Gündəm
Ailə və uşaq psixologiyasına dair beynəlxalq konfrans
AMEA Gənc Alim və Mütəxəssislər Şurası və Narınc Uşaq Psixologiya Mərkəzinin birgə təşkilatçılığı ilə “1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü”nə həsr olunan “Ailə və uşaq psixologiyası” mövzusunda I Beynəlxalq Konfrans keçirilib. AMEA-nın Mərkəzi Elmi Kitabxanasında baş tutan tədbirdə 200-ə yaxın yerli və xarici mütəxəssis iştirak edib. Akademiyadan “Olaylar” – a bildirilib ki, GAMŞ sədri, fizika üzrə fəlsəfə doktoru, dosent Famin Salmanov çıxış edərək konfransın əsas məqsədinin son zamanlar Azərbaycanda və dünyada aktuallıq daşıyan ailə və uşaq psixologiyasına dair problematik məsələlərin müxtəlif aspektli müzakirəsini daha böyük miqyasda təmin etmək olduğunu bildirib.
Azərbaycan elminə ağır itki
Azərbaycanın elm ictimaiyyətinə ağır itki üz verib. Gəncədə təhsil və maarifçilik mühitinin formalaşdırılmasında müstəsna xidmətləri olan pedaqogika üzrə fəlsəfə doktoru, dosent, Azərbaycan Respublikasının Əməkdar müəllimi Sabir Bayram oğlu Orucov ömrünün 76-cı ilində vəfat edib.
8 komandiri məhv edildi
22 sərnişin diri-diri yandı
Hindistanda ağır yol qəzası baş verib. Avtobusun yük maşını ilə toqquşmasından sonra yanğın başlayıb. Hadisə nəticəsində avtobusda olan 22 nəfər diri-diri yanaraq ölüb.
Magistraturaya qəbul imtahanının ikinci mərhələsi keçirilir
Dövlət İmtahan Mərkəzi (DİM) bu gün 2017/2018-ci tədris ili üçün ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına qəbul imtahanının ikinci mərhələsini keçirir. İmtahan Bakı, Naxçıvan və Gəncə şəhərlərində, ümumilikdə 29 imtahan binasında aparılacaq. İmtahan bütün binalarda eyni vaxtda – saat 13:00-da başlanır və sualların cavablandırılmasına 1 saat 30 dəqiqə vaxt ayrılır. Bakalavrlar imtahana gələrkən şəxsiyyəti təsdiq edən sənədin əslini və “Bakalavrın imtahana buraxılış vərəqəsi”ni mütləq özləri ilə gətirməlidirlər. Göstərilən sənədlər arasında uyğunsuzluq olarsa, yaxud həmin sənədlərdən biri olmazsa, bakalavr imtahana buraxılmayacaq.
Növbəti təyyarə qəzası: ölənlər var
Yaponiyada təyyarə qəzaya uğrayıb. "Cessna-172" təyyarəsinin qəzaya uğraması nəticəsində 4 nəfər həlak olub. O, Maçumoto şəhərindəndəki Toyama hava limanından səmaya qalxaraq təlim uçuşu həyata keçirirmiş. Xilasedicilər qəzaya uğramış təyyarəni iyunun 4-də səhərə yaxın qarlı dağın ətəklərində aşkar edə biliblər.
Nazir Bakıdakı xəstəxanaya yerləşdirildi - HAZIRDA REANİMASİYADADIR
Azərbaycanın energetika naziri Natiq Aliyev xəstəxanaya yerləşdirilib. Lent.az-ın əldə etdiyi məlumata görə, nazir dünən səhər saatlarında Mərkəzi Neftçilər Xəstəxanasına gətirilib. Ürəyində ciddi problemləri olan nazir xəstəxananın Kardo-reanimasiya şöbəsinə yerləşdirilib.
5 iyun “Ümumdünya ətraf mühit günü”dür
XIX əsrin sonlarından başlayan elmi-texniki tərəqqi, sənayenin sürətli inkişafı nəticəsində ətraf mühitə edilən təsirlər XX əsrin ortalarında öz mənfi nəticələrini büruzə verməyə başladı. Artıq insanlar təbiətə olan münasibətlərini dəyişməyəcəkləri, onun ehtiyatlarından səmərəsiz istifadəyə son qoymayacaqları təqdirdə bu prosesin onların özlərinə qarşı çevriləcəyini və arzuolunmaz nəticələrə gətirib çıxaracağını anladılar. Problemin ciddiliyini dərk edən beynəlxalq təşkilatlar, tərəqqipərvər dünya ictimaiyyəti məsələni daim diqqət mərkəzində saxlamağa çalışırdı.
“Bohemia” jurnalında Azərbaycan Xalq Cümhuriyyətinin 99-cu ildönümü
Kubanın nüfuzlu “Bohemia” jurnalında Azərbaycan Xalq Cümhuriyyətinin 99-cu ildönümünə həsr edilmiş “Azərbaycan: sivilizasiyalararası dialoq üçün əsas ölkə” başlıqlı geniş məqalə dərc edilib. Azərbaycan Respublikasının Kuba Respublikasındakı Səfirliyindən “Olaylar” – a bildirlib ki, məqalədə müsəlman Şərqində ilk demokratik və dünyəvi respublika olmuş Azərbaycanın müstəqilliyinin elan edilməsi tarixindən geniş bəhs edilib. İki ilə yaxın müddətdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyətinin Parlamentinin yaranması və tarixi nailiyyətləri haqda məlumat verilib.
