ÜAK-ın ləğvi siyasi qərardır
Rusiya Ədliyyə Nazirliyinin təqdimatı əsasında bu ölkənin Ali Məhkəməsinin Ümumrusiya Azərbaycanlıları Konqresinin (ÜAK) qeydiyyatını ləğv etməsi şübhəsiz ki, iki ölkə arasındakı münasibətlərə təsirsiz ötüşməyəcək. Nəzərə alsaq ki, Azərbaycanla Rusiya strateji müttəfiq ölkələrdir, siyasi, iqtisadi, hərbi və mədənu əlaqələri mövcuddur, üstəlik beynəlxalq təşkilatlarda bir-birlərimim maraqlarını müdafiə edirlər, onda sözügedən qərarın hüquqi müstəvidə qəbul eilməsi barədə düşünmək sadəlövlük olardı. Çox güman ki, Rusiya ATƏT-in Minsk qrupunun həmsədri kimi belə bir addım atarkən gözlənilən reaksiyanə da nəzərə alıb. Bu isə o anlama gəlir ki, Rusiya Ali Məhkəməsinin məlum qərarı sırf siyasi xarakter daşıyır.
18 May 2017 15:03 SiyasətRusiyanın məqsədi Azərbaycana təzyiq nümayiş etdirməkdir
Rusiya Ədliyyə Nazirliyinin təqdimatı əsasında bu ölkənin Ali Məhkəməsinin Ümumrusiya Azərbaycanlıları Konqresinin (ÜAK) qeydiyyatını ləğv etməsi şübhəsiz ki, iki ölkə arasındakı münasibətlərə təsirsiz ötüşməyəcək. Nəzərə alsaq ki, Azərbaycanla Rusiya strateji müttəfiq ölkələrdir, siyasi, iqtisadi, hərbi və mədənu əlaqələri mövcuddur, üstəlik beynəlxalq təşkilatlarda bir-birlərimim maraqlarını müdafiə edirlər, onda sözügedən qərarın hüquqi müstəvidə qəbul eilməsi barədə düşünmək sadəlövlük olardı. Çox güman ki, Rusiya ATƏT-in Minsk qrupunun həmsədri kimi belə bir addım atarkən gözlənilən reaksiyanə da nəzərə alıb. Bu isə o anlama gəlir ki, Rusiya Ali Məhkəməsinin məlum qərarı sırf siyasi xarakter daşıyır.
Millət vəkili Zahid Oruc deyib ki, Ümumrusiya Azərbaycanlıları Konqresi (ÜAK) ilə bağlı ləğvetmə qərarı az qala Ermənistan Ali Məhkəməsində çıxarılmış qərara bənzəyir. Bu qərar iki ölkə arasındakı münsibətlərə zərbə vuracaq: "Baxmayaraq ki, ötən dövr ərzində 90-cı illər Rusiyasından miras qalan siyasəti bir qədər ortadan qaldırmaq mümkün olmuşdu. Yeltsin dövrünün sanksiyaları, Qafqazda yürüdülən məlum təxribatlar, dövlətçiliyimiz əleyhinə kəşfiyyat fəaliyyətləri, iqtisadi diversiyaları, neft müqavilələrini tanımama xəttinin Putinin idarəçiliyi dövründə bir qədər arxada qaldığı düşünülürdü. Azərbaycanda tədricən Rusiya ilə dostlar da formalaşmaqda idi. Hesab edirəm ki, sonuncu qərar doğurdan da ağılla dərk olunası deyil. Çünki məhz Kremlin mənafeləri və hazırkı dövr dünya ilə onların bəlli səbəbindən dostlarını bir qədər də azaltmaq siyasəti qəbul oluna bilməz. Bu, ilk növbədə, rəsmi Moskvanın öz maraqlarına zərbədir. Bu qərar mahiyyətcə ermənilərin Rusiya dövlətçiliyi üzərində qələbəsi sayıla bilər. Soydaşlarımız hər zaman orada Rusiya dövlətçiliyinin yanında olublar, terror, radikalizm, dini fundamentalizmə yuvarlanmayıblar, əksinə, Rusiya iqtisadiyyatına milyardlarla dollar töhfə veriblər. Onlar nəinki sadəcə miqrant olaraq yaşayırlar, o cümlədən onların böyük əksəriyyəti artıq ikinci vətən kimi Rusiyanı seçiblər. Bu, yüz minlərlə insanın mənafeyinə toxunan bir qərardır".
