954-cü ildə Braziliyada anadan olan Pedro Rodriqez yaba ilə anasını öldürdükdən sonra ürəyini çıxarıb, bişirərək yeyib. Amansız qətllər törədən Pedro qurbanlarını əsasən cinayət aləmindən seçib.
“Azərbaycanda həm söz və fikir azadlığı, həm də siyasi plüralizm yüksək səviyyədə təmin edilir”
Azərbaycan XX əsrin 90-cı illərində ikinci dəfə müstəqillik əldə etdikdən sonra müstəqil dövlətin şərtləri və prinsiplərinə uyğun addımlar atmağa, həmin istiqamətdə inkişaf etməyə başladı. Müstəqil dövlətin əsas prinsipləri isə demokratik ənənələr, onları yaşatmaq, inkişaf etdirməkdir.
Dekan müavini tələbəni məhkəməyə verdi
Bakı Dövlət Universiteti İlahiyyat fakültəsinin dekan müavini Nigar İsmayılzadənin həmin fakültənin 4-cü kurs tələbəsi Zəka Mirağayevə qarşı xüsusi ittiham qaydasında şikayəti icraata qəbul edilib. Bu haqda vəkil Elçin Sadıqov məlumat verib. O bildirib ki, iş xüsusi ittiham qaydasında bu gün Yasamal rayon Məhkəməsinin hakimi Azər Tağıyev tərəfindən icraata qəbul edilib: “Hazırda tələbə Cinayət Məcəlləsinin 147.2-ci (böhtan, ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) və 148-ci (təhqir, yəni kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə və ya kütləvi informasiya vasitəsində şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltma) maddələri ilə təqsirləndirilir. Tələbəni 3 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir”.
Ziyafət Əsgərov parlament rəhbərlərinin sammitinə qatılacaq
Polşanın paytaxtı Varşava şəhərində Mərkəzi və Şərqi Avropa Dövlətlərinin Parlament rəhbərlərinin sammiti keçiriləcək. Tədbirdə Milli Məclisi Parlament Sədrinin birinci müavini Ziyafət Əsgərov təmsil edəcək.
Deputat: “ABŞ və Türkiyə prezidentlərinin görüşündən sonra iki ölkə arasında yeni bir mərhələnin başlanğıcının şahidi olacağıq”
Hazırda beynəlxalq siyasi aləmin diqqəti Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla ABŞ prezidenti Donald Trampla görüşü və iki dövlət başçısı arasında müzakirə olunan məsələlərə yönəlib. Nəzərə almaq lazımdır ki, Vaşinqtonda müzakirə olunan məsələlər və əldə olunan razılaşmalar dünyada baş verən proseslərə birbaşa təsir imkanına malik ola bilər. Odur ki, dövlətlər sözügedən görüşdə qəbul edilən qərardan öz maraqları üçün faydalanmağa çalışırlar.
Qənirə Paşayeva dünya qadınlarının sammitində Dağlıq Qarabağdan danışıb
Millət vəkili Qənirə Paşayeva Yaponiyanın paytaxtı Tokioda keçirilən dünya qadınlarının “Davos”u kimi tanınan Ümumdünya Qadın Sammitində iştirak edib. Deputat sammitdə müzakirə ediln məsələlərə münasibət bildirərməklə yanaşı, maraqlı təkliflərlə də çıxış edib. Qeyd edək ki, dünyanın 50-dən artıq ölkəsindən 1000-dən artıq qadının qatıldığı sammitdə müxtəlif ölkələri təmsil edən vitse-prezident qadınlar, nazir qadınlar, yüksək dövlət vəzifəsi tutan, ictimai-siyasi xadim olan qadınlar, millət vəkilləri, işgüzar qadınlar, böyük şirkətlərin qadın idarəçiləri, qeyri-hökumət rəhbərləri xanımlar qadınların ictimai-siyasi həyatda, dövlətin və cəmiyyətin idarə olunmasında, xüsusilə iqtisadiyyatda, biznesdə rolunun artırılması istiqamətində müzakirələr aparıb, konkret təkliflərlə çıxış ediblər.
Daşınmaz əmlakın qeydiyyatı üçün nə qədər rüsum tələb olunur?
Hazırda ölkədə ciddi özəlləşdirmə siyasəti həyata keçirilir. Bu məqsədlə müvafiq icra strukturları tərəfindən mütəmadi olaraq hərraclar təşkil edilir. Hərraclarda satılan daşınmaz əmlakın dövlət qeydiyyatı zamanı müəyyən zidmət haqları tələb olunur. Bəs, bu xidmət haqları və dövlət rüsumları vətəndaşların ciblərinə nə dərəcədə uyğundur?
