Gündəm

Peşə hazırlığı və əlavə təhsil kurslarının təşkili  47,8 min nəfəri əhatə edib

18 May 2017 13:02

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən peşə hazırlığı və əlavə təhsil kurslarının təşkili və  gənclər üçün peşəyönümü tədbirləri cari ilin 4 ayında 47,8 min nəfərə yaxın şəxsi əhatə edib.

Təhsil haqlarının endirilməsinə səbəb nədir?

18 May 2017 13:00

Azərbaycanda bir sıra özəl ali məktəblər ölkədə baş vermiş devalvasiyları nəzərə alaraq təhsil haqlarını aşağı salıb. Özəl universitetlərinin buna getməsinin səbəbi isə ötən ilki qəbul prosesində bir çox plan yerlərinin boş qalması ilə bağlıdır.  Maraqlıdır ki, həmin proses dövlət ali məktəblərində də baş verə bilərmi? 

Ermənistan ordusunda ciddi itki - 26 hərbçi öldü

18 May 2017 12:58

Bu il ərzində Ermənistan Silahlı qüvvələrində ölüm halları kəskin şəkildə artıb və bu məqam hüquq-mühafizə sistemində ciddi narahatlıqlar doğurur. Bu barədə məlumatı "Johovurd" nəşri yayıb. Qəzet rəsmi məlumatlara əsasən bildirir ki, 2017-ci ilin yanvar ayından hazırkı dövrə qədər Ermənistan ordusunda 26 ölüm halı qeydə alınıb. 

Türkiyə baş nazirinin yeni vəzifəsi bəlli oldu

18 May 2017 12:57

Türkiyədə hakimiyyətdə olan Ədalət və İnkişaf Partiyasının (AKP) nizamnaməsi dəyişdiriləcək. Bu barədə partiyanın siyasi və hüquqi məsələlər üzrə sədr müavini Həyati Yazıcı məlumat verib. O deyib ki, yeni nizamnamə ilə partiya sədrinin müşaviri müəyyənləşdiriləcək.

Boatenq müqaviləsinini müddətini 3 il artırdı

18 May 2017 12:54

Kevin-Prins Boatenq "Las Palmas"la müqaviləsinin müddətini uzadıb. Qanalı yarımmüdafiəçi ilə 2020-ci ilin yayına kimi yeni müqavilə imzalanıb.Boatenq "Las Palmas"a ötən mövsümün əvvəlində transfer olunmuşdu.

Erməni ordusunun montaj əməliyyatı: Vurulan mülki obyektdir! – VİDEONUN TƏHLİLİ

18 May 2017 12:52

Durmadan artan itkilər, əsgərlərin bir-birlərini güllələməsi, təxribat əməliyyatlarının uğursuzluğu, ordu daxilindəki xaos, Azərbaycan ordusunun düşmənə məxsus zenit-raket kompleksini, digər texnika və hərbi obyektləri məhv etməsi Ermənistan ordusunu iflic vəziyyətə salıb.

Azərbaycan dünyaya dostluq, həmrəylik və birlik nümayiş etdirir

18 May 2017 12:47

Ölkəmizin tolerantlıq məkanı kimi tanınması və multikultural dəyərlərə sadiqliyi IV İslam Həmrəyliyi Oyunlarının ölkəmizdə keçirilməsi ilə bağlı qərarın qəbul edilməsində böyük rol oynayır. Bütün müsəlman aləminin həmrəylik oyunlarına ev sahibliyi etməsi, əlbəttə ki, Azərbaycan üçün böyük nailiyyətdir. Azərbaycan müstəqil və islami dəyərlərə böyük hörmətlə yanaşan bir dövlət kimi, bu oyunların da uğurla keçməsini təmin edəcək. İslam Həmrəyliyi Oyunları çox yüksək əhəmiyyətə malik idman yarışıdır. Heç də Ümumdünya Olimpiya Oyunlarının fəlsəfəsindən və ideologiyasından geri qalmır. Beynəlxalq Olimpiya Hərəkatının fəlsəfəsi və ideologiyası ilə üst-üstə düşür. "Bakı - 2015" ilk Avropa Oyunlarında olduğu kimi, sülh, əmin-amanlıq və sabitlik ölkəsi olan Azərbaycanda "IV İslam Həmrəyliyi Oyunları"ı da idman tarixinə yeni səhifə yazacaq.

Qan qruplarının YARANMA TARİXİ: kimin dədə-babası yırtıcı, kiminki ƏKİNÇİ OLUB?