Sabiq xarici işlər naziri Tofiq Zülfüqarov hesab edir ki, Ümumrusiya Azərbaycanlıları Konqresinin ləğvi Rusiyanın Qarabağ münaqişəsinin həllində vasitəçilik roluna ciddi mənfi təsir göstərməyəcək: "Hesab edirəm ki, bu təşkilatın bağlanmasının Dağlıq Qarabağ münaqişəsinin həllində heç bir bağlılığı yoxdur. ÜAK-ın bağlanması Azərbaycan-Rusiya arasında olan münasibətlərin bəzi məsələlərdə böhran vəziyyətində olmasına bir işarədir. Yəni, Qarabağ mövzusu ilə bağlı Rusiya xarici işlər naziri Sergey Lavrovun bəyanatı, Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Mariya Zaxarovanın Azərbaycan jurnalistlərini təhqir etməsi və digər bu kimi məsələlər bir növ tendensiyadır. ÜAK da buna daxil olan məsələdir. Sergey Lavrovun Qarabağla bağlı xoşagəlməz bəyanatına Azərbaycan daha sərt reaksiya verməli idi. Bəlkə də bu digər addımların qarşısını ala bilərdi. Doğrusu hesab edirəm ki, Rusiya və Azərbaycan arasında bəzi problemlər mövcuddur. Rusiya tərəfindən Azərbaycana təzyiqlər bu və ya digər şəkildə özünü biruzə verir". Onun sözlərinə görə, öncə Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı qapılar arxasında aparılan danışıqların məğzi açılmalıdır. Tarixə baxsaq görərik ki, Ermənistan müstəqillik qazandıqdan sonra Rusiya işğalçı ölkənin təhlükəsizliyini təmin edəcəyi ilə bağlı öhdəlik götürdü. Öncə Rusiya Ermənistanda hərbi baza qurdu. Guya ki, bu, xaricdən gələn hər hansı bir təhlükənin qarşısını alamaq üçündür. İkinci mərhələdə Ermənistan Azərbaycan arasında münaqişə yaşandıqdan sonra Rusiya ATƏT-in Minsk Qrupu və öz öhdəlikləri çərçivəsində onların təhlükəsizliyini qoruyacağını üzərinə götürdü. Artıq üçüncü mərhələdə, aprel döyüşlərindən sonra Rusiyanın müxtəlif bəyanatları və hərəkətləri onu göstərdi ki, onlar Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərinin də təhlükəsizliyinə nəzarət edirlər. Bu döyüşlərdən sonra Rusiya Ermənistana "İskəndər" silahını verdi və işğalçı ölkə danışıqlardan imtina etdi. Onlar Azərbaycanın işğaldan azad etdiyi torpaqlarını öz sərhəddi sayır və guya ki, Azərbaycan onların torpaqlarını işğal edib. Bu gülünc təəssüratdır. Ermənistan deyir ki, Azərbaycan əvvəlki mövqeyinə qayıtsın və bundan sonra danışıqları bərpa edək. Bu və ya digər şəkildə Rusiya Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarının təhlükəsizliyinə də təminat verir. Bu qəbuledilməzdir və hesab edirəm ki, belə məsələlərə aydınlıq gətirilməlidir".
Milli Məclisin deputatı Asim Mollazadə deyib ki, Ümumrusiya Azərbaycanlıları Konqresinin qeydiyyatının ləğvi siyasi qərardır. Onun sözlərinə görə, ÜAK-ın qeydiyyatının ləğvi ilə bağlı qərarın verilməsinin məqsədi Azərbaycana təzyiq nümayiş etdirməkdir: "Bu, həm də Rusiyada etnik və dini azlıqlarla necə davranıldığını və onların haqlarının kobud surətdə pozulduğunu bütün dünyaya göstərir. Rusiya öz siyasətində ciddi dəyişiklik etməlidir".ÜAK-ın qeydiyyatının ləğvini çox sərt qərar sayan A.Mollazadə əlavə edib ki, Rusiya mütləq bu qurumun qeydiyyatını bərpa etməlidir: "Bu, iki ölkə arasında olan münasibətlərə xələl gətirir. Azərbaycanda bu qərar çox təəssüflə qəbul olundu. Əslində, bu gün Azərbaycanda Rusiyanın onlarla qeyri-hökumət təşkilatı fəaliyyət göstərir. Bu da cəmiyyətdə ciddi suallar doğurur ki, bəs, onda onların fəaliyyəti hansı hüquqi əsaslarla mümkün olub? Mənə elə gəlir ki, Rusiya öz qərarlarından geri çəkilməlidir".
Zəka