Nazir müavini: “Bu sahədəki vəziyyətdən xəbərdaram”
“Mən özüm 20 ildən çoxdur ki, qeyri-hökumət təşkilatının rəhbəriyəm. Yəni, Azərbaycan Milli Paralimpiya Komitəsinin prezidentiyəm”. “Olaylar” xəbər verir ki, bunu Milli Məclisin (MM) Əmək və sosial siyasət komitəsinin təşəbbüsü ilə mayın 18-də parlamentdə “Sosial xidmət haqqında” qanunun icrasına həsr olunmuş ictimai dinləmələrdə əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İlqar Rəhimov deyib.
18 May 2017 13:15 Sosial"Mən özüm 20 ildən çoxdur ki, qeyri-hökumət təşkilatının rəhbəriyəm. Yəni, Azərbaycan Milli Paralimpiya Komitəsinin prezidentiyəm". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin (MM) Əmək və sosial siyasət komitəsinin təşəbbüsü ilə mayın 18-də parlamentdə "Sosial xidmət haqqında" qanunun icrasına həsr olunmuş ictimai dinləmələrdə əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İlqar Rəhimov deyib. İ. Rəhimovun sözlərinə görə, Qeyri-Hökumət Təşkilatları (QHT) ilə sıx təmasda olmaq və həmin sektorla əməkdaşlıq etmək onun üçün heç də yeni məsələ deyil: "Dediyim ki, özüm də QHT rəhbəriyəm. Bu sahədəki vəziyyətdən də xəbərdaram, hanısı uğurlar, hansı çətinliklər var, yaxşı bilirəm. Ancaq buna baxmayaraq, işləyirik, fəaliyyət göstəririk. Bu, belə də olmalıdır..."