Azərbaycan dünyaya dostluq, həmrəylik və birlik nümayiş etdirir

Ölkəmizin tolerantlıq məkanı kimi tanınması və multikultural dəyərlərə sadiqliyi IV İslam Həmrəyliyi Oyunlarının ölkəmizdə keçirilməsi ilə bağlı qərarın qəbul edilməsində böyük rol oynayır. Bütün müsəlman aləminin həmrəylik oyunlarına ev sahibliyi etməsi, əlbəttə ki, Azərbaycan üçün böyük nailiyyətdir. Azərbaycan müstəqil və islami dəyərlərə böyük hörmətlə yanaşan bir dövlət kimi, bu oyunların da uğurla keçməsini təmin edəcək. İslam Həmrəyliyi Oyunları çox yüksək əhəmiyyətə malik idman yarışıdır. Heç də Ümumdünya Olimpiya Oyunlarının fəlsəfəsindən və ideologiyasından geri qalmır. Beynəlxalq Olimpiya Hərəkatının fəlsəfəsi və ideologiyası ilə üst-üstə düşür. "Bakı - 2015" ilk Avropa Oyunlarında olduğu kimi, sülh, əmin-amanlıq və sabitlik ölkəsi olan Azərbaycanda "IV İslam Həmrəyliyi Oyunları"ı da idman tarixinə yeni səhifə yazacaq.

Sevinc Fətəliyeva: " Bunun bariz nümunəsi Bakıda IV İslam Həmrəyliyi Oyunlarının açılış marasimi idi"

Ölkəmizin tolerantlıq məkanı kimi tanınması və multikultural dəyərlərə sadiqliyi IV İslam Həmrəyliyi Oyunlarının ölkəmizdə keçirilməsi ilə bağlı qərarın qəbul edilməsində böyük rol oynayır. Bütün müsəlman aləminin həmrəylik oyunlarına ev sahibliyi etməsi, əlbəttə ki, Azərbaycan üçün böyük nailiyyətdir. Azərbaycan müstəqil və islami dəyərlərə böyük hörmətlə yanaşan bir dövlət kimi, bu oyunların da uğurla keçməsini təmin edəcək. İslam Həmrəyliyi Oyunları çox yüksək əhəmiyyətə malik idman yarışıdır. Heç də Ümumdünya Olimpiya Oyunlarının fəlsəfəsindən və ideologiyasından geri qalmır. Beynəlxalq Olimpiya Hərəkatının fəlsəfəsi və ideologiyası ilə üst-üstə düşür. "Bakı - 2015" ilk Avropa Oyunlarında olduğu kimi, sülh, əmin-amanlıq və sabitlik ölkəsi olan Azərbaycanda "IV İslam Həmrəyliyi Oyunları"ı da idman tarixinə yeni səhifə yazacaq.

