Gündəm

"Həmin məbləğin 5,5 milyon dollarını mən görməmişəm" - "Rabitə işi"

18 May 2017 16:34

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) keçmiş Aparat rəhbəri Vidadi Zeynalov, Aztelekom MMC-nin sabiq baş direktoru Məhəmməd Məmmədov, Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin sabiq rəhbəri Beytulla Hüseynov, Birliyin sabiq baş mühasibi Anar Mustafayev, AzİnTelekom MMC-nin sabiq baş direktoru Cəlil Cəfərov, Azərpoçt MMC-nin sabiq baş direktoru Qəmbər Bəybalayev, Optik Rabitə, Tikinti və Quraşdırma MMC-nin baş mühasibi Səhrab Hümbətov, Rabitə Mülki Tikinti MMC-nin direktoru Emin Məmmədov, Aztelekom MMC-nin baş mühasibi Oqtay Rüstəmov, Təmir Təchizat Servis MMC-nin direktoru Bayram Vəliyev və Optik Qurğular İdarəsinin sabiq rəisi Namazalı Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi davam edib.

Əflatun Amaşov: "Rusiyada vətəndaşların birləşmək azadlığı pozulur"

18 May 2017 16:33

"Ümumrusiya Azərbaycanlıları Konqresinin (ÜAK ) qeydiyyatının ləğvi onu göstərir ki, Rusiyada yaşayan, ona sığınan insanların hüquqları qorunmaya da bilər". Bunu  Milli Məclisin deputatı Əflatun Amaşov deyib. Onun sözlərinə görə, bu addım istər-istəməz Azərbaycan-Rusiya münasibətlərinə mənfi təsir göstərəcək: "Heç zaman Azərbaycan, azərbaycanlılar tərəfindən Rusiya dövlətçiliyinə arxadan zərbə vurulmayıb. Amma başqa xalqların nümayəndələri üçün bunu deyə bilmərik.

Nazirlik bəzi normativ sənədlərə dəyişiklik etdi

18 May 2017 16:30

Vergilər nazirinin əmrilə Vergi Məcəlləsinə edilmiş dəyişikliklərin və “Dövlət rüsumu haqqında” Qanunun tələblərindən irəli gələn məsələlərin həlli, eləcə də vergi nəzarətinin səmərəliliyinin artırılması, təhlil bazasının genişləndirilməsi məqsədilə bir neçə normativ sənəddə dəyişikliklər təsdiq edilib.

Cəbhə bölgəsində sahikarlara güzəştli kreditlər verilib

18 May 2017 16:28

İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən Ağdam rayonunun Quzanlı qəsəbəsində işgüzar forum keçirilib. İqtisadiyyat Nazirliyindən “Olaylar”a verilən məlumata görə, 90-a yaxın sahibkarın iştirak etdiyi forumda Ağdam rayonunun iqtisadi potensialının reallaşdırılması istiqamətində müzakirələr aparılıb və İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən rayonda prioritet hesab olunan taxılçılıq, cins heyvandarlıq, tərəvəzçilik, pambıqçılıq və soya əkini təsərrüfatlarının, çörək istehsalı və süd emalı müəssisələrinin yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilib, kiçik həcmli investisiya layihələrinin ümumi dəyərinin 100%-dək hissəsinin dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəyi bildirilib, sahibkarlara nümunəvi layihələr və metodiki materiallar paylanıb.

"Porsche" və "Escalade" sürürdü, inandım" - "MTN-in qadın polkovniki"nin məhkəməsi

18 May 2017 16:23

Vətəndaşlara qarşı 1 milyona yaxın dələduzluq etməkdə təqsirləndirilən Aygün Akimova və İlham Baxşıyevin cinayət işi üzrə məhkəmə keçirilib.

Evləri qarət edənlər ələ keçiblər

18 May 2017 16:21

Binəqədi rayonunda oğurluq faktının üstü açılıb. DİN-dən verilən məlumata görə, Binəqədi RPİ 4-cü PB-nin əməkdaşları tərəfindən mayın 15-də rayon ərazisindəki evlərdən birindən televizor və samovar oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri Musa Mirzəzadə və Vüsal Abdalov tutulublar. Faktla bağlı araşdırma aparılır. 

Keçmiş məhkum qadın gözəllik salonunun sahibini qarət etdi

18 May 2017 16:20

Bakının Yasamal rayonunda qeyri-adi oğurluq hadisəsi baş verib. DİN-dən verilən məlumata görə, mayın 17-də Yasamal rayonu ərazisindəki gözəllik salonlarından birinə gələn Abşeron rayon sakini Səbinə Rzayeva oranın sahibinin içərisində 372 manat və 5 ABŞ dolları pul olan çantasını açıq talama yolu ilə aparıb. S.Rzayeva Yasamal RPİ 26-cı PB-nin əməkdaşları tərəfindən tutulub. Araşdırma zamanı onun əvvəllər məhkum olunduğu müəyyən edilib.

