Gündəm

Səfir: "Fransanın yeni prezidenti Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində səylərini əsirgəməyəcək"

2 İyun 2017 17:11

"Fransanın yeni seçilən prezidenti Emanuel Makron Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məlumatlıdır. Çünki iki ölkənin ikitərəfli əlaqələrinin zəngin olduğunu dərk edir".

Azərbaycan XİN booking.com şirkətinə etiraz edib

2 İyun 2017 16:54

"Booking.com şirkətinin Azərbaycanın işğal olunmuş ərazilərində mehmanxana sifarişlərini həyata keçirməsi ilə əlaqədar bundan əvvəl də bu şirkətə müraciətlərimiz olub. Booking.com şirkətinin Azərbaycanın işğal olunmuş ərazilərində mehmanxana sifarişlərini həyata keçirməsi beynəlxalq hüququn norma və prinsiplərinə, Ümumdünya Turizm Təşkilatının Nizamnaməsinə və müvafiq qərarlarına, Turizmə dair Qlobal Etik Məcəlləyə köklü şəkildə ziddir".

Putin: “Gücümüzü geosiyasi oyunlara sərf etməməliyik”

2 İyun 2017 16:51

“Sistemli uzunmüddətli çağırışlarla bütün dünya üzləşir”. Bunu Sankt-Peterburqda keçirilən Beynəlxalq İqtisadi Forumun plenar iclasında çıxış edən Rusiya prezidenti Vladimir Putin bildirib.  "Qarşımızda sistemli uzunmüddətli çağırışlar durub. Bu çağırışların nəticələrini hələlik proqnozlaşdırmaq və hesablamaq çətindir. Biz gücümüzü, qüvvəmizi geosiyasi oyunlara sərf etməməliyik, buna haqqımız yoxdur”, - deyə Putin vurğulayıb. 

Sağlam gələcək naminə zərərli vərdişlərə qarşı birgə mübarizədən danışlıb

2 İyun 2017 16:39

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ucar bölgəsi üzrə şöbəsinin, Ucar Rayon İcra Hakimiyyəti və Rayon Polis Şöbəsinin birgə təşkilatçılığı ilə Ucar şəhər 4 saylı tam orta məktəbdə “Sağlam gələcək naminə zərərli vərdişlərə qarşı birgə mübarizənin vacibliyi” mövzusunda tədbir keçirilib.

Azərbaycanla Gürcüstan arasında konteyner daşımalarına güzəştli tarif tətbiq olunub  

2 İyun 2017 16:37

Son vaxtlar Azərbaycan və Gürcüstan dəmir yolları arasında ikitərəfli əlaqələrin daha da genişləndirilməsi üçün mühüm addımlar atılır. İki ölkə arasında dəmir yoluna əlavə yük axınının cəlb edilməsi prossesi davam edir. İyunun 1-də Gürcüstandan yola düşən ilk konteyner qatarı bu gün Keşlə stansiyasına çatıb. Qatar 26 konteyerdən ibarətdir. “OLAYLAR”-ın xəbərinə görə, “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti Yük daşımaları Departamentinin rəisi Əşrəf Məmmədəliyev KİV nümayəndələrinə məlumat verərək bildirib ki, aparılan çevik tarif siyasəti nəticəsində, ilkin hesablamalara görə Azərbaycanla Gürcüstan arasında il ərzində 40.000-ə yaxın konteynerin daşınması mümkün olacaqdır. Bu da əlavə 1 milyon ton yükün daşınması deməkdir.

Əfqanıstandakı aksiyada ölənlərin sayı artdı

2 İyun 2017 16:34

Əfqanıstanın paytaxtı Kabildə hökumət əleyhinə keçirilən etiraz aksiyası zamanı polislə toqquşma yaşanıb. Toqquşma nəticəsində 7 nəfər həlak olub.

“Made in Azerbaijan” brendi dünyanın 150 ölkəsi arasında

2 İyun 2017 16:32

Ulduz Şokolad Fabriki Asiyanın ən iri sərgisi “THAİFEX-WORLD of ASİA”da “Made in Azerbaijan” brendi ilə iştirakçıların böyük marağına səbəb olub. Azərbaycanı təmsil edən stend Asiyanın ən böyük ticarət yarmarkasında izləyicilərin böyük marağına səbəb olub. “OLAYLAR”-ın xəbərinə görə, bu barədə iyunun 4-nə qədər davam edəcək “THAİFEX-WORLD of ASİA” beynəlxalq sərgisində iştirak edən Ulduz Şokolad Fabrikinin direktor müavini Elnur Allahverdiyev bildirib.

