Gündəm

Azərbaycanda 5,5 milyon nəfər tibbi müayinədən keçirilib, aşkarlanan xəstəliklər açıqlanıb

2 İyun 2017 13:30

Ölkədə əhalinin tibbi profilaktik müayinəsi başa çatdırılıb. Səhiyyə Nazirliyinin mətbuat xidmətindən  verilən məlumata görə, əhalinin tibbi profilaktik müayinəsi 2017-ci ilin fevral ayının 15-də başlayıb, mayın 15-də bitib.

Nazir iş yerlərinə çıxış imkanlarının azalmasının səbəbini açıqlayıb

2 İyun 2017 13:28

"Azərbaycanda əmək bazarına daxil olan əmək resursların çox artıb". Bunu əmək və əhalinin sosial müdafiə naziri Səlim Müslümov bildirib. Onun sözlərinə görə, 2003-cü ildən sonra ölkədə iqtisadi və sosial şəraitin yaxşılaşması nəticəsində yeni yaradılan ailələrin və doğulan uşaqların sayı kəskin artıb.

Beynəlxalq Bankı necə xilas etmək olar?

2 İyun 2017 13:26

Azərbaycan Beynəlxalq Bankının (ABB) xarici öhdəliklərinin könüllü restrukturizasiya məsələsi ətrafda yaranan müzakirələr getdikcə artır. İndi də qeyd olunur ki, xarici kreditorlar bununla razılaşmayacaq.

Struktur islahatları ölkəmizə nə vəd edir?

2 İyun 2017 13:25

Dövlət başçısı İlham Əliyevin imzaladığı sərəncamla Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının strukturu dəyişib. Struktur dəyişikliyinə əsasən Birinci vitse-prezidentin xidməti formalaşdırılıb, Azərbaycan Respublikası Prezidentinin köməkçilərinin sayı 10-a çatdırılıb. Bundan başqa, dövlət müşavirliyi institutu və Administrasiya rəhbərinin müavini vəzifəsi ləğv olunub, Administrasiyanın tərkibində 2 yeni struktur bölməsi - Gənclər siyasəti və idman məsələləri, habelə Elektron hökumət şöbələri yaradılıb, bəzi digər şöbələrin funksiyaları və fəaliyyət istiqamətlərinə müəyyən dəyişikliklər edilib.

Nəsimi rayonunda Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr edilmiş tədbir keçirilib

2 İyun 2017 13:21

1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi günü münasibəti ilə Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən xüsusi tədbirlər planı hazırlanmış, keçiriləcək tədbirlərə daha çox uşağın cəlb olunması nəzərdə tutulmuşdur.

Millət vəkili: Vərəm xəstələri məcburi müalicəyə cəlb olunmalıdır

2 İyun 2017 13:20

“Vərəm xəstələrinin məcburi dövlət hesabına müalicəyə cəlb edilməsi, əhalinin vərəmlə bağlı maarifləndirmə işlərinin surətləndirilməsi və vərəmli xəstələrin davamlı tibbi nəzarətdə saxlanılması ilə bağlı işlər surətlənməlidir”.

Güləşçilərimiz Dünya çempionunun şərəfinə turnirdə yarışacaq 

2 İyun 2017 13:18

İyunun 6-7-də Gürcüstanın Rustavi şəhərində Dünya çempionu Temo Kazaraşvilinin şərəfinə beynəlxalq turnir keçiriləcək. AGF-dən “OLAYLAR”-a bildirilib ki, Yunan-Roma güləşi üzrə yeniyetmələrdən ibarət yığma komanda turnirdə iştirak edəcək. Böyük məşqçi Bəhram Mürvətov və məşqçi Fuad Əliyevin rəhbərliyi altında Gürcüstana 10 güləşçimiz yollanacaq. Yarışda ölkəmizi Həsrət Cəfərov (42 kq), Zaur Əliyev, Nihat Məmmədli (hər ikisi 46 kq), Əsgər Əlizadə (50 kq), Nurağa Yusifli (54 kq), Həsən Məmmədli (58 kq), Ruslan Hədisov (63 kq), Fikrət Vəliyev (76 kq), Elşən Eyyubzadə (85 kq) və Sərxan Məmmədov (100 kq) təmsil edəcək. Görüşlərin idarə edilməsində ölkəmizi beynəlxalq dərəcəli hakim Elgün Məmmədov təmsil edəcək.

