Azər Həsrət: “Yeni struktur dəyişiklikləri idarəetmənin daha çevik qurulması üçün vacib idi”
“Azərbaycan Respublikasının Prezident Administrasiyasındakı yeni struktur dəyişiklikləri idarəetmənin daha çevik və effektiv qurulması üçün vacib idi”. Bunu siyasi şərhçi Azər Həsrət deyib.
2 İyun 2017 13:38 Siyasət"Azərbaycan Respublikasının Prezident Administrasiyasındakı yeni struktur dəyişiklikləri idarəetmənin daha çevik və effektiv qurulması üçün vacib idi". Bunu siyasi şərhçi Azər Həsrət deyib.
Onun sözlərinə görə, Prezident Administrasiyası ölkənin ən dinamik işləyən üst qurumlarından biridir: "Ölkədəki bütün proseslərə məhz bu qurum tərəfindən həm nəzarət edilir, həm də yön verilir. O baxımdan zaman keçdikcə Administrasiyanın işinin təkmilləşdirilməsi zərurəti ortaya çıxır. Həm də nəzərə almaq lazımdır ki, artıq Azərbaycanda 1-ci vitse-prezident və iki vitse-prezident vəzifəsi təsis edilib ki, onların da işinin qurulması yeni yanaşma tələb edir. Bu baxımdan cənab Prezidentin dünən Administrasiyanın strukturu ilə bağlı elan etdiyi mövqe tam yerinə düşür. Biz bir daha əmin oluruq ki, cənab Prezident ölkədə ən mükəmməl və effektiv idarəetmənin təmin edilməsində hamıdan çox maraqlıdır". Sia.az