Gündəm
Bakıda səfirliyin yaxınlığında nə baş verib?
Ötən gün Yasamal rayonu ərazisində yerləşən xarici dövlətlərdən birinin səfirliyinin yaxınlığında insident olub. Bu haqda Daxili İşlər Nazirliyindən verilən məlumata görə, mayın 17-də DİN-in Baş İctimai Təhlükəsizlik İdarəsinə bilavasitə tabe olan Diplomatik Nümayəndəliklərin mühafizəsi üzrə Əlahiddə Polis Taborunun əməkdaşları polis serjantları Ramin Qədimov və Rüstəm Məhərrəmov paytaxtın Yasamal rayonu ərazisində yerləşən xarici dövlətlərdən birinin səfirliyində xidmət apararkən səhər saat 11 radələrində Hüseyn Cavid prospektindəki “Favorit” supermarketdən bir nəfərin çıxıb qaçdığını görüblər. Onun arxasınca çıxan supermarketin işçiləri “oğrunu saxlayın” deyə kömək istəyiblər.
Türkiyədə populyar olmayan kanallar Azərbaycanda yayımlanır
“Bu gün Azərbaycanda Türkiyənin elə kanalları translyasiya olunur ki, onlar heç Türkiyənin özündə o qədər populyar və xüsusi çəkiyə malik deyillər”.“Olaylar”ın məlumatına görə, bunu Milli Məclisin Mədəniyyət komitəsinin sədri Rəfael Hüseynov komitənin bu günki iclasında “Kabel şəbəkəsi yayımı haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.
Komitə sədri: “ÜAK-ın qeydiyyatının bərpası üçün sonadək mübarizə aparımalıdır”
“Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) qeydiyyatının ləğv edilməsi Rusiya-Azərbaycan münasibətlərinə zərbə vurmaq istəyən qüvvələrin fəaliyyətinin nəticəsidir”. Bu sözlər Milli Məclisin Aqrar siyasət Komitəsinin sədri Eldar İbrahimov Rusiya Ədliyyə Nazirliyinin təqdimatı əsasında Rusiya Ali Məhkəməsinin mayın 15-də ÜAK-ın qeydiyyatını ləğvinə daiq qərarını şərh edərkən deyib.
Kabel şəbəkəsi yayımçıları qanun layihəsinə etiraz edib
“Kabel şəbəkəsi yayımı haqqında” qanun çoxdan bəri Azərbaycan qanunvericilik bazasında yerini gözləyən bir sənəd idi. Yəni, belə demək mümkünsə, “Radio və televiziya yayımı haqqında” 2000-ci ilin əvvəllərində qəbul olunan mövcud qanunun müvafiq maddəsi bu sənədin hazırlanması və qəbulunu zəruri edirdi”.
Şumaxerin xanımını hədələdilər: "Uşaqlarınız öldürüləcək"
"Formula 1" üzrə 7 dəfə çempion olmuş Mixael Şumaxerin həyat yoldaşı Korinna övladlarının öldürülməsi ilə hədələnib. Naməlum şəxs Korinnanın elektron poçtuna ismarış yollayıb: "Əgər pulları 2016-cı ilin martın 31-dək göndərməsiniz, uşaqlarınız öldürüləcək".
Rus turistlərin olduğu avtobus qəzaya düşdü
Türkiyədə Rusiya turistlərinin olduğu mikroavtobus dərəyə yuvarlanıb. “Olaylar” “Miliyyet” - ə istinadən bildirir ki, Muğla – Denizli magistral yolunda səhər saatlarında baş verən qəzada azı 18 nəfərin yaralandığı bildirilir.
500-dən çox fahişə saxlanıldı: "Ərimdən intiqam almaq üçün fahişəlik etdim"
Türkiyənin Adana və Samsun şəhərlərində böyük əməliyyat keçirilib. İnsan alverinə qarşı keçirilən əməliyyatda 500-dən çox qadın saxlanılıb. Məlum olub ki, qadınlar eskort saytlarında xidmət təklif edirmiş. Polisin təqibi nəticəsində Adana və Samsunda yüzlərlə fahişə qadının əməlləri ifşa olunub.