18 May 2017 12:43

Məşhur yazıçı Mixail Bulqakov “Ustad və Marqarita”sında belə deyir: “Ən çətin sual qan qrupu ilə bağlı olsun gərək”. Bəlkə də yüz il bundan öncə üçün çətin sual olub, amma müasir dünyanın insanı üçün bu, çox sadə sualdır. Çünki bu günün insanı anlayır ki, öz qan qrupunu bilmək ilk növbədə səhhəti üçün vacibdir. Ola bilər ki, çətin vəziyyətdə yardım göstərmək üçün kiməsə qan lazım olar. Elə özü də qəzaya uğradığı, şüuru özündə olduğu halda qan qrupunu bilməklə ilk yardım edənlərin işini asanlaşdıra bilər. Belə deyirlər ki, eyni qan qrupunu daşıyan insanlar bir-birinə yaxın olur, hadisələri bənzər şəkildə qavrayırlar, bir-birini duya bilirlər. O da var ki, qan qrupunu bilməklə soykökünün, fərd olaraq mövcudluğunun tarixini öyrənmək mümkündür.

Avropa Parlamentinin nümayəndə heyəti Azərbaycana gəlir

18 May 2017 12:40

Avropa Parlamentinin Xarici İşlər Komitəsinin sədri David MakAllisterin (EPP, DE) rəhbərliyi altında nümayəndə heyəti mayın 22-25-də Azərbaycan, Gürcüstan və Ermənistana səfər edəcək.

Kişini evə bağlamağın 15 TƏSİRLİ YOLU

18 May 2017 12:38

Kişilər qadınlara nisbətən daha sərbəstdir. Onlar gec saatlarda bayıra çıxa, dostları ilə əylənə bilər. "Kişidir, ona olar!", - deyərək onlara haqq da qazandırırıq. Ancaq qadın bunları etsə, adı pis çıxacaq.

Susananı ölüm həddinə çatdıran ər danışdı: "Onun psixi problemləri var" - ŞOK FAKTLAR 

18 May 2017 12:35

Mayın 15-də Bakı şəhərinin Nəsimi rayonu ərazisində - Qoqol küçəsində 31 yaşlı Şərifova Susanna Şakir qızının intihar etməsi ilə bağlı başlanmış cinayət işinin istintaqı davam etdirilir.

"Dağlıq Qarabağ: "Məxəzlərdən oxunmuş tarix" kitabı İsveçrədə alman dilində işıq üzü görüb"

18 May 2017 12:33

"Dağlıq Qarabağ: Məxəzlərdən oxunmuş tarix" kitabı İsveçrədə alman dilində çap olunub. Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin müəllifi olduğu "Dağlıq Qarabağ: Məxəzlərdən oxunmuş tarix" kitabı (Berg-Karabach. Aus den Quellen erforschte Geschichte) İsveçrənin "Publishing Partners" nəşriyyatı tərəfindən alman dilində çap olunub.

Politoloq: “Rusiyanın bəzi rəsmiləri ermənilərin tələsinə uymamalıdır”

18 May 2017 12:30

“Azərbaycan cəmiyyətinin rus xalqına, dilinə və mədəniyyətinə dövlətinə münasibəti çox unikaldır. Əksərən qərbdə, o cümlədən yaxın qonşularımızda bizim xalqın rus xalqına münasibətinin mahiyyəti başa düşülmür. 20 yanvarı və Qarabağ işğalını yaşamış xalqın adı hər iki hadisədə təmsilçilərinin hallanan xalqa qarşı belə münasibəti paradoksaldır. Təbii ki, Azərbaycan tolerant xalqdır, multikultural ənənələrin min illik tarixi var. Amma Azərbaycan cəmiyyətinin rus xalqına, dilinə, mədəniyyətinə münasibətini tolerantlıqla izah etmək sadəcə məsələnin çox bəsit tərəfidir. Bu daimi diqqət və qayğı tələb edən məsələdir”. Bunu Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin sədri, politoloq Mübariz Əhmədoğlu deyib.

Millət vəkili: “ÜAK-ın qeydiyyatının ləğvi Rusiya-Azərbaycan münasibətlərinin ruhuna zidd qərardır”

18 May 2017 12:29

“Ümumrusiya Azərbaycan Konqresinin qeydiyyatının ləğv edilməsi Rusiya-Azərbaycan münasibətlərinin ruhuna zidd qərardır və bu qərarın münasibətlərə mənfi təsiri olacaq”. Bunu  mayın 15-də Rusiya Ədliyyə Nazirliyinin təqdimatına əsasən Rusiya Ali Məhkəməsi tərəfindən Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) qeydiyyatını ləğv edilməsinə münasibət bildirən millət vəkili, politoloq Rasim Musabəyov deyib.

12 yaşlı oğlan canlı yayımda qızı öldürdü

18 May 2017 12:27

12 yaşlı oğlan bilmədən birlikdə oynadığı qızı atasının silahı ilə vurub. Dəhşətli hadisə anbaan Feysbuk-da canlı yayımlanıb. Görüntülərə görə, oğlan əlində oynatdığı odlu silahdan qəfildən atəş açılır.