"Mançester Yunayted" üçün "Brexit" xoşagəlməz nəticə verə bilər

Böyük Britaniyanın Avropa İttifaqından çıxması (Brexit) Premyer Liqanın bir sıra böyük klublarının planlarını pozub. Bunların arasında "Mançester Yunayted" də var. "Qırmızı şeytanlar" Avropanın 16-17 yaşlı gənc istedadlarını ələ keçirmək imkanından məhrum olunmaqdan ehtiyat edir. Avropa İttifaqına daxil olan klublar bu yaşda olan futbolçuları almaq və satmaq hüququna malikdir. Aİ üzvü olmayan ölkələr isə 18 yaşdan etibarən futbolçu qeydiyyatdan keçirə bilər.

"Bu, "Brexit"lə əlaqədar praktik məısələdir. Futbolçunun 18 yaşının tamam olmasını gözləsək, "Real" və "Barselona" qarşısında konkret üstünlüyümüz əldən çıxa bilər. Bu məsələnin müzakirə olunacağından əminəm. Premyer Liqa rəhbərliyinin bundan xəbəri var" - "Yunayted"in maliyyə direktoru Kliff Beyti deyib.

"Manikunianlar" yeniyetmə futbolçuları əvəzedici komanda üçün transfer etmək işində liderlərdən biridir. 2009-cu ildə 16 yaşlı Poqbanı transfer edən "Yunayted" daha sonra onun azad agent kimi "Yuventus"a keçməsinə mane olmamışdı. Fransalı futbolçu ötən yay dünyanın ən bahalı transferi kimi İngiltərə qrandının heyətinə qayıtmışdı. Goal.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31