Gündəm

Rusiyanın baş naziri Türkiyə məhsullarına tətbiq edilən sanksiyanın ləğvi barədə sərəncam imzalayıb

2 İyun 2017 15:27

Rusiyanın baş naziri Dmitri Medvedev Türkiyədən tədarük edilən məhsulların idxalına məhdudiyyətlərin qaldırılması haqqında sərəncam imzalayıb. Bu barədə Rusiya hökumətinin saytı məlumat yayıb. 2016-cı il yanvarın 1-dən Türkiyədə istehsal olunan bir sıra kənd təsərrüfatı məhsulları və ərzaq mallarına tətbiq edilən qadağa aradan qaldırılıb. Sərəncama görə, dondurulmuş ət və ət məhsulları, toyuq, hind toyuğu, xiyar, alma, armud, üzüm, çiyələyin tədarükünə tətbiq edilən məhdudiyyət aradan qaldırılıb.

Dövlət Əmək Müfəttişliyi Xidməti əmək münasibətləri sahəsində uşaq hüquqlarına dair tədbir keçirib

2 İyun 2017 15:25

Uşaqların  həyat və   sağlamlığına,    onların    mənəviyyatına   təhlükə  törədə biləcək fəaliyyətə cəlb edilmələri qanunla qadağandır və uşaq əməyinin istismarı hallarının aradan qaldırılması sahəsində ölkəmizdə fəal siyasət  aparılır. Bu fikir Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən Bakının Nəsimi rayonundakı 211 saylı orta məktəbdə yuxarı sinif şagirdləri üçün “Uşaq əməyinin istismarı və məcburi əməyə cəlbetmə hallarına qarşı mübarizə” mövzusunda təşkil olunan maarifləndirmə tədbirində vurğulanıb.

AzTU-da hüquqşünaslarla görüş

2 İyun 2017 15:24

İyunun 2-də Azad Həmkarlar İttifaqı Komitəsi (AHİK) ilə Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı (ATİAHİ) Komitəsinin hüquq şöbəsinin aparıcı mütəxəssisləri Azərbaycan Texniki Universitetində (AzTU) tələbə və əməkdaşlarla görüşüblər.

Zakir Həsənov cəbhə bölgəsinə gedib

2 İyun 2017 15:22

Azərbaycan Respublikasının prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin tapşırığına əsasən Müdafiə Nazirliyinin rəhbər heyəti cəbhəboyu zonada yerləşən hərbi hissələrdə olub. “OLAYLAR”-ın xəbərinə görə, Müdafiə Nazirliyinin rəhbərliyi ötən ilin aprel ayında Lələtəpə uğrunda döyüşlərdə şəhid olmuş hərbi qulluqçuların xatirəsinə Füzuli rayonunun Horadiz şəhərində ucaldılmış kompleksi ziyarət edərək, önünə əklil və gül dəstələri qoyublar.

UNEC-də tələbə rektor seçilib 

2 İyun 2017 15:23

UNEC-də növbəti tələbə rektor seçkiləri keçirilib. Təhsil ocağından “OLAYLAR”-a bildirilib ki, açıq səsvermə yolu ilə keçirilən seçkilərin nəticələrinə əsasən, Maliyyə və mühasibat fakültəsinin III kurs tələbəsi Cabbar Hüseynov bir il ərzində universitetin növbəti tələbə rektoru olacaq. UNEC-in rektoru, professor Ədalət Muradov yeni tələbə rektoru universitet heyətinə təqdim edib.

Siyavuş Novruzov: “Trampın məktubları Azərbaycan-ABŞ münasibətlərinin bariz nümunəsidir”

2 İyun 2017 15:20

Hakim Yeni Azərbaycan Partiyasının (YAP) İcra katibinin müavini, Milli Məclisin komitə sədri Siyavuş Novruzov ABŞ Prezidenti Donald Trampın 28 May - Respublika Günü və XXIV Beynəlxalq “Xəzər Neft və Qaz-2017” sərgi və konfransı ilə əlaqədar Prezident İlham Əliyevə göndərdiyi təbrik məktublarına münasibət bildirib.

İstidən necə qorunmalı?

2 İyun 2017 15:15

Ölkə ərazisində havanın temperaturunun 32 dərəcəyədək yüksələcəyi bildirlir. Bu isə o anlama gəlir ki, havaların isinməsi ilə əlaqədar  vətəndaşlar arasında günvurma və istivurma hallarının baş verməsi qaçılmazdır.

AntiAzərbaycan qüvvələrin uğursuz Gürcüstan cəhdi

2 İyun 2017 15:16

Hələ bir müddət əvvəl yazmışdıq ki, İslam Həmrəyliyi Oyuunları ərəfəsində və ondan sonrakı dövrdə Azərbaycana qarşı növbəti şər kampaniyası, təxribat hərəkətlərinə start veriləcək. Onu da qeyd etmişdik ki, bu kampaniyanın fəal iştirakçıları və ssenari müəllifləri isə ənənəvi radikal müxalifət qüvvələri, onlara xaricdən maliyyə dəstəyi verən erməni lobbisi və digər antiAzərbaycan qüvvələr olacaq. Deyildiyi kimi də oldu. Amma bu dəfə şər kampaniyası Azərbaycanı yaxın qonşularının əli ilə vurmağa çalışdı. Əvvəl Rusiya, sonra isə Gürcüstan vasitəsilə.