Prezident İlham Əliyev Danimarka Kraliçasını təbrik edib
Azərbaycan Prezidenti İlham Əliyev Danimarka Kraliçası Ülyahəzrət II Marqreteyə təbrik məktubu göndərib. Təbrikdə deyilir: "Ülyahəzrət, ölkənizin milli bayramı – Konstitusiya Günü münasibətilə Sizi və bütün xalqınızı ürəkdən təbrik edir, Sizə ən xoş arzularımı yetirir, dost Danimarka xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm"
Avropa Azərbaycan Məktəbi IB PYP üzrə təhsil verən məktəb statusu qazanıb
Avropa Azərbaycan Məktəbi dünya Məktəbi olaraq IB (International Baccalaureate - Beynəlxalq Bakalavriat) İbtidai Təhsil Proqramı (PYP) üzrə təhsil verən məktəb statusu qazanıb. Bundan sonra Avropa Azərbaycan Məktəbi IB-nin internet səhifəsi və IBIS (IB İnformasiya Sistemi) sistemində PYP-yə malik olan məktəb kimi göstəriləcəkdir. Cəmiyyətdın “Olaylar” – a bildirilib ki, IB Proqramı təşkilatının Məktəblər üzrə məsul əməkdaşı Endryu Makdonaldın Avropa Azərbaycan Məktəbinin direktoru Qari Krippinə göndərdiyi məktubunda bildirilir: “Məktəbiniz IB Dünya Məktəbi statusuna malik olan qlobal məktəblər şəbəkəsinin bir üzvüdür. Bu məktəblər gələcəyini uğurla təmin edə biləcək, daha ahəngdar və firavan dünya yaratmağa töhfə verən bilikli, qayğıkeş gənclərin yetişdirilməsinə çalışır.”
İlham Əliyev Abdulrəhim Hacıyevlə bağlı sərəncam imzaladı
Prezident İlham Əliyev Abdulrəhim Hacıyevə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında sərəncam imzalayıb.
Yusif Vəliyev xatırlandı
Yusif Vəliyev xatırlandı Gənc Tamaşaçılar Teatrında görkəmli sənətkar, parlaq istedada malik unudulmaz teatr və kino aktyoru, Xalq Artisti Yusif Vəliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş xatirə gecəsi keçirilib. Teartdan “Olaylar” – a bildirilib ki, teatrın yaradıcı heyəti və teatrın direktoru, Əməkdar Artist Mübariz Həmidov mərhum aktyorun məzarını ziyarət ediblər. Daha sonra teatrda Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə xatirə gecəsi gerçəkləşib. Tədbirdə mədəniyyət xadimləri, mərhum sənətkarın yaxınları iştirak ediblər. Əməkdar İncəsənət Xadimi, sənətşünaslıq doktoru, professor İlham Rəhimlinin aparıcılığı ilə baş tutan xatirə gecəsinin quruluşçu rejissoru Xalq Artisti Vaqif Əsədov olub. İ.Rəhimli Azərbaycan teatrı tarixində silinməz izlər qoyan Yusif Vəliyevin səhnəyə gəlişindən, oynadığı rollardan, bütün aktyorlara nümunə ola biləcək səhnə sevgisindən danışıb. Professor teatr səhnəsi ilə yanaşı, kino sahəsində də öz sözünü deyən ustad sənətkarın ifa etdiyi obrazların məziyyətlərini təhlil edib.
Xalq Artisti Firəngiz Əlizadənin yubileyi qeyd olunub
İyunun 2-dən 5-dək Xalq Artisti, “Şöhrət” və “Şərəf” ordenli, Azərbaycan Bəstəkarlar İttifaqının sədri, UNESCO-nun “Sülh artisti”, AMEA-nın müxbir üzvi Firəngiz Əlizadənin 70 illik yubileyinə həsr olunmuş musiqi festivalı keçiriləcəck. İyunun 2-də M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında festival çərçivəsində ilk tədbir -F.Əlizadənin simfonik əsələrindən ibarət konsert olub. İttifaqdan “Olaylar” – a bildirlib ki, Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Bəstəkarlar İttifaqının birgə dəstəyi ilə keçirilən tədbirdə Milli Məclisin deputatları, tanınmış elm və mədəniyyət xadimləri, ictimaiyyətin nümayəndələri iştirak ediblər.
ADMİU SABAH qrupu tələbələrinin ifasında “Pygmalion”
Mədəniyyət və İncəsənət Universitetində SABAH qrupu tələbələrin iştirakı ilə B.Shawın “Pygmalion” adlı tamaşa təqdim edilib. Universitetdən "Olaylar" - a bildirlib ki, tamaşa ilk dəfə ingilis dilində II, III kurs Aktyor və Rejissor sənəti ixtisasında təhsil alan tələbələr tərəfindən nümayiş olunub. Əsərin hazırlanmasında tələbələr ilə Xoreoqrafiya sənəti və səhnə plastikası kafedrasının müdiri, dosent Ofeliya Zeynalova, Əməkdar artist Nofəl Vəliyev, Sabah mərkəzinin rəhbəri Böyükxanım Məmmədbəyova və müəllim Mahirə Hacıyeva məşğul olub.









.jpg)



