Gündəm
ÜAK-ın ləğvi siyasi qərardır
Rusiya Ədliyyə Nazirliyinin təqdimatı əsasında bu ölkənin Ali Məhkəməsinin Ümumrusiya Azərbaycanlıları Konqresinin (ÜAK) qeydiyyatını ləğv etməsi şübhəsiz ki, iki ölkə arasındakı münasibətlərə təsirsiz ötüşməyəcək. Nəzərə alsaq ki, Azərbaycanla Rusiya strateji müttəfiq ölkələrdir, siyasi, iqtisadi, hərbi və mədənu əlaqələri mövcuddur, üstəlik beynəlxalq təşkilatlarda bir-birlərimim maraqlarını müdafiə edirlər, onda sözügedən qərarın hüquqi müstəvidə qəbul eilməsi barədə düşünmək sadəlövlük olardı. Çox güman ki, Rusiya ATƏT-in Minsk qrupunun həmsədri kimi belə bir addım atarkən gözlənilən reaksiyanə da nəzərə alıb. Bu isə o anlama gəlir ki, Rusiya Ali Məhkəməsinin məlum qərarı sırf siyasi xarakter daşıyır.
Ermənistan növbəti təxribata hazırlaşır
Son həftələr Ermənistanın cəbhə xəttində təxribat hərəkətlərinin sayı artıb. Əvvəlki aylara nisbətən cəbhə xəttində atəşkəs rejiminin avtomat silahlar deyil, pulemyot və minaatanlar vasitəsilə pozulması, Azərbaycan Silahlı Qüvvələrinin strateji əhəmiyyət kəsb edən nöqtələrini hədəf almaq üçün işğal altında olan ərazilərimizdə yeni raket qurğularının yerləşdirilməsi, eləcə də artıq silahlı qüvvələrin mövqeləri ilə yanaşı yaşayış məntəqlərinin də atəşə məruz qalması deyilənləri təsdiqləyir. Məlumat üçün qeyd edək ki, mayın 15-də cəbhənin Füzuli-Xocavənd istiqamətində Ermənistan hava hücumundan müdafiə qoşunlarına məxsus “OSA” zenit-raket kompleksi hərbi qulluqçular tərəfindən müdafiənin ön xəttində yeni mövqeyə çıxarılaraq hava məkanını nəzarətə götürməyə cəhd göstərilib. Azərbaycanın uçuş aparatlarına yaranan real təhlükənin və düşmənin aktivliyinin qarşısını almaq məqsədilə Ermənistanın “OSA” zenit-raket kompleksi və nəqliyyat-doldurucu maşını atəşlə tam sıradan çıxarılıb, şəxsi heyəti məhv edilib. Ekipajı 5 nəfərdən ibarət olan “OSA” zenit-raket kompleksi hava hədəflərini 45 kilometr radiusda aşkar edərək izləməyə götürməyə və 9 kilometr uzaqlıqda məhv etməyə qadirdir.
Dərman qutusunda narkotik vasitə aşkar edilib
Biləsuvar Gömrük İdarəsinin "Qoşa Təpə" gömrük postunda İran İslam Respublikasından Azərbaycan Respublikasına piyada gələn İran vətəndaşına məxsus dərman qutusuna baxış keçirilib. Dövlət Gömrük Komitəsindən “Olaylar”a verilən məlumata görə, baxış zamanı qutuda təsiredici maddəsinin ümumi miqdarı 0,285 qram olan narkotik vasitə - metadon aşkar edilib. Faktla bağlı araşdırma aparılır.
3200 ədəd siqaret aşkar edilib
Tovuz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında "Sınıq Körpü" gömrük postunun idxal nəzarəti zonasında Gürcüstan Respublikasından Azərbaycan Respublikasına gələn Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi "Vaz-21063" markalı nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib. Dövlət Gömrük Komitəsindən “Olaylar”a verilən məlumata görə, yoxlama zamanı avtomobilin yük yerindəki ehtiyyat təkərin altından, cihazlar panelinin içindən və ön oturacağın altından gömrük nəzarətindən gizlədilən ümumilikdə 3200 ədəd "Pirveli" markalı siqaretlər aşkar edilib. Faktla bağlı araşdırma aparılır.
İqtisadiyyatda muzdla çalışanların statistikası açıqlanıb
2017-ci il aprelin 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1515,8 min nəfər olmuş, onlardan 889,2 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 626,6 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərmişdir.
Tarix İnstitutunda skiflərin Azərbaycan tarixindəki roluna həsr olunmuş doktorluq dissertasiyası müzakirə edilib
“Skiflər Azərbaycan xalqının formalaşmasında yaxından iştirak etmiş qədim tayfa ittifaqlarından biridir”. Bunu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudov “Skiflər və onların Azərbaycan tarixində yeri” mövzusundakı doktorluq dissertasiyasının müzakirəsində deyib.
