Gündəm

Ramin Əzizov da yarımfinala çıxdı

18 May 2017 12:21

Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarında taekvando yarışının sonuncu günündə daha bir təmsilçimiz yarımfinala vəsiqə qazanıb.  87 kq çəki dərəcəsində mübarizə aparan Ramin Əzizov 1/4 finalda iordaniyalı Anas Sadek ilə görüşüb. Döyüş idmançımızın tam üstünlüyü ilə keçib - 27:8.

Gümrüdə 7 ermənini öldürən rus hərbçi cəzasını Rusiyada çəkəcək

18 May 2017 12:20

Gümrüdə erməni ailəsinin 7 üzvünü öldürməkdə təqsirləndirilən Rusiyanın Ermənistandakı 102 saylı hərbi hissəsinin əsgəri Valeri Permyakov cəzasını Rusiyada çəkəcək.

Ronaldudan növbəti rekord

18 May 2017 12:13

"Real"ın futbolçusu Kriştianu Ronaldu növbəti rekorda imza atıb.  Portuqaliyalı hücumçu Avropanın 5 böyük liqasında (İngiltərə, İspaniya, Almaniya, İtaliya və Fransa) ən çox qol vuran futbolçu olub.

Tanınmış şairə gəlininin intiharından və oğlunun həbsindən danışdı

18 May 2017 12:12

Bakı şəhər sakini Susana Şərifovanın intiharıyla bağlı saxlanılan vətəndaş nikahında yaşadığı həyat yoldaşı Əbülfəz Baxşıyevin anası Simuzər Nüsrətbəyli oğlunun sözügedən məsələyə görə həbs olunmasını ədalətsiz hesab edir.

Yağmursuz hava

18 May 2017 12:09

Mayın 19-da Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə zəif duman olacaq. Mülayim cənub küləyi əsəcək.

Kamal Abdullanın əsəri Dram Teatrında

18 May 2017 12:06

Akademik Milli Dram Teatrının kiçik səhnəsində yazıçı Kamal Abdullanın “Bir, iki – bizimki!” tamaşası təqdim olunacaq. Teatrın mətbuat katibi Cavid Zeynallının “Olaylar” –a verdiyi məlumata görə, tamaşa mayın 19-da nümayiş olunacaq.

Rus turist həbs olundu

18 May 2017 12:05

Türkiyənin Antalya şəhərinin Manvqat bölgəsində  beş uldulzlu spa - oteldə rus turist həbs olunub. Şahidlərin ifadələrinə görə Rusiya vətəndaşı olan turist spa salonda pul oğurladığı zaman otelin əməkdaşları tərəfindən yaxalanaraq polisə təhvil verilib. Məhkəmə saxlanılan şəxslə əlaqədar həbs qərarıçıxarıb.

İzmirdə terror planlaşdırdılar

18 May 2017 12:04

Mayın 19 – da Türkiyədə Atatürkü Anma və Gənclik bayramındaki kütləvi tədbirlərdə terror aksiyası törətməyi planlaşdıran terror qruplaşması ifşa olunub. Belə ki, Türkiyənin İzmir şəhərində yerləşən Baş polis idarəsinin Terrorla mübarizə bölməsi Gənclik bayramında terror hadisəsi planlaşdıran yeddi nəfəri həbs edib. Həbs olunan şəxslərin üzərindən çoxlu sayda silah – sursat aşkarlanıb. Hadisə ilə əlaqədar istintaq işi başladılıb.

Bakı-2017: Güləşçilərimiz qələbələri sıralayır

18 May 2017 11:54

Azərbaycanın yunan-Roma güləşçisi Elvin Mürsəliyev (75 kq) IV İslam Həmrəyliyi Oyunlarında 1/4 finalda mübarizəyə qoşulub. İdmançımız ilk görüşündə İran təmsilçisi Rasoul Qarmsiri ilə mübarizə aparıb. Güləşçimiz ilk mübarizəsini 6:1 hesabı ilə qazanaraq yarımfinala vəsiqə qazanıb.

Toğrul Əsgərovun qanında dopinq tapıldı - 1 illik cəza

18 May 2017 11:51

London Yay Olimpiya Oyunlarının qalibi olan azərbaycanlı güləşçi Toğrul Əsgərov diskvalifikasiya edilib. Buna 25 yaşlı pəhləvanın antidopinq qaydalarını pozması səbəb olub.

Tarixi romançılıqda Yunus Oğuz yolu

18 May 2017 11:49

Dahi fransız yazıçısı O.Balzak kitablarının birinin müqəddiməsində yazır: "Əsl tarixçi fransız cəmiyyətidir, mən isə ancaq onun katibiyəm".

Komitə sədri: “İcbari tibbi sığortanın tətbiq edilməsi yönündə böyük işlər görülüb”

18 May 2017 11:44

“Ölkəmizdə icbari tibbi sığortanın tətbiq edilməsi yönündə qısa müddətdə  çox böyük işlər görülüb”. Bunu millət vəkili, Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov deyib.

Yunanıstanda minlərlə insan küçələrə çıxdı: hökumətin istefası tələb olunur

18 May 2017 11:43

Yunanıstanın paytaxtı Afinada hökumət əleyhdarı ilə polislər arasında şiddətli toqquşma baş verib.  Nümayişçilər Yunanıstan parlamentinə girməyə çalışıb. Bu zaman çevik polis qüvvələri baş verənlərə müdaxilə etməyə çalışıb. İnsident zamanı nümayişçilər arasında xəsarət alanlar var.

Dünyada ölümlərin üçdə biri bu səbəbdən baş verir - ARAŞDIRMA

18 May 2017 11:42

Beynəlxalq Həkim Kollektivi dünyada ölümlərin səbəbini araşdırıb. 133 ölkədən 2,3 min ekspertin iştirak etdiyi araşdırmalar zamanlı məlum olub ki, dünyada ölüm hallarının üçdə biri ürək-damar xəstəlikləri səbəbindən yaşanır. Aparılan tədqiqatlar Amerikanın "Journal of the American College of Cardiology" (Amerikanın Kardiologiya Kolleci) jurnalında dərc olunub.

Polis əməliyyat keçirdi: saxta pul kəsənlər tutuldu 

18 May 2017 11:40

Xətai Rayon Polis İdarəsinin (RPİ) əməkdaşlarının daxil olan məlumat əsasında həyata keçirdikləri əməliyyat nəticəsində Bakı şəhər sakini əvvəllər məhkum olunmuş Əfqan Nağıyev və Şabran rayon sakini Sərxan Məmmədov şübhəli şəxs qismində saxlanılıb.