Xəzərin hüquqi statusuna dair Konvensiyanın hazırlanması üzrə işçi qrupunun iclası keçirilib
Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın hazırlanması üzrə Xəzəryanı dövlətlərin xarici işlər nazirlərinin müavinləri səviyyəsində Xüsusi İşçi Qrupunun 49-cu iclası keçirilib.
2 İyun 2017 16:10 SiyasətXəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın hazırlanması üzrə Xəzəryanı dövlətlərin xarici işlər nazirlərinin müavinləri səviyyəsində Xüsusi İşçi Qrupunun 49-cu iclası keçirilib. Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Türkmənistanın paytaxtı Aşqabadda iyunun 1-2-də keçirilmiş iclasda Azərbaycan tərəfdən xarici işlər nazirinin müavini Xələf Xələfov iştirak edib. İclasın sonunda kommünike qəbul olunub. Növbəti iclasın İranda keçirilməsi barədə qərar qəbul edilib. Toplantının vaxtı diplomatik kanallarla dəqiqləşdiriləcək.