Sona Vəliyevanın poeziyasında sufi və hürufiliyə dönüş
İstedadlı şairə Sona Vəliyevanın “Arazbarı” şeirlər kitabından sonra daha yeni bir “Dünya Tanrı biçimdədir” adlı kitabı da işıq üzü gördü.
191 iş üzrə 36936,46 manat məbləğində ödəmə tətbiq edilib
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən ölkə ərazisində ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə araşdırma aparılıb.
Külli miqdarda çətənə kolu məhv edildi
Şəmkir rayonu ərazisində yabanı halda bitən çətənə kolları aşkar edilərək məhv edilib. “Olaylar” Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinə istinadən xəbər verir ki, Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Təzəkənd kəndi ərazisindən yabanı halda bitən, ümumi çəkisi 7 ton 134 kiloqram olan 9 min 14 ədəd çətənə kolu aşkar edilərək məhv edilib.
Sürücülərə qarşı tələblər sərtləşdirildi
Ümumi istifadədə olan avtomobil nəqliyyatı ilə beynəlxalq və ölkədaxili sərnişin və yük daşımalarını yerinə yetirən sürücülərə dair tələblər artırılıb.“Olaylar”ın məlumatına görə, Nazirlər Kabineti bununla bağlı “Nəqliyyat vasitələri sürücülərinin hazırlanması və onların ixtisasının artırılması kursları haqqında Əsasnamə”, “Avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması Qaydaları” və “Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasına dair müsabiqənin keçirilməsi Qaydası”na dəyişiklik edib.Beləliklə, bundan sonra ümumi istifadədə olan avtomobil nəqliyyatı ilə beynəlxalq və ölkədaxili sərnişin və yük daşımalarını yerinə yetirən sürücülərdən Nazirlər Kabineti tərəfindən iş və istirahət rejiminin xüsusiyyətlərinə dair təsdiq edilmiş xüsusi proqram üzrə hazırlıq keçmək tələb olunacaq.
İsa Həbibbəyli: “IV İslam Həmrəyliyi Oyunları müstəqil Azərbaycan dövlətinin həmrəylik siyasətinin möhtəşəm təqdimatıdır”
"IV İslam Həmrəyliyi Oyunlarının açılış mərasimi müstəqil Azərbaycan Respublikasında müasir və hərtərəfli inkişafın böyük təntənəsini nümayiş etdirdi. Bundan əvvəl Avropa Oyunlarında qazanılmış zəngin təcrübə “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının möhkəm bünövrəsini təşkil edir.
Nazir müavini: “Bu sahədəki vəziyyətdən xəbərdaram”
“Mən özüm 20 ildən çoxdur ki, qeyri-hökumət təşkilatının rəhbəriyəm. Yəni, Azərbaycan Milli Paralimpiya Komitəsinin prezidentiyəm”. “Olaylar” xəbər verir ki, bunu Milli Məclisin (MM) Əmək və sosial siyasət komitəsinin təşəbbüsü ilə mayın 18-də parlamentdə “Sosial xidmət haqqında” qanunun icrasına həsr olunmuş ictimai dinləmələrdə əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İlqar Rəhimov deyib.
“Sosial xidmət haqqında” qanunun icrası ilə bağlı problemlər yaranıb
Milli Məclisin (MM) Əmək və sosial siyasət komitəsinin təşəbbüsü ilə mayın 18-də parlamentdə növbəti ictimai dinləmələr təşkil edilib. “Olaylar” xəbər verir ki, ictimai dinləmələrdə millət vəkilləri, Nazirlər Kabinetinin, Əmək və Əhalinin Sosial Müdafiəsi, Səhiyyə nazirliklərinin və digər qurumların təmsilçiləri iştirak ediblər.
Parlamentin iclası təxirə salındı
Milli Məclisin may ayında keçirilməsi nəzərdə tutulan iki iclasının vaxtı dəyişdirilib. Bu barədə parlamentdən verilən məlumatda bildirilib. Məlumatda qeyd olunur ki, iki iclas birləşdirilərək, başqa günə keçirilib. Nəticədə növbəti plenar iclas mayın 31-ə təyin olunub. Bu, MM-in yaz sessiyasında sonuncu iclası olacaq.














