Ailə və uşaq psixologiyasına dair beynəlxalq konfrans
AMEA Gənc Alim və Mütəxəssislər Şurası və Narınc Uşaq Psixologiya Mərkəzinin birgə təşkilatçılığı ilə “1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü”nə həsr olunan “Ailə və uşaq psixologiyası” mövzusunda I Beynəlxalq Konfrans keçirilib. AMEA-nın Mərkəzi Elmi Kitabxanasında baş tutan tədbirdə 200-ə yaxın yerli və xarici mütəxəssis iştirak edib. Akademiyadan “Olaylar” – a bildirilib ki, GAMŞ sədri, fizika üzrə fəlsəfə doktoru, dosent Famin Salmanov çıxış edərək konfransın əsas məqsədinin son zamanlar Azərbaycanda və dünyada aktuallıq daşıyan ailə və uşaq psixologiyasına dair problematik məsələlərin müxtəlif aspektli müzakirəsini daha böyük miqyasda təmin etmək olduğunu bildirib.
5 İyun 2017 10:03 SosialAMEA Gənc Alim və Mütəxəssislər Şurası və Narınc Uşaq Psixologiya Mərkəzinin birgə təşkilatçılığı ilə "1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü"nə həsr olunan "Ailə və uşaq psixologiyası" mövzusunda I Beynəlxalq Konfrans keçirilib.
AMEA-nın Mərkəzi Elmi Kitabxanasında baş tutan tədbirdə 200-ə yaxın yerli və xarici mütəxəssis iştirak edib.
Akademiyadan "Olaylar" - a bildirilib ki, GAMŞ sədri, fizika üzrə fəlsəfə doktoru, dosent Famin Salmanov çıxış edərək konfransın əsas məqsədinin son zamanlar Azərbaycanda və dünyada aktuallıq daşıyan ailə və uşaq psixologiyasına dair problematik məsələlərin müxtəlif aspektli müzakirəsini daha böyük miqyasda təmin etmək olduğunu bildirib.
Konfransda Narınc Uşaq Psixologiya Mərkəzinin direktoru Narınc Rüstəmova, Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Səadət Qurbanova, Fəlsəfə İnstitutununFəlsəfə, sosiologiya və sosial psixologiya şöbəsinin rəhbəri Rəfiqə Əzimova, türkiyəli qonaqlar - refleksoloq Esat Başaran, psixoloq Tancu Ekinçi və digərləri çıxış edərək mövzu ilə bağlı fikirlərini bildiriblər.
Konfrans çərçivəsində plenar iclaslar keçirilib və psixoterapistlərin, klinik refleksoloqların və psixoloqların təqdimatında məruzələr dinlənilib.