Rafael Hüseynov: “Onlar əslində cinsi azlıq deyil, cinsi çoxluqdur”
“Kabel şəbəkəsi haqqında” qanun layihəsinin parlament komitəsində müzakirəsi zamanı maraqlı anlar yaşanıb. “Olaylar” xəbər verir ki, hər zaman sərt və ibrətamiz çıxışları ilə yadda qalan millət vəkili, professor Fəzail İbrahimli növbəti dəfə ciddi iradlarını dilə gətirib. F. İbrahimli üzvü olduğu Milli Məclisin (MM) Mədəniyyət komitəsinin mayın 18-də keçirilən son iclasında ilk öncə kabel şəbəkəsi yayımçılarının xarici reklamlarla bağlı iradlarına öz narazılığını ifadə edib: “Belə çıxır ki, onların hay-küyü elə öz mənafeləri üçündür. Çünki xarici reklamlar dayandırılarsa, onların maraqlarına, mənfəətlərinə “ciddi” zərər dəymiş olacaq.
İlham Əliyev: "Xarici tərəfdaşları Azərbaycana investisiya qoymağa cəlb etməsəydik, bu gün ölkənin iqtisadi vəziyyəti tam fərqli ola bilərdi"
Azərbaycanda neft sənayesi uğurla inkişaf edir. Bunu Azərbaycan Prezidenti İlham Əliyev Qaradağ rayonunda, SOCAR-ın "Caspian Drilling" Şirkətinin dəniz təchizat və logistika bazasında Heydər Əliyev adına yarımdalma qazma qurğusunun açılış mərasimində çıxışı zamanı deyib.
Enerji bazarında inqilab: yanar buz çıxarıldı - VİDEO
Çinli neftçilər dünyada ilk dəfə olaraq "yanar buz" adlanan təbii qaz hidratını əldə ediblər. "Yanar buz" Cənubi Çin dənizində çıxarılıb. Bu barədə Çin Xalq Respublikasının Torpaq və Təbii Ehtiyatlar Nazirliyi rəsmi açıqlama yayıb. "Bu, bir qədər əvvəl ABŞ-da yaşanmış "şist inqilabı" kimi çox ciddi, böyük hadisədir. Sonucda enerjidən istifadə metodları köklü şəkildə dəyişəcək", - nazirliyin Geoloji Tədqiqatlar İdarəsinin rəis müavini Li Szinfa deyib.
Ermənistan hökuməti istefa verdi
Ermənistan hökuməti istefa verib. Prezident Serj Sarkisyan hökumətin istefasını qəbul edib. Hazırkı hökumətin üzvləri yeni hökumət formalaşanadək səlahiyyətlərini icra edəcəklər.
Ermənistanda 70 yaşlı həkim parlament sədri seçildi
Ermənistan parlamentinin yeni sədri respublikaçı, ixtisasca həkim olan Ara Babloyan olacaq. Qərar hakim Respublika partiyasının Ali orqanının iclası zamanı qəbul edilib. Eyni zamanda "Respublika" partiyasından parlamentin vitse-spikerliyinə iki namizəd irəli sürlüb. Onlar Eduard Şarmazanov və Arpine Hovhannisyandır. Həmçinin parlamentin vitse-spikeri vəzifəsinə müxalif "Çiçəklənən Ermənistan" partiyası da namizədini irəli sürəcək. Artıq, müxalif partiya bu vəzifəyə dünən Mikayel Melkomyanın namizədliyini irəli sürmək qərarına gəlib.
""İskəndər" sistemlərinin Ermənistana verilməsi vəziyyəti destabilizə edir" - Helsinki komissiyası
ABŞ Helsinki komissiyasının sədri, senator Rocer Uiker Vaşinqtonda keçirilmiş dinləmələrdə Rusiya tərəfindən qonşu ölkələrə təhlükəli silah sistemlərinin verilməsi faktını qaldırıb. Senator Rusiyanın ATƏT üzvü olan Ermənistana "İskəndər-E" raket sistemlərinin təhvil verdiyini vurğulayıb.
Qadın basketbolçularımız hər iki oyunu qalib başa vurdular - Bakı-2017
Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarında 3X3 basketbol yarışına start verilib. İlk oyun günündə qadın basketbolçulardan ibarət millimiz Türkmənistanla qarşılaşıb. İdmançılarımız daha üstün oyun nümayiş etdiriblər - 16:7. Yığmamız ikinci oyunda isə Əlcəzair komandasına qalib gəlib - 20:14.
Şimali Kipr televiziyasında ÜAK-ın ləğvi ilə bağlı müzakirə aparılıb
Şimali Kiprin yüzdən artıq ölkədə yayımlanan "Gənc TV" kanalında "Həftəyə baxış" analitik proqramının növbəti buraxılışı "Bakı-2017" IV İslam Həmrəyliyi Oyunları və Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) qeydiyyatının ləğvinə həsr olunub.
Kabel yayımı sahəsi mütləq qanunla tənzimlənməlidir
“Kabel şəbəkəsi yayımı haqqında” qanun layihəsi çox əhəmiyyətli, deyərdim ki, strateyi bir qanun layihəsidir. Təsadüfi də deyil ki, ötən müddət ərzində bu sənədlə bağlı dəfələrlə bir araya gəlmiş və müzakirələr aparmışıq. Parlamentin sonuncu iclasında da bu sənəd ciddi müzakirələrdən keçirildi və birinci oxunuşda qəbul olundu. Bu, onu deməyə əsas verir ki, belə bir sənədin qəbulu olduqca vacibdir”.