Regionların inkişafı büdcəyə necə təsir göstərib?
Regionların inkişafı ilə əlaqədar qəbul olunmuş sosial-iqtisadi inkişaf strategiyasının mühüm tərkib hissəsi olan dövlət proqramlarının qəbulu və uğurla həyata keçirilməsi bölgələrdə investisiya qoyuluşunun artmasına, yeni müəssisələrin və iş yerlərinin azılmasına, biznes mühitinin daha da yaxşılaşdırılmasına, nəticədə əhalinin məşğulluğunun artırılmasına təkan vermişdir. Son illər dövlət regionların sosial-iqtisadi inkişafına xüsusi diqqət yetirir və bu sahədə böyük dəyişikliklər baş vermişdir. Bəs bu dəyişikliklər regionlardan vergi daxilolmalarında özünü necə göstərir?
Ölkədə vergi mədəniyyəti formalaşmaqdadır
Artıq uzun illərdir ki, Azərbaycanda qeyri-neft sektorunun inkişafı prioritet istiqamət hesab edilir. Xüsusilə, 2014-cü ildən bəri dünya bazarlarında neft qiymətlərinin kəskin şəkildə aşağı düşməsindən sonra bu sahəyə diqqət daha da artırılıb. Birmənalı olaraq qeyd etmək yerinə düşər ki, qeyri-neft sektorunun inkişaf etdirilməsində 2004-cü ildən indiyə qədər mərhələli şəkildə həyata keçirilən Regionların sosial iqtisadi inkişafı Dövlət Proqramlarının müstəsna əhəmiyyəti var.
"ÜAK-ın ləğvi Azərbaycan-Rusiya münasibətlərinə kölgə salır"
"Rusiya Ali Məhkəməsinin Ümumrusiya Azərbaycanlıları Konqresinin (ÜAK) qeydiyyatını ləğv etməsi təəssüf doğuran bir haldır". Bunu açıqlamasında millət vəkili Bəxtiyar Sadıqov deyib.
İlham Əliyev: "Bütün bu işləri ardıcıllıqla edirik ki, ölkəmiz daha da güclənsin və ölkəmizə daha da çox gəlir gəlsin"
"Bütün bu işləri ardıcıllıqla edirik ki, ölkəmiz daha da güclənsin və ölkəmizə daha da çox gəlir gəlsin". Bunu Azərbaycan Prezidenti İlham Əliyev Qaradağ rayonunda, SOCAR-ın "Caspian Drilling" Şirkətinin dəniz təchizat və logistika bazasında Heydər Əliyev adına yarımdalma qazma qurğusunun açılış mərasimində çıxışı zamanı deyib.
Olimpiya Oyunları da Azərbaycanda keçirilə bilər
Artıq bir həftəyə yaxındır ki, Bakı IV İslam Həmrəyliyi Oyunlarına evsahibliyi edir. İstər oyunların rəsmi açılış mərasimi, istərsə də bu günlərdə keçirilən yarışlar, qarşılaşmalar onu deməyə əsas verir ki, Azərbaycan bu oyunlara yüksək səviyyədə hazırlaşıb. Millət vəkili Adil Əliyev də bu qənaətdədir.
Erməni maraqlarına qurban verilən strateji tərəfdaşlıq
Son günlər Azərbaycan cəmiyyətində əsas narahatedici məqam Rusiya Ali Məhkəməsinin Ümumrusiya Azərbaycanlıları Konqresi ilə bağlı qəbul etdiyi qərardır. Xəbərlərdən də aydın olduğu kimi, mayın 15-də sözügedən qurum Ümumrusiya Azərbaycanlıları Konqresinin qeydiyyatının ləğvi barədə qərar qəbul edib. Rusiya Ali Məhkəməsinin məlum qərarı Azərbaycan cəmiyyətində birmənalı olaraq hiddət doğurub. Birmənalı olaraq Azərbaycan cəmiyyətində belə bir fikir formalaşıb ki, Rusiya Ali Məhkəməsinin Ümumrusiya Azərbaycanlıları Konqresinin qeydiyyatının ləğvi barədə qərarı bilavasitə Moskva-Bakı münasibətlərinə zərbə vurmaq məqsədi daşıyır.














