Gündəm

Güclü sel Qaraməryəm-İsmayıllı-Şəki yolunda da fəsadlara yol açıb

2 İyun 2017 16:07

Bölgəyə ötən gecədən başlayaraq yağan güclü leysan yağışları bu gün günorta saatlarında daha da güclənib. “Azəravtoyol” ASC-nin mətbuat xidmətindən “OLAYLAR”-a bildirilib ki, yağışdan sonra dağlardan gələn sel suları sözügedən avtomobil yolunun 38-40-cı km-lik hissəsində avtonəqliyyat vasitələrinin hərəkətini çətinləşdirib.

Mübariz Qurbanlı İran Mədəniyyət Mərkəzinin sədri ilə görüşüb

2 İyun 2017 16:06

İyunun 2-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı İran İslam Respublikasının Azərbaycandakı Səfirliyinin Mədəniyyət Mərkəzinin sədri Əsgər Farsi ilə görüşüb. “OLAYLAR”-ın Dini Komitəyə istinadən verdiyi xəbərə görə, görüşdə iki ölkənin din və mədəniyyət sahəsində əməkdaşlığının daha da genişləndirilməsi ilə bağlı məsələlər müzakirə olunub.

Paytaxt məktəbliləri Milli Məclisdə olublar

2 İyun 2017 16:06

Azərbaycan Uşaqlarının IV Ümumrespublika Forumuna seçilmiş paytaxt məktəbliləri Milli Məclisdə olublar. “OLAYLAR”-ın xəbərinə görə, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrinin şagirdləri 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibəti ilə Milli Məclis, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə “Mənim səsim – mənim hüquqlarım: Parlamentdə müzakirə” mövzusunda keçirilən tədbirə qatılıblar.

“Administrasiyadakı dəyişiklik dövlət idarəçiliyinidə müsbət nəticələrə səbəb olacaq”

2 İyun 2017 16:05

Ölkə başçısı İlham Əliyev ötən gün Prezident Administrasiyasında struktur dəyişikliyi edib. Bu dəyişiklik nəticəsində Administrasiyada dövlət başçısına yeni köməkçilər təyin edilib, eyni zamanda yeni vəzifələr yaradılıb və onlara da təyinatlar gerçəkləşib. Milli Məclisin Gənclər və idman komitəsinin sədri Fuad Muradov bildirib ki, dəyişikliklər Azərbaycanda səmərəli və çevik dövlət idarəçiliyi mexanizminin formalaşdırılmasından irəli gəlir: “Bu günə qədər Azərbaycanda aparılan bütün islahatlar ölkənin inkişafı və gələcəyinə yönəlib, kadr islahatları da həmçinin.

"Müəyyən qüvvələrin Gürcüstan-Azərbaycan münasibətlərini korlamaq cəhdləri baş tutmayacaq"

2 İyun 2017 16:00

Əfqan Muxtarlının saxlanılmasını əsas gətirərək müəyyən qüvvələrin Gürcüstan-Azərbaycan münasibətlərini korlamaq cəhdləri heç vaxt baş tutmayacaq. Bu barədə Gürcüstan parlamentinin deputatı Savalan Mirzəyev deyib.

Qızılcadan peyvənd olunan 15 uşaq öldü

2 İyun 2017 15:58

Cənubi Sudanda qızılcaya qarşı aparılmış peyvəndlər nəticəsində 15 uşaq həyatını itirib. Hadisə ilə əlaqədar Sudan Səhiyyə Nazirliyində xüsusi komissiya yaradılıb. İlkin ehtimalla görə, uşaqların ölümünə səbəb kimi dərmanların keyfiyyətsiz şəraitdə saxlanması və eyni şpritsin bir neçə uşaq üçün istifadə edilməsi qeyd olunub.

"Hansısa qüvvələr Azərbaycan-Gürcüstan münasibətlərinə xələl gətirə bilməz"

2 İyun 2017 15:56

“Anti-Azərbaycan qüvvələrinin ölkəmizin daxili işlərinə qarışması cəhdi ilk hal deyil. Bundan öncə də belə hadisələrlə rastlaşmışıq. Lakin Azərbaycanda həyata keçirilən daxili və xarici siyasətlə bağlı elə kurs götürülüb ki, ölkəmizə qarşı atılan istənilən cəhd iflasa uğrayır”. Bunu Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin direktoru Rufiz Qonaqov deyib.

