Yusif Vəliyev xatırlandı

Yusif Vəliyev xatırlandı Gənc Tamaşaçılar Teatrında görkəmli sənətkar, parlaq istedada malik unudulmaz teatr və kino aktyoru, Xalq Artisti Yusif  Vəliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş xatirə gecəsi keçirilib. Teartdan “Olaylar” – a bildirilib ki, teatrın yaradıcı heyəti və teatrın direktoru, Əməkdar Artist Mübariz Həmidov  mərhum aktyorun məzarını ziyarət ediblər.  Daha sonra teatrda  Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə xatirə gecəsi gerçəkləşib. Tədbirdə mədəniyyət xadimləri, mərhum sənətkarın yaxınları iştirak ediblər. Əməkdar İncəsənət Xadimi, sənətşünaslıq doktoru, professor İlham Rəhimlinin aparıcılığı ilə baş tutan xatirə gecəsinin quruluşçu rejissoru Xalq Artisti Vaqif Əsədov olub. İ.Rəhimli Azərbaycan teatrı tarixində silinməz izlər qoyan Yusif Vəliyevin səhnəyə gəlişindən, oynadığı rollardan, bütün aktyorlara nümunə ola biləcək səhnə sevgisindən danışıb. Professor teatr səhnəsi ilə yanaşı, kino sahəsində də öz sözünü deyən ustad sənətkarın ifa etdiyi obrazların məziyyətlərini təhlil edib.

Gənc Tamaşaçılar Teatrında görkəmli sənətkar, parlaq istedada malik unudulmaz teatr və kino aktyoru, Xalq Artisti Yusif  Vəliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş xatirə gecəsi keçirilib. Teartdan "Olaylar" - a bildirilib ki, teatrın yaradıcı heyəti və teatrın direktoru, Əməkdar Artist Mübariz Həmidov  mərhum aktyorun məzarını ziyarət ediblər.  Daha sonra teatrda  Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə xatirə gecəsi gerçəkləşib. Tədbirdə mədəniyyət xadimləri, mərhum sənətkarın yaxınları iştirak ediblər.

Əməkdar İncəsənət Xadimi, sənətşünaslıq doktoru, professor İlham Rəhimlinin aparıcılığı ilə baş tutan xatirə gecəsinin quruluşçu rejissoru Xalq Artisti Vaqif Əsədov olub. İ.Rəhimli Azərbaycan teatrı tarixində silinməz izlər qoyan Yusif Vəliyevin səhnəyə gəlişindən, oynadığı rollardan, bütün aktyorlara nümunə ola biləcək səhnə sevgisindən danışıb. Professor teatr səhnəsi ilə yanaşı, kino sahəsində də öz sözünü deyən ustad sənətkarın ifa etdiyi obrazların məziyyətlərini təhlil edib.

Xalq Artistləri Tariyel Qasımov, Yasin Qarayev, Rasim Balayev, Rafiq Əzimov, Əməkdar Artistlər Almaz Mustafayeva, Ənvər Həsənov, Ötkəm İskəndərov və başqaları çıxış edərək Yusif Vəliyevin yaradıcılığı, Azərbaycan teatrına verdiyi töhvələr, sənətkarın yüksək insani keyfiyyətlərini dilə gətiriblər.

Teatrın gənc və istedadlı aktyorları, Əməkdar Artist Elşən Rüstəmov, aktyorlar Günel Məmmədova, Səbinə Məmmədova, Elnur Kərimov səhnəyə çıxaraq ölməz şair Səməd Vurğunun "Dünya" şeirini səsləndiriblər.

Sonda sənətkarın həyat yoldaşı Zemfira Sadıqova çıxış edərək yubileyin keçirilməsində əməyi keçən hər kəsə öz dərin minnətdarlığını bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31