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini, YAP-ın Beynəlxalq əlaqələr şöbəsinin müdiri Sevinc Fətəliyeva deyib k, bu gün Azərbaycan dünyada baş verən iqtisadi qeyri-sabitliyin, siyasi böhranın mövcud olduğuna baxmayaraq həmrəylik və birlik nümayiş etdirir. Bu prosesin bariz nümunəsi Bakıda IV İslam Həmrəyliyi Oyunlarının açılış marasimi idi. S.Fətəliyeva bildirib ki, bu cür qlobal xarakterli, irimiqyaslı tədbirin keçirilməsi ilə Azərbaycan mədəniyyətlərarası dialoqun və sivilizasiyalar arasında əlaqələrin möhkəmləndirilməsinin fəal tərəfdaşı olduğunu sübut edir. Onun sözlərinə görə, 54 ölkədən təxminən 3 min nümayəndənin iştirakı ilə Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunlarının açılış mərasimi, beynəlxalq idman ictimaiyyəti üçün, İslam dünyası üçün unudulmaz tarixi hadisədir: "Azərbaycan növbəti dəfə nümayiş etdirdi ki, cöğrafi mövqeyindən , siyasi maraqlarından asılı olmayaraq, xalqlar arasında münasibətlərin qurulmasında həmrəylik ən böyük tövhədir. Bu cür iri miqyaslı tədbirlərin dövlət səviyyəsində keçirilməsi, böyük səy və iş tələb edir. Tədbirin yüksək səviyyədə keçirilməsində Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin, birinci vitse -prezident, IV İslam Həmrəyliyi Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban xanım Əliyevanın xidmətləri əvəzsizdir. Mənim fikrimcə, bir proqram çərçivəsinə Azərbaycan xalqının dəyərlərini,musiqisini, poeziyasını ,tarixini, mədəniyyətini göstərmək çox çətindir. Lakin, açlış mərasimində bu böyük ustalıqla həyata keçirildi. Mərasimindəki bayram əhval -ruhiyyəsi nəinki, stadiondakı azərkeşlərə, eləcə də bütün dünyada oyunları izləyən hər kəsə sirayət etdi. İslam Həmrəyliyi Oyunlarının keçirilməsi bir daha göstərdi ki, Azərbaycan inamla dinamik inkişaf edir və müasir beynəlxalq münasibətlər sistemində öz imicini gücləndirir".  Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, YAP İcra katibinin müavini Siyavuş Novruzov  deyib ki, Azərbaycanda IV İslam Həmrəylik Oyunları yüksək səviyyədə keçirilir. Hər birimiz bu oyunların möhtəşəm açılış mərasimində iştirak edərək bir daha ölkəmizin gücünü-qüdrətini, Azərbaycan Prezidentinin bu sahədə apardığı siyasətin bariz nümunəsini, o cümlədən  Azərbaycanın I vitse-prezidenti Mehriban xanım Əliyevanın yüksək təşkilatçılığı ilə  təşkil olunan yarışların başlanmasını gördük. S.Novruzov bildirib ki,  Azərbaycan yeganə ölkədir ki, bu yarışlarda 57 ölkədən 54-ü iştirak edir. Onun sözlərinə görə, yarışlar olimpiya səviyyəsindən daha yüksək səviyyədə keçirilir: "Bu, Azərbaycanın idmana, islam həmrəyliyinə mənəvi dəyərlərə  olan hörmətinin bariz nümunəsidir. İdmançılarımız bu yarışlarda uğurlu çıxış edərək ölkə bayrağımızı yüksəkliklərə qaldırır, qızıl  medallara sahib olurlar. Hesab edirəm ki, Azərbaycan I Avropa Oyunları və digər beynəlxalq yarışlarda olduğu kimi, bu yarışlarda da qalib olacaq". Bir daha xatırladaq ki, Azərbaycan dostluğun möhkəmlənməsinə, insani dəyərlərə, sülh və əmin-amanlığa, birgəyaşayışa töhfələrini verir, sülsevər siyasət yürüdür. Bu siyasət özünü Azərbaycanda müxtəlif xalqların, dinlərin nümayəndələrinin dostluq və qardaşlıq, həmrəylik, sülh, sabitlik şəraitində yaşamasında büruzə verir. Fakt ondan ibarətdir ki, ölkəmizdə yaşayanmüxtəlif xalqların nümayəndələri də Azərbaycanın daha da inkişaf və tərəqqi etməsi üçün  çiyin-çiyinə çalışırlar. İslam Həmrəyliyi Oyunlarının iştirakçıları bir daha Azərbaycandakı fərqli milli-dini mənsubiyyəti olan icmaların, müxtəlif millətlərin nümayəndələrinin qarşılıqlı əməkdaşlıq və mehriban şəraitdə yaşadığının şahidi olacaqlar. Azərbaycan bununla  islam ölkələri arasında əlaqələrin gücləndirilməsinə ev sahibliyi edərək, inkişafına nə qədər önəm verdiyini bir daha ortaya qoymuş olur. Deməli,  IV İslam Həmrəyliyi Oyunlarının müstəqil və gənc dövlət olan Azərbaycanda təşkili, bu ölkənin müsəlman dünyasına verdiyi töhfədir. Digər tərəfdən isə, Azərbaycan idman ölkəsidir və dünya miqyasında idman ökəsi imici qazanıb. Bunu isə Azərbaycan üçün tarixi naliyyət hesab etmək olar. Heç şübhəsiz ki, Prezident İlham Əliyevin uğurla həyat keçirdiyi idman siyasəti ölkənizin bu sahədə nailiyyətlər qazanmasına gətirib çıxarıb. Azərbaycanın beynəlxalq səviyyəli idman yarışlarına ev sahibliyi etməsi, eləcə də, bu uğurların əldə olunması Azərbaycanın gücünün göstəricisidir.

Nurlan

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31