Gündəm

Növbəti buraxılış imtahanlarının nəticələri açıqlanıb

2 İyun 2017 18:11

Dövlət İmtahan Mərkəzi (DİM) 18 martda Gəncə, Daşkəsən, Göygöl, Samux, Naftalan, Goranboy, Şəmkir, Gədəbəy, Ağstafa, Qazax, Tovuz, Şəki, Balakən, Qax, Qəbələ, Oğuz, Zaqatala, Mingəçevir, İsmayıllı, Göyçay, Şamaxı, Ağdaş, Yevlax, Quba, Şabran, Qusar, Xaçmaz və Siyəzən rayonlarının ümumtəhsil müəssisələrinin 9-cu sinif şagirdləri və aprelin 16-da eksternat qaydasında keçirilən imtahanda iştirak edən şəxslərin buraxılış imtahanının, həmçinin əvvəlki illərin məzunlarının kolleclərə qəbul imtahanının I mərhələsinin nəticələrini elan edib. DİM-dən APA-ya verilən məlumata görə, 18 mart və 16 aprel tarixlərində keçirilən buraxılış imtahanında iştirak etmiş şagirdlər (35815 nəfər) DİM-  in internet saytında https://eservices.dim.gov.az/netorta  keçidinə daxil olaraq iş nömrəsi və şəxsiyyəti təsdiq edən sənədin nömrəsindən (və ya FİN kodundan) istifadə etməklə öz imtahan nəticələri, cavab vərəqinin ön və arxa üzünün qrafik təsviri, həmçinin hər bir açıq tipli tapşırıq üzrə qiymətləndirmə meyarları ilə tanış ola bilərlər.

İnzaqi klubla müqaviləsini yenilədi

2 İyun 2017 18:05

2016/17 mövsümündə A Seriyasında 5-ci olan "Lazio" İtaliyanı Avropa Liqasında təmsil etmək hüququ qazanıb. Bu arada Roma klubu baş məşqçi Simone İnzaqi ilə müqaviləsini yeniləyib. 41 yaşlı mütəxəssislə 2020-ci ilə kimi müqavilə imzalanıb.

Azərbaycanda Peru səfirliyi fəaliyyətə başlayıb

2 İyun 2017 17:59

Peru Respublikasının Azərbaycanda səfirliyi fəaliyyətə başlayıb. Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, bu gün səfirliyin yeni təyin olunmuş müvəqqəti işlər vəkili Luis Çanq Boldrini Azərbaycan Xarici İşlər Nazirliyində Dövlət Protokol idarəsinin rəisi Pərvin Mirzəzadə ilə görüş keçirib.  

Prezident İlham Əliyevə təbriklər gəlməkdə davam edir

2 İyun 2017 17:50

Vyetnam Sosialist Respublikasının Prezidenti Çan Day Kuanq Prezident İlham Əliyevə təbrik məktubu göndərib.

Litvada Rusiyanın 4 hərbçisi qatardan endirilərək geri yola salınıb

2 İyun 2017 17:46

Litva sərhədçiləri Rusiyanın 4 hərbçisini qatardan düşürüblər.  Bunu Litva Sərhəd Xidmətinin nümayəndəsi Gedryus Mişutis bildirib. Onlar Litvadan tranzitlə Kalininqraddan Moskvaya gedən qatarda olublar. Sərhədçilər rusiyalı hərbçilərin Litvanın dövlət sərhədini keçməsinə icazə verməyiblər.

Moskvada hərbi hissədə yanğın: 500 nəfər təxliyə edildi

2 İyun 2017 17:44

Moskvanın cənub-qərbində hərbi hissənin ərazisindək zirzəmidə baş verən yanğın nəticəsində 1 nəfər yaralanıb, 500 nəfər təxliyə edilib. Bu barədə Moskva şəhər fövqəladə xidməti bildirib. Silah otağı da yanğın baş verən zirzəmidə yerləşir.

2 boksçumuz cəzalandırıldı

2 İyun 2017 17:42

Azərbaycanın boks üzrə olimpiya mükafatçısı Lorentso Sotomayorla dünya çempionu Elvin Məmişzadənin "Bakı 2017" IV İslam Həmrəyliyi Oyunlarında iştirak etməmələrinin səbəbi açıqlanıb.

