ETSN: Bakı - Şamaxı yolunda sürüşmə aktivləşib
Bakı – Şamaxı avtomobil yolunun 106-107-ci kilometrliklərindəki sürüşmə sahəsi aktivləşib. Bu barədə APA-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidməti Geoloji Planlama Ekspedisiyasının ekzogen geoloji proseslərin öyrənilməsi partiyasının rəisi Sadiq Əmiraslanov məlumat verib.
2 İyun 2017 18:50 SosialBakı - Şamaxı avtomobil yolunun 106-107-ci kilometrliklərindəki sürüşmə sahəsi aktivləşib. Bu barədə APA-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidməti Geoloji Planlama Ekspedisiyasının ekzogen geoloji proseslərin öyrənilməsi partiyasının rəisi Sadiq Əmiraslanov məlumat verib. O bildirib ki, atmosfer yağıntıları nəticəsində Şamaxının Birinci Çaylı kəndində yeni sürüşmə sahəsi əmələ gəlib. S. Əmiraslanov qeyd edib ki, Şamaxının Ağsu çayının sağ sahilində yerləşən Keçmədin kəndində eni 20 - 22 metr, hündürlüyü 8 - 12 metr arasında olan bir sahəni isə sel yuyub aparıb.