“Sosial məsuliyyətin bölgüsü çərçivəsində həyata keçirilən tədbirlərdən danışılıb  

2 İyun 2017 16:32

Bakı şəhər Suraxanı rayon Məşğulluq Mərkəzinin təşkilatçılığı ilə “Sosial məsuliyyətin bölgüsü çərçivəsində həyata keçirilən tədbirlərdə işəgötürənlərin iştirakı” mövzüsünda dəyirmi masa keçirilib.

Deputat: “Azad iqtisadi zonaların yaradılması əhalinin məşğulluğuna müsbət təsir edə bilər”

2 İyun 2017 16:31

“Azad iqtisadi zonaların yaradılması işinin sürətləndirilməsi haqqında Prezident sərəncamı investorların ölkəmizə marağının artmasında müstəsna əhəmiyyətə malikdir”. Bunu deyən millət vəkili Əli Məsimlinin sözlərinə görə, həmçinin, yeni xarici investisiyaların cəlb edilməsində, ölkəmizin iqtisadi potensialından səmərəli istifadə edilməsində, ölkə iqtisadiyyatının qeyri-neft sektorunun şaxələndirilməsi işinin sürətləndirilməsində, iqtisadi və ticarət əlaqələrimizin genişləndirilməsində və əhalinin məşğulluğuna müsbət təsir edə bilər.

Rusiya MOK prezidenti: “Azərbaycanın Olimpiya oyunları keçirmək potensialı var”

2 İyun 2017 16:25

"Azərbaycanın beynəlxalq miqyaslı idman yarışlarına necə ciddi hazırlaşdığının şahidi olmuşam. Ona görə də İslam Həmrəyliyi Oyunlarının yüksək səviyyədə keçirildiyinə əminəm”. 

“Azərbaycan mətbuatı böyük inkişaf yolu keçmiş bir məktəbdir”

2 İyun 2017 16:21

Demokratik cəmiyyətlərin baslıca göstəricilərindən biri fikir, söz və məlumat azadlığının təmin edilməsidir. Qeyd edilən istiqamətdə Azərbaycanda da vəziyyətin ürəkaçan olduğunu qətiyyətlə söyləmək mümkündür. Bu gün birmənalı şəkildə qeyd edə bilərik ki, ölkəmizdə fikir, söz və məlumat azadlığı tam mənada təmin edilir, bu prinsiplərin daha da inkişaf etdirilməsi istiqamətində zəruri addımlar atılır.

Biznesmen onun 3,4 milyonunu ələ keçirəndən şikayətçi deyil

2 İyun 2017 16:18

Bu gün Bakı Apellyasiya Məhkəməsində 3,4 milyon dolları dələduzluq yolu ilə ələ keçirməkdə təqsirləndirilənlər Loğman Abdullayev, Emin Qasımov, Ruslan Hacıyev, Pərviz Rzayev, Fərhad Tağıyev, Gəray Abdullayev və Tural Qasımovun barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.

Boşanmaq istəyən arvadını MƏHKƏMƏ ZALINDA GÜLLƏLƏDİ: özünü vurmaq istəyəndə... - VİDEO

2 İyun 2017 16:16

Türkiyənin Denizli şəhərində boşanma iddiasının qaldırıldığı məhkəmə prosesi zamanı K. Ş. adlı şəxs həyat yoldaşı Şengül Sezginceni güllələyərək öldürüb.  K.Ş. açdığı atəş nəticəsində baldızı və bacanağını isə yaralayıb. O, sonra öz başından vuraraq intihar etmək istəsə də güllə bitib. 

Qarabağın Əjdahalı xalçası “Azərxalça” ASC-nin Füzuli filialında

2 İyun 2017 16:14

Qarabağın Əjdahalı xalçası “Azərxalça” ASC-nin Füzuli rayon filialında qədim “Əjdahalı” çeşnisi əsasında daha bir xalça toxunmuşdur. 404x276 sm ölçülü bu yun xalçanı 4 ay ərzində Hacıyeva Gülnarə, Nəbiyeva Nərmin, Abbasova Röya, Abbasova Məxluqə toxumuşlar.

Xəzərin hüquqi statusuna dair Konvensiyanın hazırlanması üzrə işçi qrupunun iclası keçirilib

2 İyun 2017 16:10

Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın hazırlanması üzrə Xəzəryanı dövlətlərin xarici işlər nazirlərinin müavinləri səviyyəsində Xüsusi İşçi Qrupunun 49-cu iclası keçirilib.