Ronaldudan növbəti rekord

"Real"ın futbolçusu Kriştianu Ronaldu növbəti rekorda imza atıb.  Portuqaliyalı hücumçu Avropanın 5 böyük liqasında (İngiltərə, İspaniya, Almaniya, İtaliya və Fransa) ən çox qol vuran futbolçu olub.

"Real"ın futbolçusu Kriştianu Ronaldu növbəti rekorda imza atıb.  Portuqaliyalı hücumçu Avropanın 5 böyük liqasında (İngiltərə, İspaniya, Almaniya, İtaliya və Fransa) ən çox qol vuran futbolçu olub.

La Liqada "Selta"ya qarşı matçda dubla imza atan Ronaldu Avropa liqalarında  vurduğu qolların sayını 368-ə yüksəldib. Bununla da o, ingiltərəli Cimmi Qrivzanı (366 qol) geridə qoyaraq bu göstərəcidə ilk pilləyə qalxıb.

Qeyd edək ki, K.Ronaldo 2003-2009-cü illərdə çıxış etdiyi "Mançester Yunayted"lə İngiltərə Premyer Liqasında 84 qol, 8 mövsümdür oynadığı "Real"la isə La Liqada 284 qol vurub. Qol.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31