Gündəm
Bölgələrdə barama tədarükünə start verilib
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən ölkənin aqrar sektorunun inkişafına göstərilən qayğı və dəstək kənd təsərrüfatının bütün sahələrində və kənd əməkçilərinin sosial həyatında öz müsbət töhfələrini verməkdədir. Kənd Təsərrüfatı Nazirliyindən verilən məlumata görə, dövlət başçısının ölkədə ipəkçiliyin sürətli inkişafı ilə bağlı tapşırıqlarına uyğun olaraq 2016-cı ildən başlayaraq Kənd Təsərrüfatı Nazirliyi tərəfindən respublikada ipək istehsalının müasir infrastrukturunun yaradılması, baramaçıiığln yem bazasının möhkəmləndirilməsi, barama toxumçuluğunun təşkili və digər istiqamətlər üzrə tədbirlərin həyata keçirilməsinə başlanılmışdır.
Tələbə-jurnalistlərin təqdimatında Azərbaycan və ingilis dillərində həftəlik xəbərlər
Bakı Dövlət Universiteti Jurnalistika fakültəsinin tələbələri universitetin Tədris-teleradio studiyasında “BDU TV Xəbərlər” adı altında universitetdə keçirilən tədbirlər, görüşlər, tələbələrin və müəllimlərin elmi müstəvidə qazandıqları nailiyyətlər barədə həftəlik xəbər buraxılışı hazırlayırlar. Universitetdən “Olaylar” – a bildirlib ki, artıq bir neçə aydır ki, Azərbaycan dilində təqdim edilən xəbərlərın ingilis dili buraxılışı hazırlanıb. Xəbər buraxılışı Jurnalistika fakültəsinin I kurs ingilisdilli qrupları tələbələrinin iştirakı ilə hazırlanıb və “Weekly news block" adı ilə təqdim olunub.
Musiqili Teatrın Lənkəran səfəri
Musiqili Teatrı Lənkəranda qastrol səfərində olub. Teatrının mətbuat katibi Samir Sədaqətoğlu “Olaylar” – a bildirib ki, yaradıcı kollektiv şəhər Mədəniyyət Mərkəzinin səhnəsində Süleyman Ələsgərov və İsi Məlikzadənin “Hərənin öz ulduzu” iki hissəli musiqili komediyasını nümayiş etdirib. Anşlaqla keçən tamaşa böyük coşqu və marağa səbəb olub. Səhnə əsərini yerli sakinlərlə yanaşı, Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov, icra aparatının məsul işçiləri, rayon təşkilatlarının rəhbərləri də izləyiblər.
Uşaq Filarmoniyası Uşaqların Müdafiəsi Gününə həsr olunmuş konsertdə
Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında 1 iyun uşaqların müdafiyəsi gününə həsr olunmuş konsert tədbiri keçirilib. Tədbirin əsas iştirakçısı bədii rəhbər və dirijor Ağaverdi Paşayevin rəhbərliyi altında Azərbaycan Dövlət Uşaq Filarmoniyasının uşaq-gənclər xalq çalğı alətləri orkestrı oldu. Tədbirdə çıxış edən musiqişünas, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Bakı Musiqi Akademiyasının dosenti Elmira Pənahovaya uşaqların gələcəyimizdə rolundan, onların təhsili və tərbiyəsinin önəmindən söz açdı. Həmçinin Azərbaycan Dövlət Uşaq Filarmoniyasının yaranma tarıxındən, uşaqların həyatında olan rolundan, bu günümüzə qədər olan fəaliyyəti haqqında məlumat verdi.
Qəbələdə iş yerində “kütləvi çıxarış” kampaniyası
İyunun 2-də Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən Qəbələ konserv zavodunun çoxsaylı əmək kollektivi üçün birbaşa iş yerində, gündəlik iş prosesindən ayrılmadan növbəti çıxarış kampaniyası keçirilib. Komitədən verilən məlumata görə,müəssisədə çalışan vətəndaşlar birbaşa iş yerlərində evlərinin, həyətyanı torpaqlarının, pay torpaqlarının qeydiyyatına dair operativ xidmətlərlərdən yararlanıblar.
Dənizdə batmaq təhlükəsi ilə üzləşən şəxs xilas edilib
Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinə Bakı şəhəri, Qaradağ rayonunda 1 nəfərin dənizdə çimərkən batmaq təhlükəsi ilə üzləşməsi barədə məlumat daxil olub. Nazirlikdən verilən məlumata görə, dərhal xidmətin xilasediciləri hadisə yerinə cəlb olunaraq vətəndaşı sudan çıxarmış və aidiyyati üzrə təhvil veriblər. Əməliyyat saat 11:05-də başa çatıb.
