Gənc Tamaşaçılar Teatrı bölgələrdə

Gənc Tamaşaçılar Teatrının yaradıcı heyəti iyun ayında Respublikamızın bölgələrinə qastrol səfəri edəcək. Səfər Prezidentin təsdiq etdiyi "Azərbaycan teatrı 2009-2019-cu illərdə" Dövlət Proqramı çərçivəsində baş tutacaq.

Teatrdan "Olaylar" - a bildirlib ki, teatrın yaradıcı heyəti milli dramaturgiyamızın banisi, ölməz Mirzə Fətəli Axundzadənin "Sərgüzəşti Vəziri Xani Lənkəran" əsəri əsasında hazırlanmış eyniadlı tamaşa ilə Şamaxı, Ağsu, İsmayıllı, Qəbələ, Oğuz, Qax, Zaqatala və Balakən rayonlarında çıxış edəcək.

Tamaşanın quruluşçu rejissoru Xalq Artisti, Prezident Təqaüdçüsü, Şöhrət ordenli Cənnət Səlimovadı.

Verilən məlumata görə, qastrol səfəri bu il iyun ayının 12-dən - 16-dək baş tutacaq və tamaşamız adıçəkilən rayonların ümumtəhsil məktəblərində təhsil alan şagirdlərə nümayiş etdiriləcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31