Gündəm
Burak Özçivitdən Fahriye Evcenlə bağlı sürpriz qərar
Burak Ozçivit Fahriye Evcen üçün sürpriz bal ayı hazırlayır. “Kardeşim benim” filminin ikinci hissəsini çəkməyə hazırlaşan aktyor toyundan sonra xarici ölkələrə səfər edə bilməyəcək. Bu səbəbdən də B.Özçivit gələcək həyat yoldaşı Fahriye ilə Egey sahillərinə üz tutacaq.
Aslı Enver onu başqa qızlarla aldadan Murad Bozdan nələr dedi?
Tanınmış aktrisa Aslı Enver keçmiş sevgilisi müğənni Murad Bozla ayrılmasından danışıb. Gecə restorandan çıxarkən görüntülənən aktrisa müxbirlərin Murad Bozla bağlı suallarına "Biz ayrıldıq. Aramızda dava-dalaş yoxdur. Baş verən hadisədən öncə ayrılmışdıq. Əhvalım yaxşıdır", - deyə cavab verib. Yeri gəlmişkən, instaqramda bir-birini təqib etməyə davam edən Aslı Enverlə Murad Boz birlikdə çəkilmiş fotolarını hələ də silməyiblər.
Zidan final üçün heyəti açıqladı
Efiopiya interneti bloklayıb: "imtahan fırıldaqçılığına" qarşı
Efiopiyada bütün ölkə üzrə internetə çıxış bloklanıb. Bu barədə hökümət sözçüsü Məhəmməd Seid bildirib. Onun sözlərinə görə, məqsəd dövlət imtahanı suallarının kənara sızmasının qarşısını almaqdır.
ETSN: Bakı - Şamaxı yolunda sürüşmə aktivləşib
Bakı – Şamaxı avtomobil yolunun 106-107-ci kilometrliklərindəki sürüşmə sahəsi aktivləşib. Bu barədə APA-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidməti Geoloji Planlama Ekspedisiyasının ekzogen geoloji proseslərin öyrənilməsi partiyasının rəisi Sadiq Əmiraslanov məlumat verib.
"Mançester Yunayted" üçün "Brexit" xoşagəlməz nəticə verə bilər
Böyük Britaniyanın Avropa İttifaqından çıxması (Brexit) Premyer Liqanın bir sıra böyük klublarının planlarını pozub. Bunların arasında "Mançester Yunayted" də var. "Qırmızı şeytanlar" Avropanın 16-17 yaşlı gənc istedadlarını ələ keçirmək imkanından məhrum olunmaqdan ehtiyat edir. Avropa İttifaqına daxil olan klublar bu yaşda olan futbolçuları almaq və satmaq hüququna malikdir. Aİ üzvü olmayan ölkələr isə 18 yaşdan etibarən futbolçu qeydiyyatdan keçirə bilər.
"Atletiko"dan transfer qadağası ilə bağlı bəyanat
İyunun 1-də Lozannada yerləşən İdman Arbitraj Məhkəməsi (CAS) FİFA tərəfindən "Atletiko" klubuna qarşı tətbiq olunan transfer qadağasını təsdiqlədi. Madrid klubu yayda yeni futbolçuları qeydiyyatdan keçirə bilməyəcək ki, bu da baş məşqçi Diyeqo Simeonenin planlarına daxil deyildi.
"Onlardan üzr istəmək istərdim"
U-21 millimizin üzvü olan Dmitri Nağıyevin şərəfini qoruduğu Ukraynanın "Dnepr" klubu növbəti mövsümdən etibarən I Divizionda çıxış edəcək. "Dnepr"in Ukrayna Premyer Liqasının son turunda "Volın"la ev qarşılaşmasında matç 51-ci dəqiqədə yerli azarkeşlərin meydana atdıqları fişəngin partladılması nəticəsində yarımçıq dayandırılıb.
"Monako" kapitanı saxladı
"Monako" Radamel Falkao ilə yeni müqavilə imzalayıb. 31 yaşlı hücumçu ilə müqavilənin müddəti 2020-ci ilə qədər uzadılıb. Kapitanı ötən mövsüm Fransa Liqasında 29 matçda 21 qol, 9 asisstlə yadda qalıb.
"Peşə təhsili haqqında" qanun qəbul oluna bilər
Azərbaycanda bu ilin sonuna qədər "Peşə təhsili haqqında" qanun qəbul oluna bilər. Bunu Milli Məclisin Elm və Təhsil Komitəsinin sədri İsa Həbibbəyli deyib. Layihənin hazırlanması istiqamətində işlər aparıldığını deyən İ.Həbibbəylinin sözlərinə görə, bununla bağlı artıq bir çox ölkələrin təcrübəsi də öyrənilib: "Biz həm də peşə təhsili sahəsi üzrə ölkənin reallıqlarını öyrənmişik. Bu ilin sonuna qədər "Peşə təhsili haqqında" qanunu qəbul etməklə bu sahənin inkişafına təkan verə biləcəyik".
Tarix İnstitutu erməni yalanlarına qarşı tutarlı bir silah hazırlayır
İyunun 2-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunda Elmi Şuranın iclasında ermənilərin törətdiyi soyqırımları zamanı Azərbaycanın məruz qaldığı itki və tələfatların hesablanıb vahid bir rəqəmə gətirilməsi ilə bağlı müzakirələr aparılıb.
O, yenidən evlənməyə hazırlaşan Mustafanı dəstəklədi
Bir neçə gün əvvəl 9 illik xanımı, oğlunun anası Sinemdən boşanan müğənni Mustafa Cecelinin yenidən evlənməsi xəbəri gündəmdən düşmür. Boşandıqdan sonra Selin İmerlə sevgili olduğu üzə çıxan Mustafa artıq onunla evlənəcəyini də deyib.
Elman Məmmədov: "Donald Tramp məktublarında iki ölkə arasında əməkdaşlığa daha yüksək önəm verdiyini nümayiş etdirir"
ABŞ Prezidenti Donald Trampın 28 May - Respublika Günü və XXIV Beynəlxalq "Xəzər Neft və Qaz-2017" sərgi və konfransı ilə əlaqədar Azərbaycan prezidenti İlham Əliyevə ünvanladığı təbrik məktubları iki ölkə arasında əməkdaşlığa daha yüksək önəm verdiyini nümayiş etdirir.
"Ordudakı ölümləri gizlətmək mümkün deyil" - Erməni hüquq müdafiəçisi
"Ermənistanın Müdafiə Nazirliyi məlumatları məhdudlaşdırmaqla, faktları gizlətməklə orduda baş verən hadisələri ört-basdır etməyə müvəffəq ola bilmədi". Bunu Tert.am-a hüquq müdafiəçisi, Helsinki Vətəndaş Assambleyasının Vanadzor ofisinin rəhbəri Artur Sakunts bildirib.
Məhəbbət Vəliyeva: "Sentyabrdan 20 nömrəli məktəbin köçürülməsinə başlanacaq"
"20 nömrəli məktəb sökülüb, yerində daha müasir, yeni və arxitektura baxımında çox gözəl bir bina inşa edilib". Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Məhəbbət Vəliyeva bildirib ki, məktəbdə təmir işləri başa çatmaq üzrədir və yaxın günlərdə təhsil ocağına müvafiq avadanlıq gətiriləcək. Avqustun sonu-sentyabrın əvvəllərində məktəb əvvəlki şagird və müəllimləri qəbul etməyə tam hazır olacaq.














