İran "3+3" formatı ilə Cənubi Qafqazda yeni enerji gündəliyi formalaşdırmağı hədəfləyir – ÖZƏL

Olaylar.az xəbər verir ki, Moskvada keçirilən "Rusiya Enerji Həftəsi" forumunda çıxış edən İranın neft nazirinin müavini və Milli Qaz Şirkətinin rəhbəri Səid Tavakkoli bildirib ki, "3+3" platforması (Azərbaycan, Ermənistan, Gürcüstan və Rusiya, İran, Türkiyə) çərçivəsindəki təşəbbüslər Cənubi Qafqazda yeni enerji gündəliyinin formalaşmasına təkan verə bilər. Onun sözlərinə görə, bazarın tələbatına uyğun olaraq İran regionda enerjinin ixracı, idxalı və svop əməliyyatlarında mühüm rol oynamağa hazırdır. 

Tavakkoli vurğulayıb ki, Cənubi Qafqaz və Mərkəzi Asiyada enerji əməkdaşlığı üçün böyük potensial var və əsas məsələ tədarük marşrutları və həcmlərindən daha çox, bu ticarət vasitəsilə bütün iştirakçı ölkələr üçün davamlı iqtisadi mənfəət yaratmaqdır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31