Musiqili Teatrın Lənkəran səfəri

Musiqili Teatrı Lənkəranda qastrol səfərində olub. Teatrının mətbuat katibi Samir Sədaqətoğlu “Olaylar” – a bildirib ki, yaradıcı kollektiv şəhər Mədəniyyət Mərkəzinin səhnəsində Süleyman Ələsgərov və İsi Məlikzadənin “Hərənin öz ulduzu” iki hissəli musiqili komediyasını nümayiş etdirib. Anşlaqla keçən tamaşa böyük coşqu və marağa səbəb olub. Səhnə əsərini yerli sakinlərlə yanaşı, Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov, icra aparatının məsul işçiləri, rayon təşkilatlarının rəhbərləri də izləyiblər.

Musiqili Teatrı Lənkəranda qastrol səfərində olub. Teatrının mətbuat katibi Samir Sədaqətoğlu "Olaylar" - a bildirib ki, yaradıcı kollektiv şəhər Mədəniyyət Mərkəzinin səhnəsində Süleyman Ələsgərov və İsi Məlikzadənin "Hərənin öz ulduzu" iki hissəli musiqili komediyasını nümayiş etdirib. Anşlaqla keçən tamaşa böyük coşqu və marağa səbəb olub. Səhnə əsərini yerli sakinlərlə yanaşı, Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov, icra aparatının məsul işçiləri, rayon təşkilatlarının rəhbərləri də izləyiblər.

Tamaşadan sonra Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov yaradıcı kollektivlə görüşüb.

Qeyd edək ki, tamaşada rolları Azərbaycan Respublikasının Xalq artisti Fatma Mahmudova, Əməkdar artist Novruz Qartal, aktyorlar Nadir Xasıyev, Gülcahan Salamova, Möylə Mirzəliyev, Rəsmiyyə Nurməmmədova, Elxan İsmayılov və Nigar Qarayeva ifa ediblər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31