Ziyafət Əsgərov parlament rəhbərlərinin sammitinə qatılacaq

Polşanın paytaxtı Varşava şəhərində  Mərkəzi və Şərqi Avropa  Dövlətlərinin Parlament rəhbərlərinin sammiti keçiriləcək. Tədbirdə Milli Məclisi Parlament Sədrinin birinci müavini Ziyafət Əsgərov təmsil edəcək.

Polşanın paytaxtı Varşava şəhərində  Mərkəzi və Şərqi Avropa  Dövlətlərinin Parlament rəhbərlərinin sammiti keçiriləcək. Tədbirdə Milli Məclisi Parlament Sədrinin birinci müavini Ziyafət Əsgərov təmsil edəcək. Milli Məclisdən "Olaylar"a verilən məlumata görə, sammitdə regional təhlükəsizlik, Şimal-Cənub layihəsi çərçivəsində infrastrukturun inkişafı sahəsində əməkdaşlıq, xarici siyasətdə milli parlamentlərin rolu, Mərkəzi və Şərqi Avropanı unikal edən dəyərlər və digər mövzularda müzakirələr aparılacaqdır.  Ziyafət Əsgərov müzakirə olunacaq mövzularla bağlı çıxış edəcək, məsələlərə münasibət bildirəcəkdir. Sammit çərçivəsində bütün nümayəndə heyəti rəhbərlərinin Polşa Prezidenti ilə görüşləri də nəzərdə tutulmuşdur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31