Gündəm
Azərbaycanlılar 62 ölkəyə vizasız gedə bilərlər
Henley & Partners” (“Henli və tərəfdarları”) şirkətinin viza məhdudiyyəti indeksləşdirilməsinə əsasən, Azərbaycan 74-cü yerdədir. İndeksləşdirmə BMT-yə üzv 193 ölkə arasında aparılıb. Ümumiyyətlə, Azərbaycan vətəndaşları 62 dövlətə vizasız səfər edə bilərlər. Məlumata görə, birinci yerdə Almnaniyadır. Bu ölkə vətəndaşlarının 176 dövlətə vizasız səyahət etmək imkanı var. İkinci yerdə İsveç (175 ölkəyə vizasız səyahət), üçüncü yerdə 174 dövlətə vizasız səyahət etmək imkanı ilə Danimarka, İspaniya, İtaliya, Finlandiya və ABŞ gəlir.
İTV-də dəyişiklik - YENİ TƏYİNAT OLDU
İranda güclü partlayış - Xəsarət alanlar var
Serbiyada “Əvəzolunmayan dəyərlər” sərgisi
Azərbaycan və Serbiya Respublikaları arasında ictimai-siyasi əlaqələri olduğu kimi mədəniyyət sahəsində də geniş işbirliyi var. Azərbaycan Xalça Muzeyi ilə Belqrad Etnoqrafiya Muzeyi arasında muzey işinin inkişafı və mədəni irsin qorunması sahəsində beş illik əməkdaşlıq memorandum imzalanıb. Muzeydən “Olaylar” – a bildirlib ki, bu memoranduma əsasən 2016-cı ilin oktyabr ayında Azərbaycan Xalça Muzeyində Belqrad Etnoqrafiya Muzeyinin ecazkar Pirot kilimlərindən sərgi keçirilib. Əməkdaşlığın davamı olaraq, iyunun 1 – də Serbiyanın Belqrad Etnoqrafiya Muzeyində “Əvəzolunmayan dəyərlər” adlı sərginin açılış mərasimi keçirildi.
İsmayıllıda “İslam Həmrəyliyi İli”nə həsr olunmuş konfrans
2017-ci ilin Azərbaycan Respublikasında “İslam Həmrəyliyi İli” elan edilməsi ilə bağlı iyunun 2-də Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin , Bilik Fondunun birgə təşkilatçılığı və İsmayıllı Rayon İcra Hakimiyyətinin dəstəyi ilə Heydər Əliyev Mərkəzində “İslam Həmrəyliyi İli Multikulturalizm ilinin məntiqi davamı kimi” mövzusunda elmi-praktik konfrans və “Multikulturalizm” jurnalının yeni sayının təqdimatı keçirilib. Fonddan “Olaylar” – a bildirlib ki, konfransı giriş sözü ilə RİH başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Sevil Əhmədova açaraq, qonaqları və konfrans iştirakçılarını rayon rəhbərliyi adından salamlayıb,İsmayıllının tolerant və multikultural dəyərlərin məkanı olduğunu diqqətə çatdırıb.
Qəribə evlilik təklifi: qarnını kəsdi və...
İndiyə kimi müxtəlif cür maraqlı, romantik, orijinal evlənmə təkliflərinə rast gəlmişik. Amma belə evlənmə təklifi yəqin ki, heç vaxt olmamışdı. Hadisə Rusiyada bir klinikada baş verib. Oğlan həmin klinikada tibb bacısı işləyən sevgilisinə evlənmə təklif etmək üçün qeyri-adi və cəsarət tələb edən bir üsul seçib.
Ramazan ayında idman etmək olarmı?
İdman etmək sağlamlıq üçün əsas şərtlərdən biridir. Hazırda Ramazan günlərini yaşayırıq. Maraqlıdır, Ramazan boyunca idman edərkən nələrə diqqət etmək lazımdır?
Süni intellektin insan ağlını nə vaxt üstələyəcəyi açıqlandı
Böyük Britaniyanın Oksford Universitetinin insanlığın gələcəyi İnstitutunun tədqiqatçıları və ABŞ-ın Yel Universitetinin siyasi elmlər bölməsi süni intellektin insan ağlının imkanlarını nə vaxt üstələyəcəyi ilə bağlı qiymətləndirmə aparıblar.
