Struktur islahatları ölkəmizə nə vəd edir?
Dövlət başçısı İlham Əliyevin imzaladığı sərəncamla Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının strukturu dəyişib. Struktur dəyişikliyinə əsasən Birinci vitse-prezidentin xidməti formalaşdırılıb, Azərbaycan Respublikası Prezidentinin köməkçilərinin sayı 10-a çatdırılıb. Bundan başqa, dövlət müşavirliyi institutu və Administrasiya rəhbərinin müavini vəzifəsi ləğv olunub, Administrasiyanın tərkibində 2 yeni struktur bölməsi - Gənclər siyasəti və idman məsələləri, habelə Elektron hökumət şöbələri yaradılıb, bəzi digər şöbələrin funksiyaları və fəaliyyət istiqamətlərinə müəyyən dəyişikliklər edilib.
2 İyun 2017 13:25 İqtisadiyyatEkspert: "Mövcud dəyişikliklər iqtisadi islahatların daha səmərəli sinerjisinin təmin olunmasına xidmət edir"
Dövlət başçısı İlham Əliyevin imzaladığı sərəncamla Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının strukturu dəyişib. Struktur dəyişikliyinə əsasən Birinci vitse-prezidentin xidməti formalaşdırılıb, Azərbaycan Respublikası Prezidentinin köməkçilərinin sayı 10-a çatdırılıb. Bundan başqa, dövlət müşavirliyi institutu və Administrasiya rəhbərinin müavini vəzifəsi ləğv olunub, Administrasiyanın tərkibində 2 yeni struktur bölməsi - Gənclər siyasəti və idman məsələləri, habelə Elektron hökumət şöbələri yaradılıb, bəzi digər şöbələrin funksiyaları və fəaliyyət istiqamətlərinə müəyyən dəyişikliklər edilib. Dövlət başçısının sərəncamının ölkədə daha çevik idarəetməyə şərait yaradacağı bildirilir. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı Azərbaycan Respublikasının Prezident Administrasiyasının strukturunda edilən dəyişikliklərlə bağlı fikirlərini açıqlayıb. Qeyd edib ki, son dövrlərdə Azərbaycanda bir çox mühüm islahatlar, o cümlədən institusional islahatlar davam etdirilir: "Dövlətimizin başçısının siyasi iradəsi ilə aparılan bu islahatların əsas məqsədi idarəetmədə çevikliyi və səmərəliliyi artırmaq, cəmiyyətdə formalaşan yeni çağırışlara və iqtisadiyyatda baş verən struktur dəyişikliklərinə adekvat uyğunlaşmanı təmin etməkdir. Prezident Administrasiyasının strukturunda aparılan islahatlar da Prezident İlham Əliyevə daha effektiv və çevik xidmət etməyə imkan verən idarəetmə aparatının formalaşdırılmasına yönəlib. Edilən dəyişikliklərlə Prezident Administrasiyasında mövcud olan müxtəlif vəzifə təsnifatlarının azaldılması və eyniləşdirilməsi, əlaqəli sahələr üzrə vahid vəzifə təsnifatının müəyyənləşdirilməsi və bununla effektiv koordinasiyanın təmin edilməsi, Administrasiyada daha geniş spektrli Prezident köməkçiləri strukturunun formalaşdırılması, dövrün tələblərinə adekvat yeni şöbələrin yaradılması və ya mövcud şöbələrin funksiyalarının təkmilləşdirilməsi təmin edilib". Onun sözlərinə görə, Prezidentin iqtisadi islahatlar üzrə köməkçisi xidmətinin funksiyalarına iqtisadi siyasət və sənaye məsələlərinin də əlavə edilməsi iqtisadi islahatların əhatə dairəsinin genişlənməsinə və Strateji Yol Xəritəsinin icrası üçün daha əlverişli şəraitin formalaşmasına zəmin yaradır: "Mövcud dəyişikliklər, həmçinin iqtisadi siyasətlə iqtisadi islahatların daha səmərəli sinerjisinin təmin olunmasına, iqtisadi islahatların bütün iqtisadi siyasət arsenalını əhatə etməsinə və formalaşdırılan vahid iqtisadi siyasət çərçivəsi daxilində daha effektiv iqtisadi islahatların aparılmasına gətirib çıxaracaq. Beləliklə, bu dəyişiklik iqtisadi siyasət kontekstində iqtisadi islahatların yeni nəfəs qazanmasına xidmət edəcək. Bildiyiniz kimi, iqtisadi islahatlar iqtisadi siyasətin alt komponentidir və onun reallaşdırılma mexanizmidir. Edilən dəyişiklik vahid siyasət çərçivəsi ilə onun reallaşdırılması mexanizmi olan islahatlar arasında daha koordinasiyalı sistemin yaradılmasına imkan verəcək". V.Qasımlı qeyd edib ki, Prezidentin İqtisadi siyasət və sənaye məsələləri üzrə köməkçisi xidmətinin strukturunda əvvəlki kimi 2 sektor: iqtisadi islahatların təhlili və planlaşdırılması və iqtisadi islahatların monitorinqi, koordinasiyası və qiymətləndirilməsi sektorları iqtisadi islahatların təhlillər əsasında planlaşdırılması, sonradan monitorinqi və qiymətləndirilməsi fəaliyyətləri ilə məşğul olacaq. Digər sektorlar isə bu sektorların fəaliyyətinə dəstəkləyici funksiyalar həyata keçirəcək. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi isə Prezidentin İqtisadi siyasət və sənaye məsələləri üzrə köməkçisinin xidməti ilə birgə iqtisadi islahatların planlaşdırılması məqsədilə təhlillərin aparılması, qəbul edilmiş islahat qərarlarının effektiv kommunikasiyası, eləcə də monitorinqi və qiymətləndirilməsi fəaliyyətlərini davam etdirəcək". Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin (BŞGİBİ) rəisi Raqif Abbasov deyib ki, dövlət başçımız, Ali Baş Komandan, Milli Olimpiya Komitəsinin Prezidenti cənab İlham Əliyevin Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında və digər idarəçilik sistemində etdiyi struktur dəyişiklikləri cəmiyyətimizdə çox böyük rəğbətlə qarşılandı. Bu struktur dəyişiklikləri yeni islahatların bir hissəsidir. İdarə rəisi qeyd edib ki, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında yeni şöbələrin yaradılması ölkəmizdə bu sahələrdə işlərin daha çevik və uğurla aparılmasını təmin edəcək: "Prezident Administrasiyasında Millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər üzrə şöbə və Gənclər siyasəti və idman məsələləri şöbəsinin yaradılması bu sahələrin inkişafının cənab Prezidentin və dövlətimizin daima diqqətində olmasının göstəricisidir. Həmin şöbələr ölkəmizdə bu sahələrdə daha çevik idarəetməyə şərait yaradacaq. Yeni struktur dəyişiklikləri Azərbaycanın uğurlarına böyük təkan verəcək".
Nurlan