Şərif Ağayar yarmarkada kitab imzalayacaq

2 İyun 2017 13:18

İyunun 3-ü saat 15-də yazıçı Şərif Ağayar “Qanun” nəşriyyatının “Elmlər Akademiyasının bağı”nda təşkil etdiyi kitab yarmarkasında iştirak edəcək. Yazıçı yarmarkada oxucuları ilə görüşəcək və yeni çıxan “Arzulardan sonrakı şəhər” romanını imzalayacaq.

Əhalinin banklardakı əmanətlərinin məbləğini açıqlandı

2 İyun 2017 13:18

Azərbaycanda fəaliyyət göstərən 32 bankın 30 aprel 2017-ci ilə cəmi aktivləri 30,779.2 milyon manat, cəmi öhdəlikləri 28,031.6 milyon manat təşkil edib. Maliyyə Bazarlarına Nəzarət Palatasından (MBNP) verilən məlumata görə, sektorun balans kapitalı 2,747.6 milyon manatdır. Əhalinin əmanətləri 6,847.5 milyon manat həcmindədir. Bankların filiallarının sayı 560, şöbələrinin sayı 140, POS-terminalların sayı 2,493-dür. Bütövlükdə, bank sektorunun işçi heyəti 16,214 nəfər təşkil edir. 

Rövnəq Abdullayev Özbəkistan nümayəndə heyətini qəbul edib

2 İyun 2017 13:17

“Xəzər Neft və Qaz -2017” sərgi-konfransında iştirak etmək üçün Bakıya səfər etmiş “Özbəkneftqaz” şirkətinin İdarə Heyətinin sədri Alişer Sultanov SOCAR-ın baş ofisində şirkətin prezidenti Rövnəq Abdullayev ilə görüşüb.

Təbii fəlakətin fəsadları aradan qaldırılır

2 İyun 2017 13:15

Ötən gün axşam saatlarında yağan güclü yağış nəticəsində Bakı-Şamaxı avtomobil yolunun 80-ci km-lik ərazisinə, Ceyrankeçməz dərəsi adlanan hissəsinə dağlıq ərazilərdən gələn güclü sel suları özü ilə bərabər daş və palçıq qatı gətirərək yolun müvəqqəti bağlanmasına səbəb olub.

Namizədlərin test imtahanı iyunun 10-da keçiriləcək

2 İyun 2017 13:15

Builki açıq müsabiqədə iştirak edən namizədlərlə test imtahanı Dövlət İmtahan Mərkəzi ilə birlikdə iyun ayının 10-da saat 10.00-da Bakı İdman Zalında (Bakı şəhəri, Neftçilər prospekti 26A ünvanında) şəffaf şəraitdə keçiriləcək. Ədliyyə Nazirliyinin Müsabiqə Komissiyasından verilən məlumata görə, qeydiyyatdan keçmiş namizədlər "İmtahana buraxılış vərəqəsi"ni 8-9 iyun tarixlərində saat 9-dan 18-dək şəxsiyyət vəsiqəsini təqdim etməklə Ədliyyə Nazirliyinin inzibati binasından götürməlidirlər. Buraxılış rejiminin və yerləşdirilmənin təmin olunması üçün namizədlər imtahanın başlanmasına azı 1 saat qalmış gəlməli, buraxılış vərəqəsini və şəxsiyyət vəsiqəsini mütləq təqdim etməlidirlər.

Mədəniyyət və Turizm Nazirliyinin nümayəndə heyəti İtaliyada tədqiqat səfərində

2 İyun 2017 13:14

Mədəniyyət və Turizm Nazirliyinin nümayəndə heyəti İtaliyanın Liquriya və Toskana regionlarına tədqiqat səfəri çərçivəsində həmin ölkənin müxtəlif şəhərlərində bir neçə nüfuzlu təşkilat və mədəniyyət müəssisələri ilə görüşlər keçirib.

Diplom satan “iş başında” yaxalandı

2 İyun 2017 13:12

Bakıda saxta diplom satan şəxs tutulub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Gəncə şəhər sakini Nəbi Yuifov paytaxtın Yasamal rayonu ərazisində iki nəfərin adına olan, ali təhsil müəssisələrindən birinin saxta diplom blanklarının hər birini 5000 manata satarkən tutulub.Faktla əlaqədar Cinayət Məcəlləsinin 320-ci (Rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə) maddəsi ilə cinayət işi başlanılıb.