Robotlar insanları nə vaxt əvəz edəcək?
Yaxın zamanlarda robotlar sürücüləri, yazıçıları və cərrahları əvəz edə biləcək. Bu barədə Böyük Britaniyanın Oksford Universitetinin Bəşəriyyətin Gələcəyi İnstitutu və ABŞ-ın Yel Universitetinin siyasi elmlər bölməsinin araşdırmaçıları bildiriblər.
Yeni mobil əlavə smartfonu portativ skanerə çevirir
“Adobe” şirkəti smartfon və ya planşeti portativ skanerə çevirən yeni “Adobe Scan” mobil əlavəsini təqdim edib. Proqramı işə salaraq redaktə imkanına malik sənədin rəqəmli surətini yaratmaq üçün kameranı onun üzərinə yönəltmək lazımdır. “Adobe Scan” xüsusilə mühazirə və tapşırıqları tez-tez skan edən tələbələr, eləcə də sənədlərlə işləyən insanlar üçün faydalı olacaq. Əlavə vasitəsilə əllə yazılmış qeydləri, çap edilmiş sənədləri, vizit kartlarını, fotoşəkilləri, kitab və jurnal səhifələrini, elanları və s. PDF formatında saxlamaq mümkün olacaq.
Zərərli proqram təminatı dünyada 250 milyon kompüteri yoluxdurub
“Check Point” şirkəti Çində marketinq agentliyinin “Fireball” virusunun yayılması ilə məşğul olmasını açıqlayıb. Virus brauzerlərə hücum edərək qurbanın kompüterində kodları işə salır və ya istənilən materialları yükləyir. Bundan başqa, zərərli proqram reklamdan gəlir əldə etmək üçün istifadəçinin internet trafikinin idarəetməsini həyata keçirir.
“Microsoft” şirkəti “Skype” proqramında genişmiqyaslı yeniləməyə başlayır
“Microsoft” şirkəti “Skype” servisində genişmiqyaslı yeniləmə elan edib. Messenceri tamamilə yeniləmiş proqram nəhənginin nümayəndəsi bildirib ki, mesajların mübadiləsi üçün yeni nəsil “Skype” təqdim ediləcək. “Microsoft” şirkəti “iMessage”, “WhatsApp”, “Messenger”, “Snapchat” və başqa populyar messencerlərlə rəqabət aparmaq üçün “Skype” proqram təminatının köhnə dizaynını tamamilə yeniləyib. Yeni interfeys 3 əsas bölmədən ibarətdir: "Axtarış", "Çat" və "Çəkiliş". Əksər yeni funksiyalar “Snapchat” və “Messenger”dən götürülüb.
Məşhur türk serialı ekranlara qayıdır
"Adı Efsane" serialından ayrılan aktyor Erdal Beşikçioğlu sevənlərinə şad xəbər verib. 23 yaşlı, autizmdən əziyyət çəkən Çağrı adlı heyranını ziyarət edən aktyor bir zamanların fenomen serialı "Behzat Ç"nin yenidən efirə qayıdacağını açıqlayıb.
Bəyazdan tamaşaçılarını üzən xəbər
Şoumen Bəyazid Öztürk tamaşaçılarını üzən xəbər verib. Restoranlardan birindən çıxarkən görüntülənən şoumen bundan sonra heç bir film və seriala çəkilməyəcəyini deyib.
Təqdim ediləcək yeni “Apple” qurğuları məlum olub
İyunun 5-də proqram tərtibatçıları üçün ənənəvi illik “WWDC 2017” konfransı başlayacaq. Ənənəyə görə, “Apple” şirkətinin “iOS”, “macOS”, “watchOS” və “tvOS” daxil olmaqla bütün əməliyyat sistemlərinin yeni versiyalarını təqdim edəcəyi gözlənilir. Həmçinin, bu il konfransda yeni qurğuların nümayişi nəzərdə tutulur. Etibarlı mənbələrin məlumatına görə, ABŞ istehsalçısı “Siri” səsli köməkçi funksiyası üçün yenilənmə və “Amazon Echo” və “Google Home” kimi qurğulara bənzər “ağıllı” evin mərkəzi olacaq “ağıllı” kolonka hazırlayır. Digər “Apple” qurğuları haqqında informasiya isə şirkətin saytının rus versiyasında yerləşdirilib.














