Ermənistan növbəti təxribata hazırlaşır
Son həftələr Ermənistanın cəbhə xəttində təxribat hərəkətlərinin sayı artıb. Əvvəlki aylara nisbətən cəbhə xəttində atəşkəs rejiminin avtomat silahlar deyil, pulemyot və minaatanlar vasitəsilə pozulması, Azərbaycan Silahlı Qüvvələrinin strateji əhəmiyyət kəsb edən nöqtələrini hədəf almaq üçün işğal altında olan ərazilərimizdə yeni raket qurğularının yerləşdirilməsi, eləcə də artıq silahlı qüvvələrin mövqeləri ilə yanaşı yaşayış məntəqlərinin də atəşə məruz qalması deyilənləri təsdiqləyir. Məlumat üçün qeyd edək ki, mayın 15-də cəbhənin Füzuli-Xocavənd istiqamətində Ermənistan hava hücumundan müdafiə qoşunlarına məxsus “OSA” zenit-raket kompleksi hərbi qulluqçular tərəfindən müdafiənin ön xəttində yeni mövqeyə çıxarılaraq hava məkanını nəzarətə götürməyə cəhd göstərilib. Azərbaycanın uçuş aparatlarına yaranan real təhlükənin və düşmənin aktivliyinin qarşısını almaq məqsədilə Ermənistanın “OSA” zenit-raket kompleksi və nəqliyyat-doldurucu maşını atəşlə tam sıradan çıxarılıb, şəxsi heyəti məhv edilib. Ekipajı 5 nəfərdən ibarət olan “OSA” zenit-raket kompleksi hava hədəflərini 45 kilometr radiusda aşkar edərək izləməyə götürməyə və 9 kilometr uzaqlıqda məhv etməyə qadirdir.
18 May 2017 15:01 SiyasətRusiya KİV-ləri də Azərbaycana qarşı təxribat planını tirajlayır
Son həftələr Ermənistanın cəbhə xəttində təxribat hərəkətlərinin sayı artıb. Əvvəlki aylara nisbətən cəbhə xəttində atəşkəs rejiminin avtomat silahlar deyil, pulemyot və minaatanlar vasitəsilə pozulması, Azərbaycan Silahlı Qüvvələrinin strateji əhəmiyyət kəsb edən nöqtələrini hədəf almaq üçün işğal altında olan ərazilərimizdə yeni raket qurğularının yerləşdirilməsi, eləcə də artıq silahlı qüvvələrin mövqeləri ilə yanaşı yaşayış məntəqlərinin də atəşə məruz qalması deyilənləri təsdiqləyir. Məlumat üçün qeyd edək ki, mayın 15-də cəbhənin Füzuli-Xocavənd istiqamətində Ermənistan hava hücumundan müdafiə qoşunlarına məxsus "OSA" zenit-raket kompleksi hərbi qulluqçular tərəfindən müdafiənin ön xəttində yeni mövqeyə çıxarılaraq hava məkanını nəzarətə götürməyə cəhd göstərilib. Azərbaycanın uçuş aparatlarına yaranan real təhlükənin və düşmənin aktivliyinin qarşısını almaq məqsədilə Ermənistanın "OSA" zenit-raket kompleksi və nəqliyyat-doldurucu maşını atəşlə tam sıradan çıxarılıb, şəxsi heyəti məhv edilib. Ekipajı 5 nəfərdən ibarət olan "OSA" zenit-raket kompleksi hava hədəflərini 45 kilometr radiusda aşkar edərək izləməyə götürməyə və 9 kilometr uzaqlıqda məhv etməyə qadirdir.
Maraqlı və təəssüf doğuran hal ondan ibarətdir ki, işğalçı ölkə açıq şəkildə törətdiyi təxribatları etiraf edir və bundan heç bir narahatçılıq keçirmir. Hətta bunu televiziya kanallarından ictimaiyyətə, eləcə də beynəlxalq aləmə çatdırmış olur. Qeyd edək ki, Ermənistan tərəfi yaşayış məntəqələrimizi və mövqelərimizi atəşə tutmasını əks etdirən video və guya Azərbaycan tərəfinin itkilər verməsi barədə məlumat yayıb. Videonu yaymaqla Ermənistan təkcə mövqelərimizi deyil, eyni zamanda yaşayış məntəqələrimizi də müntəzəm olaraq atəşə tutmasını nümayiş etdirərək dinc azərbaycanlı əhaliyə qarşı öz çirkin əməllərini davam etdirdiyini bir daha təsdiq etdi. Müdafiə Nazirliyi bildirir ki, düşmən tərəfindən atəş nəticəsində dinc əhali, Silahlı Qüvvələrimizin şəxsi heyəti arasında itki yoxdur və döyüş texnikasına ziyan dəyməyib.
Göründüyü kimi, Ermənistan dünyaya car çəkərək belə Azərbaycana qarşı təxribat hərəkətlərini davam etdirdiyini ortaya qoyur. Amma hər zaman olduğu kimi yenə də dünya birliyi İrəvanın açıq-aşkar sərgilədiyi təcavüzkar siyasətə heç bir reaksiya vermir. Əksinə Ermənistandan Azərbaycana yönəlik təhdid dolu bəyanatlar, açıqlamalar həmin ölkələrin kütləvi informasiya vasitələrində, portallarında tirajlanır. Xüsusilə, son günlər Rusiya Federasiyasının KİV-ləri daha çox Ermənistanın təcavüzkar siyasətini tirajlamaqla məşğuldur. İstər Ermənistan
kütləvi informasiya vasitələri, istərsə də onlara istinad edən Rusiya mediasında qeyd edilir ki, Azərbaycan ordusunun işğal altındakı torpaqlarda separatçıların zenit-raket kompleksini məhv etməsi Ermənistanda ciddi müzakirələrə səbəb olub. Ermənistanın hərbi elitası düşünür ki, zenit-raket kompleksinin məhv olunmasının əvəzini çıxmalıdırlar. Əks təqdirdə Azərbaycan daha çox Ermənistanın üzərinə gedəcək. Hətta buna örnək kimi keçən il Ağdam səmasında işğalçı ölkəyə məxsus vertolyotun vurulmasından sonra Azərbaycana müvafiq cavabın verilməməsi göstərilir. İddia edilir ki, Ağdam səmasında vertolyot vuruldu, 3 hərbçi həlak oldu, ancaq bu itginin əvəzi çıxılmadı. Əgər bu dəfə Ermənistan bunun əvəzini çıxmasa və Azərbaycan ordusu itki verməsə qarşı tərəfdə ruh yüksəkliyi artacaq. Yəni, Ermənistan hazırda daha çox azərbaycanlı hərbçi öldürmək planı ilə yaşayır.
Bütün bunlar yaxın vaxtlarda cəbhə xəttində daha böyük bir gərginliyin yaşanacağından xəbər verir. Ermənistan tərəfində müşahidə edilən hərbi hərəkətlilik onu deməyə əsas verir ki, Qarabağdan ciddi barıt qoxusu iyi gəlir. Bu da may ayı cəbhə xəttində şiddətli toqquşmaların baş vermə ehtimalını artırır. Hətta Ermənistanın Azərbaycan Xalq Cümhuriyyətinin 99-cu ildönümü ərəfəsində bu təxribata əl atacağı və Azəbaycandan bayram günlərində qisas almağa çalışacağı da istisna edilmir. Ancaq Azərbaycan Silahlı Qüvvələrinin mövcud gücü, potensialı onu deməyə əsas verir ki, istənilən erməni təxribatının qarşısı alınacaq və düşmən öz layiqli cavabını alacaq.
S.İsmayılbəyli