Gündəm

Rusiyanın idman naziri: “Azərbaycan İslam Həmrəyliyi Oyunlarını da yüksək səviyyədə keçirdi”

2 İyun 2017 14:17

“Azərbaycan ilk Avropa Oyunları kimi İslam Həmrəyliyi Oyunlarını da yüksək səviyyədə keçirdi”.  Rusiya Federasiyasının idman naziri Pavel Kolobkov bildirib. Nazir deyib ki, Azərbaycan bu miqyasda idman yarışları keçirdiyinə görə ən böyük diqqətə və qiymətə layiqdir: “Həm Avropa Oyunları, həm də islam Həmrəyliyi Oyunları yüksək səviyyədə keçirildi. Oyunların səviyyəsi, təşkilatçılıq ən yüksək qiymətə layiqdir”.

Bu il Azərbaycanda 9 bank filialı bağlanıb

2 İyun 2017 14:09

Bu ilin yanvar-aprel aylarında banklara məxsus 9 filial bağlanıb. Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) açıqladığı statistik məlumatlarda bildirilir ki, yanvar ayından mayın 1-dək bankların ümumilikdə 9 filialı fəaliyyətini dayandırıb.

Putin: “Beş dəfə sui-qəsddən qaçdım”

2 İyun 2017 14:08

Rusiya prezidenti Vladimir Putin beş dəfə sui-qəsddən qaçıb.  Bunu Rusiya prezidentinin özü rejissor Oliver Stouna müsahibəsində deyib.

İŞİD-ə qoşulmuş azərbaycanlı QADINLAR - ADLAR

2 İyun 2017 14:06

İŞİD terror təşkilatının tərkibinə qoşulmuş yüzlərlə qadın arasında azərbaycanlılara da rast gəlmək olar. Terrorçulara qoşulan azərbaycanlı qadınların əksəriyyəti Rusiya vətəndaşıdır və Dağıstan Respublikasından qanunsuz yollarla hərbi toqquşmaların baş verdiyi ərazilərə gediblər.

Azərbaycan ədəbiyyatından hansı əsərlərin Nobel mükafatına layiq görülməsini istərdiniz?- SORĞU

2 İyun 2017 13:58

“Azərbaycan ədəbiyyatından hansı əsərlərin Nobel mükafatına layiq görülməsini istərdiniz” sualı ilə yazarlarımıza, ədəbi tənqidçilərimizə müraciət etdik.

Park Cinema Amburan Beach Club-da yay mövsünü açdı

2 İyun 2017 13:50

3 iyun tarixində Park Cinema Amburan Beach Club-da yay mövsümünə start verir.Park Cinema Amburan Beach Club – dan “Olaylar” – a bildirlib ki, kinoteatrın repertuarına yeni xarici filimlərlə yanaşı yerli filimlər də əlavə oluncaq. Gələn həftə boyunca isə məhz bu filmlər nümayiş etdiriləcək :“Ecazkar qadın”, “Malubi xilaskarları” və Azərbaycanın ilk uşaq komediyası “Samedik”. Seanslar 20:00-dan etibarən başlayacaq.

AMEA-da Tvinninq layihəsi ilə bağlı görüş

2 İyun 2017 13:49

AMEA-nın Rəyasət Heyətində “Ali təhsil sisteminin Avropa ali təhsil məkanının tələblərinə daha da uyğunlaşdırılması məqsədi ilə Azərbyacan Respublikasının Təhsil Nazirliyinə dəstək göstərilməsi” layihəsinin məsul icraçıları ilə görüş keçirilib. Görüşdə qonaqları salamlayan AMEA-nın Elm və Təhsil İdarəsinin rəisi, AMEA-nın müxbir üzvü Əminağa Sadıqov Tvinninq layihəsinin Azərbaycanda təhsilin Bolonya prosesi çərçivəsində Avropa təhsil məkanına inteqrasiyası baxımından böyük əhəmiyyət kəsb etdiyini və AMEA-nın bu layihəyə hərtərəfli dəstək göstərməyə hazır olduğunu bildirib. 