Kəmaləddin Heydərov Niderland Krallığı Senatının sabiq sədri ilə görüşüb

18 May 2017 16:19

Azərbaycan Respublikasının fövqəladə hallar naziri Kəmaləddin Heydərov mayın 18-də Niderland Krallığı Senatının sabiq sədri, Azərbaycanın Niderlandlı Dostları Qrupunun rəhbəri Rene Van der Lindenin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Bu barədə Komitədən “Olaylar”a verilən məlumata görə, qonağı səmimiyyətlə salamlayan fövqəladə hallar naziri Kəmaləddin Heydərov ölkəmizdə fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması, həmçinin, su ehtiyatlarının idarə olunması sahəsində görülən işlər barədə ətraflı məlumat verib, Niderland Krallığının müvafiq strukturları ilə əməkdaşlığın əhəmiyyətini vurğulayıb.

Bu yollarda hərəkət məhdudlaşdırılacaq - Ara yollarla gedin

18 May 2017 16:10

Aparılan təmir-tikinti işləri ilə əlaqədar olaraq 19 may 2017-ci il tarixində səhər saatlarından Mehdiabad-Digah-Məmmədli avtomobil yolunun Zabrat-Kürdəxanı yolu ilə Məmmədli qəsəbəsi arasında yerləşən hissəsində avtonəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılır.

Kafedra müdiri vəzifəsindən azad edildi

18 May 2017 16:09

BDU-nun Jurnalistika fakültəsinin Televiziya və Radio jurnalistikası kafedrasının müdiri Aynur Kərimova vəzifəsindən azad edilib. Bu barədə BDU-nun mətbuat xidmətindən bildiriblər. Məlumata görə, kafedra müdiri vəzifəsi seçkili olduğuna görə hər 4 ildən bir müsabiqə elan olunur. Bu il də Bakı Dövlət Universitetində vakant olan bir neçə kafedra müdiri vəzifəsini tutmaq üçün müsabiqə elan olunub. Həmin kafedranın müdiri vəzifəsini tutmaq üçün 2 nəfər - dosent Aynur Kərimova və filologiya üzrə elmlər doktoru Allahverdi Məmmədli sənədlərini təqdim edib.

Müşfiq Ələsgərli: “Bu, media üçün çox önəmli məqamdır”

18 May 2017 15:58

“Beynəlxalq jurnalist təşkilatlarının maraqlı bir tezisi var: deyirlər ki, “peşəkar jurnalistika layiqli iş mühitindən və layiqli  təminatdan keçir”. Təbii ki, jurnalist nə qədər çalışqan, işinə, peşə prinsiplərinə sadiq  olursa-olsun, əməyinin qarşılığını almayınca, gündəlik qayğılarını, ehtiyaclarını ödəyə bilmirsə, bu sahəni tərk edir, dolanışıq üçün başqa sahələrə üz tutur. Biz Azərbaycan mediasında da müəyyən müddət bu halın şahidi olmuşduq”. Bunu  Jurnalistlərin Həmkarlar İttifaqının sədri, Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərli deyib.

Akif Nağı: “Azərbaycan özünün konkret müttəfiqlərini müəyyənləşdirməlidir” 

18 May 2017 15:53

“Ümumiyyətlə beynəlxalq təşkilatların Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyi birmənalı olaraq aydındır. Onlardan başqa mövqe gözləməyə bundan sonra da ehtiyac yoxdur”. Bunu Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı deyib.

Politoloq: “Rusiya Azərbaycana qarşı məkrli siyasətini davam etdirir”

18 May 2017 15:52

“Rusiya Federasiyasının Ali məhkəməsi Ümumrusiya Azərbaycanlıları Konqresinin (ÜAK) ləğv olunması haqqında Ədliyyə Nazirliyinin qaldırdığı vəsadəti təmin edib. Bir sıra politoloqlar bu qərarın Rusiya-Azərbaycan münasibələrinin  korlanmasına yönəlmiş “erməni barmağı” kimi dəyərləndirirlər. Əslində hadisənin bu formada qiymətləndirilməsi bir qədər qorxaq  yanaşmadır və eşşəyi qoyub palanı döyəcləmək məsəlini xatırladır. Ən üzücü olan isə Rusiyanın belə bir qərar verməsində məntiqin olmamasıdır. Azərbaycan tərəfi Rusiya ilə münasibətdə hər zaman açıq siyasət apararaq, yaxın qonşuluq və dostluq  əlaqələrinə səmimi olaraq əməl edib”. Bunu  politoloq Vasif Əfəndiyev deyib.