"Rabitə işi"ndə müdafiə tərəfi çıxış edib

2 İyun 2017 15:53

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq Aparat rəhbəri Vidadi Zeynalov və digərlərinin cinayət işi üzrə məhkəmə davam etdirilib.

Mətbuat Şurası “Gürcüstan” qəzetinin redaktorunu təltif edib

2 İyun 2017 15:48

Azərbaycan Mətbuat Şurası “Gürcüstan” qəzetinin redaktoru İslam Əliyevi 70 illik yubileyi münasibəti ilə fəxri diplomla təltif edib, ona təbrik məktubu ünvanlayıb.

Bilik Fondu ideoloji maarifləndirmə işini davam etdirir

2 İyun 2017 15:48

Ölkədə aparılan ideoloji, sosial və elmi maarifləndirmə işlərinin daha da genişləndirilməsi, müasir Azərbaycan dövlətinin qurucusu Ulu Öndər Heydər Əliyevin banisi olduğu Azərbaycançılıq ideologiyasının və Prezident İlham Əliyevin apardığı uğurlu dövlət siyasətinin prioritet istiqamətlərinin ölkə əhalisinə intensiv çatdırılması məqsədilə Bilik Fondu silsilə maarifləndirici mühazirələrini davam etdirir. Fonddan “Olaylar” – a bildirilib ki, Səbail rayonunda yerləşən C.Hacıyev adına 3 saylı musiqi məktəbində Bilik Fondunun Səbail RİH ilə birgə təşkil etdiyi mühazirədə rayonun Bayıl-20-ci yaşayış sahəsinin sakinləri, ərazidəki idarə, təşkilat və müəssisələrin, bələdiyyə və təsərrüfat xidmətlərinin nümayəndələri, ağsaqqallar və gənclər iştirak ediblər.

Azərbaycanda terrorçu və terror təşkilatı anlayışları genişləndirilir

2 İyun 2017 15:46

“Terorçuluqla mübarizə haqqında” qanuna dəyişiklik edilir. Məlumata görə, bununla bağlı qanunda göstərilmiş “terrorçu” və”terror təşkilatı” anlayışları genişləndirilir. Hazırki qanunvericiliyə əsasən, terrorçu — hər hansı bir formada terror fəaliyyətinin həyata keçirilməsində iştirak edən şəxsdir.

Gürcüstana sığınıb Azərbaycanı hədəfə alanlar: şəbəkə çökməyə başlayır

2 İyun 2017 15:39

Gürcüstanda Azərbaycan əleyhinə fəaliyyət göstərən şəbəkələnmiş struktur 4 il əvvəl, 2013-cü ilin iyun ayında yaradılıb. Həmin vaxtlarda Milli Şura adlı strukturun hakimiyyətə gələcəyinə kütləni və ən başlıcası, Qərb ölkələrindəki güc mərkəzləri ilə çeşidli beynəlxalq siyasi donor təşkilatlarını inandırmağa çalışan Rüstəm İbrahimbəyov, İsa Qəmbər, Eldar Namazov, Əli Kərimli və Arif Hacılı Tbilisiyə səfərlər etməyə başlamışdılar.

Nazirdən işsizlik müavinəti alanlara şad xəbər

2 İyun 2017 15:36

"İşsizlikdən sığorta haqqında” qanun layihəsi Milli Məclisdə müzakirə olunur və bu il qəbul olunması nəzərdə tutulur. Həmin qanunun 2018-ci il yanvarın 1-də qüvvəyə minməsi planlaşdırılır”.

Ermənilərin "Köçəri" iddiasını ifşa edən faktlar

2 İyun 2017 15:33

İşğalçı Ermənistan Azərbaycana məxsus "Köçəri" rəqsini özününkiləşdirərək qeyri-maddi mədəni irs kimi YUNESKO-nun siyahısına salmağa iddialıdır. Ermənistanın mədəniyyət nazirinin müavini Arev Samuelyan YUNESKO-a təqdim edəcəkləri qeyri-mədəni irs siyahısında "köçəri" rəqsini də gündəliyə salmaq istədiklərini bildirib.

KİV: Moskvada bir neçə terror aktının qarşısı alınıb

2 İyun 2017 15:29

Rusiya Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları mayın 25-də İŞİD-in dörd üzvünü saxlamaqla Moskvada törədiləcək bir sıra terror hücumlarının qarşısını almş olub. Bu barədə "Kommersant" öz mənbələrinə istinadən məlumat yayıb.