“Millers Oils Ltd” şirkətinə AMEA ilə birgə istehsalatla məşğul olmaq hüququ verilib

2 İyun 2017 13:49

Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Akif Əlizadə Birləşmiş Krallığın “Millers Oils Ltd” şirkətinin icraçı direktoru Ceyms Rian, şirkətin Biznesin inkişafı departamentinin rəhbəri Martin Qouf və şirkətin texniki işlər üzrə direktoru Martin Mann ilə görüşüb. 

“Neft hasilatının biotexnalogiyası” adlı monoqrafiya

2 İyun 2017 13:45

Azərbaycan Milli Elmlər Akademiyası Mikrobiologiya İnstitutunun Ekoloji mikrobiologiya laboratoriyasının müdiri, Avropa Təbiət Elmləri Akademiyasının həqiqi üzvü, professor Nəriman İsmayılovun “Neft hasilatının biotexnalogiyası “ kitabı Rusiyada çapdan çıxıb.

Məşhur rejissor avtomobil qəzasına düşdü

2 İyun 2017 13:45

 Dünyaca məşhur serb kinorejissoru Əmir Kusturitsa avomobil qəzası keçirib.  Qəza Belqradın 140 kilometrliyində Serbiya magistral yolunda baş verib. Naməlum səbəbdən sürücünün idarə etdiyi “Mercedes” yoldan çıxıb. Hadisə yerinə gələn Yol Polis Xidməti və Təcili Tibbi Yardım yerindəcə sürücüyə və rejissora yardım göstərdikdən sonra hər iki şəxs Valevo şəhərindəki xəstəxanaya qaldırılıb.

Sədaqət Vəliyeva: "Struktur dəyişiklikləri çoxşaxəli reformaların çevik və optimal şəkildə reallaşdırılmasına xidmət edir"

2 İyun 2017 13:39

“Azərbaycan Respublikası Prezidenti Administrasiyasında struktur dəyişikliklərinin aparılması Prezident İlham Əliyevin rəhbərliyilə həyata keçirilən çoxşaxəli reformaların çevik və optimal şəkildə reallaşdırılmasına xidmət edir”. Bunu Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib.

Azər Həsrət: “Yeni struktur dəyişiklikləri idarəetmənin daha çevik qurulması üçün vacib idi”

2 İyun 2017 13:38

“Azərbaycan Respublikasının Prezident Administrasiyasındakı yeni struktur dəyişiklikləri idarəetmənin daha çevik və effektiv qurulması üçün vacib idi”. Bunu siyasi şərhçi Azər Həsrət deyib.

Sabahın havası

2 İyun 2017 13:37

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Şimşək çaxacağı ehtimalı var.

Ruhaninin andiçmə mərasimi avqustda keçiriləcək

2 İyun 2017 13:34

Mayın 19-da ikinci dəfə İran prezidenti seçilən Həsən Ruhaninin andiçmə mərasimi avqust ayında keçiriləcək. Bu barədə açıqlama verən İran parlamentinin rəyasət heyətinin üzvü Əhməd Əmirəbadi deyib. O bildirib ki, andiçmə mərasimi İranın Ali Rəhbəri Ayətullah Seyid Əli Xameneinin H.Ruhanini prezident kimi təsdiq etməsindən 5 gün sonra keçiriləcək.

Qarabağda müharibə ssenarisi: "Azərbaycan dərhal Naxçıvandan zərbə endirəcək..."

2 İyun 2017 13:32

Xəbər verildiyi kimi Brüsseldə mənzillənmiş Beynəlxalq Böhran Qrupu Qarabağ münaqişəsinə dair növbəti irihəcmli hesabatını yayıb. Təşkilatın analitikləri hesab edirlər ki, Azərbaycanla Ermənistan arasında irimiqyaslı müharibənin başlanması heç vaxt olmayan qədər yaxındır.