"Anti-Azərbaycan qüvvələr Tiflis-Bakı münasibətlərini korlaya bilməyəcək"

2 İyun 2017 17:41

"Jurnalist kimi qələmə verilən Əfqan Muxtarlının qeyri-qanuni fəaliyyətinin qarşısının alınması və onun məsuliyyətə cəlb olunması ətrafında siyasi şou yaradanların məqsədi Tiflis ilə Bakı arasında formalaşmış yaxşı siyasi və iqtisadi əlaqələrə, hərbi münasibətlərə zərbə endirməkdir". Bunu Milli Məclisin Azərbaycan-Gürcüstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü, millət vəkili Zahid Oruc deyib.

İki "canlı bomba" partladı - 9 ölü

2 İyun 2017 17:32

Kamerunun şimalındakı Kolofata şəhərində eyni vaxtda törədilmiş iki partlayış nəticəsində 9 nəfər həlak olub, 30 nəfər isə yaralanıb. Polis partlayışların iki intiharçı-terrorçu tərəfindən törədilməsi barədə məlumat yayıb. Yaralıların bəzilərinin vəziyyəti ağır olaraq qiymətləndirilir. Partlayışı "Boko Haram" terror qruplaşmasının üzvlərinin törətdiyi ehtimal edilir.

"Gözəl Bayramlı və Əfqan Muxtarlı bu qədər pulu haradan alıb?"

2 İyun 2017 17:23

"Gözəl Bayramlı və Əfqan Muxtarlının maliyyə maxinasiyalarına və Azərbaycan qanunvericiliyinin kobud şəkildə pozulması hallarına görə, bu iki şəxslə yanaşı onların təmsil etdiyi siyasi partiyalar, təşkilatlar cavab verməlidir".

Muzeydə “Hərb tariximizi öyrənək!”

2 İyun 2017 17:21

 21-23 iyun tarixlərində AMEA Milli Azərbaycan Tarixi Muzeyində keçiriləcək “Hərb tariximizi öyrənək!” adlı sərgi Tarixi Muzeyi ilə AR Silahlı Qüvvələrin Hərbi Akademiyası ilə birlikdə təşkil olunacaq. Muzeydən “Olaylar” – a bildirlib ki, sərginin məqsədləri Azərbaycanın hərb tarixinə həsr olunmuş kitablar barədə geniş ictimaiyyəti məlumatlandırmaq və hərb tarixi sahəsində araşdırmalar aparan alim və müəllifləri geniş ictimaiyyət, ilk növbədə gənclərlə tanış etməkdir.

Mobil telefonlar müsadirə edildi

2 İyun 2017 17:16

Tovuz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında “Sınıq Körpü” gömrük postunun idxal nəzarəti zonasında Gürcüstan Respublikasından Azərbaycan Respublikasına gələn Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi “Mersedes Benz C280” markalı nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib.

Fransanın yeni prezidentinin Dağlıq Qarabağ MÖVQEYİ AÇIQLANDI

2 İyun 2017 17:15

"Hesab edirəm ki, Fransanın yeni prezidenti Emmanuel Makronun mövqeyi də Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə yönələcək". Bunu Fransanın Azərbaycandakı səfiri Orelia Buşez bildirib

Azərbaycanlı məşhurlar  Alanya Beynəlxalq Film Festivalında

2 İyun 2017 17:12

Azərbaycan dörd tammetrajlı bədii film ilə  Türkiyədə keçirilən Alanya Beynəlxalq Film Festivalında iştirak edib. Kinostudiyadan “Olaylar” – a bildirlib ki, bu Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında istehsal olunan Şamil Əliyevin “Çölçü”, Ülviyyə Könülün “Həddən artıq uyğunluq”, İlqar Safatın “İçəri Şəhər” və Mirbala Səlimlinin “Qırmızı bağ” filmləridir. Festivalda iştirak edən fəxri qonaq, Xalq artisti Fəxrəddin Manafov, Əməkdar artistlər Mehriban Zəki (“İçəri Şəhər” filmi), Gülzar Qurbanova  (“Qırmızı bağ” filmi), Bəhruz Vaqifoğlu (“Çölçü” filmi), Əməkdar İncəsənət xadimi, rejissor Mirbala Səlimli, rejissorlar Şamil Əliyev, İlqar Safat mükafatlarla təltif olunublar.