Muğam Mərkəzində “Ritm varsa həyat var”
18 May 2017 16:58 MədəniyyətMuğam Mərkəzində əməkdar artist Natiq Şirinovun rəhbərliyi ilə "Natiq ritm qrupunun "Ritm varsa həyat var" adlı solo konserti baş tutdu. Mərkəzdən "Olaylar" - a bildirlib ki, musiqi mədəniyyətimizin tarixində ilk dəfə zərb alətlərinin birgə ahəngini gerçəkləşdirən "Natiq ritm qrupu" tamaşaçıları təəccübləndirməyi bacardı. İfaçı Azərbaycanın ilk ritm bəstəkarıdır.O, öz musiqi qrupu ilə birlikdə Beynəlxalq mükafatlarla və adlarla təltif olunub.
Konsertdə ilk öncə həyatın hər bir anında, təbiətdə mövcud olan hər bir səsdə ritmin mövcudluğunu nümayiş etdirən video çarx nümayiş olundu. Bir çox ilklərin yaşandığı konsertdə Azan da səsləndi.Sonra Qafqazın ən böyük diametri 1 metr olan nağaranın ritmləri altında "Həyat varsa ritm var" adlı kompozisiya səsləndirildi. Konsert zamanı qrupun ifasında "Qatar" kompozisiyası, Şahmar Ələkbərzadənin "Nağara" şeri, "Mehriban" kompozisiyası, "Qaval rəqsi", " Bir qəlbdə iki ruh", "Söz və ritm", "Nağarada arabeska", "Qaytağı" musiqi nömrələri ifa olundu.
Qrupun tərkibində Ümüd Şirinov, Hikmət Rzayev,Elbəy İsgəndərov, Seymur Cəbrayılov, Fərid Nəzirov,Məqsəd Əzizov, Namiq Şirinov, Bayram Üzeyirov, Anar Abbasov, Samir Əliyev çıxış etdilər.