ADMİU SABAH qrupu tələbələrinin ifasında “Pygmalion”
Mədəniyyət və İncəsənət Universitetində SABAH qrupu tələbələrin iştirakı ilə B.Shawın “Pygmalion” adlı tamaşa təqdim edilib. Universitetdən "Olaylar" - a bildirlib ki, tamaşa ilk dəfə ingilis dilində II, III kurs Aktyor və Rejissor sənəti ixtisasında təhsil alan tələbələr tərəfindən nümayiş olunub. Əsərin hazırlanmasında tələbələr ilə Xoreoqrafiya sənəti və səhnə plastikası kafedrasının müdiri, dosent Ofeliya Zeynalova, Əməkdar artist Nofəl Vəliyev, Sabah mərkəzinin rəhbəri Böyükxanım Məmmədbəyova və müəllim Mahirə Hacıyeva məşğul olub.
3 İyun 2017 16:18 MədəniyyətMədəniyyət və İncəsənət Universitetində SABAH qrupu tələbələrin iştirakı ilə B.Shawın "Pygmalion" adlı tamaşa təqdim edilib.
Universitetdən "Olaylar" - a bildirlib ki, tamaşa ilk dəfə ingilis dilində II, III kurs Aktyor və Rejissor sənəti ixtisasında təhsil alan tələbələr tərəfindən nümayiş olunub. Əsərin hazırlanmasında tələbələr ilə Xoreoqrafiya sənəti və səhnə plastikası kafedrasının müdiri, dosent Ofeliya Zeynalova, Əməkdar artist Nofəl Vəliyev, Sabah mərkəzinin rəhbəri Böyükxanım Məmmədbəyova və müəllim Mahirə Hacıyeva məşğul olub.
Sonda Universitetin rektoru, Əməkdar incəsənət xadimi, professor Fərəh Əliyeva tamaşanı bəyəndiyini qeyd edərək, müəllim və tələbə heyətinə uğurlar arzulayıb.