“EBSCO” məlumat bazasının növbəti seminarı

2 İyun 2017 15:13

AMEA Mərkəzi Elmi Kitabxanası (MEK), AMEA Rəyasət Heyəti aparatının Beynəlxalq əlaqələr idarəsi, Azərbaycan Kitabxana İnformasiya Konsorsiumu və EBSCO nəşriyyatının təşkilatçılığı ilə “EBSCO məlumat xidmətlərinin tammətnli məlumat bazasında yerləşən elektron jurnallar və elektron kitablardan istifadə qaydaları” mövzusunda növbəti seminar keçirilib.

"Onu dəsmalla boğub, meyitini torbalara yığdıq, üstünü betonladıq" - DƏHŞƏTLİ CİNAYƏTİN ETİRAFI

2 İyun 2017 15:11

Əməkdar artist Aygün Bəylərin qətl törədən qardaşı Abbas Hümmətov və onunla ittiham olunanElnur Alxasov, Fuad Məmmədzadə, Cavid Alxasov, Ramil Əsirov və Elnur Əsirovun cinayət işi üzrə məhkəmə başlayıb.

Türkiyədə ərdə olan müğənnimiz: "Nikahımız kağız üzərindədir, sevgi bitib" 

2 İyun 2017 15:06

Türk vətəndaşı ilə ailə qurub, uzun illər Türkiyədə yaşayan, 7 ildir ki, Azərbaycana dönən müğənni Bəturə Hüseynova şəxsi həyatından danışıb. Müğənni həyat yoldaşından ayrılıb, Azərbaycana gəlməsinin səbəbini uzun illərdən sonra ilk dəfə olaraq açıqlayıb: "7 ildir ki, Azərbaycana gəlmişəm, burda fəaliyyət göstərirəm. Azərbaycana gəlməyimin səbəbkarı həyat yoldaşım olub. Ərimin Türkiyədə biznesi vardı, iflasa uğradı, hər şey əlimizdən çıxdı. Bunun da günahkarı özü oldu. Dəfələrlə ona dedim ki, ortaqlarından ayrıl, biznesin təhlükədədir. O, məni dinləmədi, avtomobilləri, evləri əlindən çıxdı. Çox çətin günlər yaşadıq, onun bu hərəkəti məni qəzəbləndirdi, küsdüm və yığışıb Azərbaycana gəldim. Oğlum o zaman orta məktəbdə oxuduğu üçün atası ilə qaldı. İndi də universitetdə təhsil aldığı üçün yanıma yalnız qonaq kimi gəlib-gedir".

Baş mama-ginekoloq: "Uşağı pambığa büküb qaloşun içinə qoymuşdular"

2 İyun 2017 14:59

Köhnə diri doğma meyarına görə, 28 həftəlik müddətdə çəkisi 1 kilo olan uşaqlar doğularsa, buna "diridoğulmuş" deyirdik. Lakin 2015-ci il, yanvarın 1-dən Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələri ilə yeni diridoğulma meyarlarına keçdik.

Deputat: "Ermənipərəst qüvvələr Azərbaycan-Gürcüstan münasibətlərinə xələl gətirmək istəyirlər"

2 İyun 2017 14:56

Əfqan Muxtarlının qeyri-qanuni fəaliyyətinin qarşısının alınması və onun məsuliyyətə cəlb olunması anti-Azərbaycan şəbəkənin əsl simasını açdı. Bu barədə millət vəkili Elman Nəsirov deyib. 

Naxçıvan MR-də səfərdə olan KİV rəhbərlərindən ibarət nümayəndə heyəti Ordubadda tarixi abidələrlə tanış olublar

2 İyun 2017 14:50

Naxçıvan Muxtar Respublikasına səfər edən ölkənin aparıcı KİV rəhbərlərindən ibarət 20 nəfərlik nümayəndə heyəti bu gün Ordubad şəhərinə səfərdə olublar. Nümayəndə  heyəti səfər çərçivəsində öncə Ordubad şəhərində Qeysəriyyə Tarix Diyarşunaslıq Muzeyində olublar.

Azərbaycan nümayəndə heyəti Beynəlxalq Əmək Konfransının 106-cı sessiyasında  iştirak edəcək

2 İyun 2017 14:47

İyunun 5-də İsveçrə Konfederasiyasının Cenevrə şəhərində Beynəlxalq Əmək Təşkilatının (BƏT) üzv dövlətlərinin hökumət nümayəndələri və sosial tərəfdaşlarının iştirakı ilə Beynəlxalq Əmək Konfransının 106-cı sessiyası öz işinə başlayacaq.