Hindistanın müdafiə naziri müxalifəti hakimiyyəti ələ keçirməyə cəhddə ittiham edib-ÖZƏL

Hindistanın müdafiə naziri Racnat Sinq müxalifəti gənclərdən istifadə edərək ölkədə anarxiya yaratmağa və hakimiyyəti ələ keçirməyə çalışmaqda ittiham edib. Olaylar.az xəbər verir ki, TASS xəbər verir ki, nazir Rahul Qandinin rəhbərlik etdiyi Hindistan Milli Konqresi partiyasını və onun müttəfiqlərini siyasi sabitliyi pozmaqda günahlandırıb.

Sinqin sözlərinə görə, müxalifətin Seçki Komissiyasına qarşı etirazları və seçici siyahılarının yoxlanılması ilə bağlı tənqidləri hakimiyyəti dəyişdirmək cəhdinin bir hissəsidir. O, müxalifətin məqsədinin ədalətli seçkilər deyil, hakimiyyəti ələ keçirmək olduğunu iddia edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31