Erməni maraqlarına qurban verilən strateji tərəfdaşlıq
Son günlər Azərbaycan cəmiyyətində əsas narahatedici məqam Rusiya Ali Məhkəməsinin Ümumrusiya Azərbaycanlıları Konqresi ilə bağlı qəbul etdiyi qərardır. Xəbərlərdən də aydın olduğu kimi, mayın 15-də sözügedən qurum Ümumrusiya Azərbaycanlıları Konqresinin qeydiyyatının ləğvi barədə qərar qəbul edib. Rusiya Ali Məhkəməsinin məlum qərarı Azərbaycan cəmiyyətində birmənalı olaraq hiddət doğurub. Birmənalı olaraq Azərbaycan cəmiyyətində belə bir fikir formalaşıb ki, Rusiya Ali Məhkəməsinin Ümumrusiya Azərbaycanlıları Konqresinin qeydiyyatının ləğvi barədə qərarı bilavasitə Moskva-Bakı münasibətlərinə zərbə vurmaq məqsədi daşıyır.
18 May 2017 15:05 SiyasətSon günlər Azərbaycan cəmiyyətində əsas narahatedici məqam Rusiya Ali Məhkəməsinin Ümumrusiya Azərbaycanlıları Konqresi ilə bağlı qəbul etdiyi qərardır. Xəbərlərdən də aydın olduğu kimi, mayın 15-də sözügedən qurum Ümumrusiya Azərbaycanlıları Konqresinin qeydiyyatının ləğvi barədə qərar qəbul edib. Rusiya Ali Məhkəməsinin məlum qərarı Azərbaycan cəmiyyətində birmənalı olaraq hiddət doğurub. Birmənalı olaraq Azərbaycan cəmiyyətində belə bir fikir formalaşıb ki, Rusiya Ali Məhkəməsinin Ümumrusiya Azərbaycanlıları Konqresinin qeydiyyatının ləğvi barədə qərarı bilavasitə Moskva-Bakı münasibətlərinə zərbə vurmaq məqsədi daşıyır.
Heç kəsə sirr deyil ki, Azərbaycanın regional səviyyədə əməkdaşlıq qurduğu ölkələrdən biri də Rusiyadır. Rusiya ilə Azərbaycanı tarixi köklər, mədəni əlaqələr birləşdirir. İki ölkə arasında yüksək səviyyəli siyasi, iqtisadi, mədəni və humanitar əlaqələr mövcuddur. İstər ikitərəfli, istərsə də çoxtərəfli formatda keçirilən görüşlərdə, beynəlxalq toplantı və forumlarda, təşkilat və qurumlarda Bakı və Moskva bir-birinin mövqeyini dəstəkləyir, müdafiə edir. Bütün bu münasibətlərin qurulmasında və hazırkı mərhələyə gəlib çatmasında heç şübhəsiz ki, ümummilli lider Heydər Əliyevin əvəzsiz xidmətləri olub. Heydər Əliyev Rusiya ilə Azərbaycan arasında münasibətlərin inkişaf etdirilməsində diasporun əhəmiyyətini xüsusi vurğulayır, şimal qonşumuza səfəri zamanə hər dəfə imkan tapıb oradakı soydaşlarımızla görüşürdü. Ümumrusiya Azərbaycanlıları Konqresinin təsis toplantısında məhz Heydər Əliyevin də iştirakı ümummilli liderin Rusiyadakı Azərbaycan diasporuna verdiyi önəmin, göstərdiyi diqqət və qayğının təzahürü idi.
Ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulan və hazırkı mərhələdə yüksələn xətlə inkişaf edən Rusiya-Azərbaycan münasibətlərinin biu günkü durumu şimal qonşumuzdakı antiAzərbaycan qüvvələri, xüsusilə erməni lobbisini ciddi şəkildə narahat edir və həmin qüvvələr imkan düşdükcə Rusiya ilə Azərbaycan arasındakı münasibətlərə zərbə vurmağa çalışırlar. Yaxın tarixə nəzər salsaq görərik ki, buna oxşar cəhdlər bir neçə dəfə təkrarlanıb. Hələ 2013-cü ilin prezident seçkiləri zamanı Rusiyada fəaliyyətini Azərbaycan əleyhinə qurmuş "Milyaderlər İttifaqının" yaradılması, radikal müxalifətin yaratmış olduğu Milli Şuranın prezidentliyə namizəd görmək istədiyi Rüstəm İbrahimbəyovun rəsmi Moskva tərəfindən dəstəklənməsi barədə yayılan xəbərlər, eləcə də bir müddət əvvəl Rusiyanın Ermənistana "İsgəndər" raketləri satması barədə gündəmi zəbt edən informasiyalar bütün bunların təzahürü idi. Hazırda da Ümumrusiya Azərbaycanlıları Konqresi ətrafında gedən proseslər cərəyan edən hadisələrin bir mərkəzdən idarə edildiyindən xəbər verir".
Birmənalı olaraq onu da qeyd edə bilərik ki, Ümumrusiya Azərbaycanlıları Konqresinin qeydiyyatının ləğvi barədə qərar erməni maraqlarına xidmət edən bir addımdır: "Çünki rəsmi İrəvan, eləcə də Rusiya və digər ölkələrdə fəaliyyət göstərən erməni lobbisi xüsusilə keçən ilin aprel ayında cəbhədə baş vermiş gərgin döyüşlərdən sonra Moskva-Bakı münasibətlərinə ciddi şəkildə zərbə vurmağa çalışırdılar. Həmin ərəfədə belə bir məlumat dövriyyəyə buraxılmışdı ki, guya Azərbaycan Silahlı Qüvvələrinə aprel qələbəsi zamanı Rusiyadan almış olduğu silahlar böyük fayda verib. Bu birmənalıdır ki, Azərbaycan müharibə vəziyyətində olduğundan öz ordu potensialını gücləndirir. Bunun üçün də təkcə Rusiya deyil, eləcə də hərbi sahədə inkişaf etmiş digər ölkələrdən silah-sursat, hərbi texnika alır. Eyni zamanda Azərbaycanın öz hərbi potensialı, hərbi texnika istehsalı da mövcuddur. Ona görə də aprel qələbəsini sırf Rusiya amili ilə əlaqələndirmək doğru olmaz. Əksinə məhz Rusiyanın ciddi şəkildə müdaxiləsi Azərbaycanın aprel qələbəsinin davamlı olmasının qaşısını aldı.
Göründüyü kimi, ermənilər Azərbaycanın Rusiya ilə münasibətlərinin bu şəkildə inkişafında qətiyyən razı deyillər və bu səbəbdən Ümumrusiya Azərbaycanlıları Konqresinin qeydiyyatının ləğvinə nail oldular. Amma ermənilərin cəhdlərinə rəğmən rəsmi Moskvanın belə bir qərar alması heç də doğru yanaşma deyil və Azərbaycanla strateji əməkdaşlıq prinsiplərinə ziddir. Düzdür, Rusiyada deyə bilərlər ki, məhkəmə hakimiyyəti müstəqildir və ona Kremlin təzyiqi mümkün deyil. Bu sözdə belə ola bilər. Amma hər kəsə bəllidir ki, Rusiya məhkəmələri qeyri-rəsmi də olsa Kremldən idarə olunur və onun tövsiyyəsini icra edir. Odur ki, Kreml də Azərbaycan-Rusiya münasibətlərini, strateji tərəfdaşlığını, ən əsası Azərbaycanda ruslar üçün yaradılmış şəraiti nəzərə alaraq belə bir addımın atılmasının qarşısını ala bilərdi. Görünür, artıq Kreml də erməni təsirləri altındadır.
Süleyman