Maşından 1500 manat oğurlayanlar saxlanıb
Oğurluqda şübhəli bilinən Digah qəsəbə sakini Mətləb Abbasov və Bakı şəhər sakini Hüseyn Süleymanov tutulublar. DİN-dən verilən məlumata görə, Abşeron RPİ-nin əməkdaşları tərəfindən mayın 31-də Talıb Rüstəmova məxsus "VAZ-2107" markalı avtomobildən 1500 manat pul oğurlamaqda şübhəli bilinən Digah qəsəbə sakini, əvvəllər məhkum olunmuş Mətləb Abbasov və Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Hüseyn Süleymanov tutulublar.
Oğurluqda şübhəli bilinən Gəncə sakini tutulub
Oğurluqda şübhəli bilinən Gəncə şəhər sakini Nizami Məmmədov tutulub. Dİn-dən verilən məlumata görə, Nizami (Gəncə) RPİ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində mayın 18-də rayon ərazisindəki evlərdən birindən 1500 manat pul oğurlamaqda şübhəli bilinən Gəncə şəhər sakini Nizami Məmmədov tutulub. Gaktla bağlı araşdırma aparılır.
Kultivasiya yolu ilə yetişdirilən çətənə kolu aşkar edilib
Zaqatala sakinində narkotik vasitə aşkar edilib. DİN-dən verilən məlumata görə, daxil olan məlumat əsasında Zaqatala RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Yuxarı Tala kənd sakini, əvvəllər məhkum olunmuş Adil Ömərovun yaşadığı evə baxış zamanı 60 qram marixuana, həyətyanı sahəsindən isə kultivasiya yolu ilə yetişdirilən 4 ədəd çətənə kolu aşkar edilərək götürülüb.
Lənkəran sakinindən maixuana götürülüb
Lənkəran ŞRPŞ-nin əməkdaşları tərəfindən şəhər sakini Turqut Mikayılovdan 0,17 qram marixuana götürülüb. DİN-dən verilən məlumata görə, ətrafında aparılan tədbirlərlə narkotik vasitəni ona satan həmyerlisi Elxan Hüseynov da müəyyən edilərək tutulub və ondan 4,24 qram, yaşadığı evə baxış zamanı isə əlavə olaraq 404,42 qram marixuana aşkar edilərək götürülüb.
Elmar Məmmədyarov Kosta Rika Respublikasına səfər edib
Xarici işlər naziri Elmar Məmmədyarov Kosta Rika Respublikasına rəsmi səfərə yola düşüb. XİN-dən “Olaylar"a verilən məlumata görə, səfər çərçivəsində nazir Elmar Məmmədyarovun Kosta Rika Respublikasının xarici işlər və etiqad naziri Manuel Qonzales Sans və digər rəsmi şəxslərlə görüşü, Azərbaycan Respublikası Hökuməti və Kosta Rika Respublikası Hökuməti arasında diplomatik, xidməti və rəsmi pasportlara malik şəxslərin viza tələbindən azad edilməsi haqqında Sazişin imzalanması nəzərdə tutulub. 19-20 oktyabr 2015-ci il tarixində Kosta Rika Respublikasının Xarici İşlər və Etiqad Naziri Manuel Qonsales Sans Azərbaycan Respublikasına rəsmi səfər etmişdir.
Avropada tüğyan edən xəstəlik
Avropanın Almaniya, Fransa, İtaliya, Polşa, Belçika və Ruminya da daxil bir çoxölkələrində son günlər qızılca xəsətliyinin kütləvi şəkildə yayıldığımüşahidə olunur.
Hacıqabul qəbiristanlığında tapança aşkar edilib
Ədliyyə Nazirliyi Penitensiar xidmətinin əməliyyat aparatının müxtəlif cinayətlərin üstünün açılması istiqamətində Respublikanın hüquq-mühafizə orqanları ilə qarşılıqlı əməkdaşlığı davam edir. Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən “Olaylar”a verilən məlumata görə, Ədliyyə Nazirliyi Penitensiar xidmətinin Baş idarəsinin, Bakı İstintaq təcridxanasının və 3 saylı İstintaq təcridxanasının əməliyyat aparatlarının Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarış İdarəsinin və Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları ilə birgə keçirdikləri əməliyyat tədbiri nəticəsində Hacıqabul şəhər qəbiristanlığında torpağa basdırılmış 1 ədəd “PSM” markalı tapança aşkar edilərək götürülüb.
Türkiyə polisi universitetdə əməliyyat keçirir
Türkiyənin Tekirdağ vilayətində Namiq Kamal Universitetində polis Fətulla Gülən tərəfdarlarına qarşı əməliyyat keçirir. Əməliyyat nəticəsində onlarla müəllim və professor saxlanılıb. Hadisənin təfərrüatları barədə məlumat verilməyib.
Qarabağ düzənliyində yeni qeydiyyata alınmış abidələrdə kəşfiyyat aparılır
“Qarabağ neolit-eneolit ekspedisiyası” 2017-ci il tədqiqat planına əsasən Qarabağ düzənliyində arxeoloji kəşfiyyat və yeni qeydiyyata alınmış neolit və eneolit dövrü abidələrində kəşfiyyat qazıntı işlərinə başlayıb.


.jpg)











