Gündəm
Novruz Məmmədov: "Ermənistanın ərazi iddiaları bu ölkəni əməkdaşlıq imkanından məhrum edir"
Ermənistanın ərazi iddiaları bu ölkəni əməkdaşlıq imkanından məhrum edir. Bunu Azərbaycan Prezidentinin xarici siyasət məsələləri üzrə köməkçisi - şöbə müdiri Novruz Məmmədov "Azərbaycan-Gürcüstan-Türkiyə üçtərəfli əlaqələri: Gələcəyə baxış" mövzusunda keçirilən beynəlxalq konsfransda çıxışı zamanı deyib.
Prezidentin köməkçisi: “Beynəlxalq münasibətlərdə ədalət yoxdursa, başqa dəyərlərdən danışmaq normal görünmür”
"Azərbaycan-Gürcüstan-Türkiyə əməkdaşlıq formatı öz töhfəsini verir. Bakı-Tbilisi-Ərzurum,Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Qars layihələri bu əməkdaşlığa misaldır". Bunu Azərbaycan Prezidentinin xarici siyasət məsələləri üzrə köməkçisi-şöbə müdiri Novruz Məmmədov deyib. O qeyd edib ki, əməkdaşlığın böyük perspektivləri var və bunu davam etdirmək lazımdır. “Azərbaycan-Rusiya-İran arasında iki il əvvəl yaradılmış Cənub-Şimal dəhlizi ilə bağlı əməkdaşlıq formatının da böyük gələcəyi var. Bu formatlar milli ,iqtisadi, siyasi maraqlar üst-üstə düşdüyü üçün səmərəli olur. Azərbaycan beynəlxalq aləmdə öz mövqeyindədir” - deyə, N. Məmmədov bildirib.
"Londondakı hücumları biz törətdik" - İŞİD-dən etiraf
"İraq və Şam İslam Dövləti" (İŞİD) terror təşkilatı Britaniyanın paytaxtı Londonda törədilmiş terror aktına görə məsuliyyəti üzərinə götürüb. Bu barədə İŞİD-in "Amaq" informasiya agentliyi məlumat yayıb. "Bir dəstə döyüşçümüz Londonda hücumu gerçəkləşdi", - "Amaq" bəyan edib.
Səfir: "Azərbaycanla Pakistan arasında müasir müdafiə məhsullarının alınması ilə bağlı danışıqlar davam edir"
Azərbaycan və Pakistan arasında müasir müdafiə məhsullarının alınması ilə bağlı danışıqlar davam edir. Bu barədə Azərbaycanın Pakistandakı səfiri Əli Əlizadə bu ölkənin nüfuzlu Centreline diplomatik jurnalına müsahibəsində deyib.
Putin Trampın "gizli əlaqə kanalı" iddialarını təkzib etdi
Rusiya Federasiyasının prezidenti Vladimir Putin ABŞ prezidenti Donald Trampın administrasıyası isə gizli əlaqə yaradıldığı barədə məlumatları təkzib edib. Vladimir Putin bu haqda "NBC" kanalına rəsmi açıqlamasında deyib. Rusiya lideri ona belə əlaqələrin dəstəklənməsi haqqında heç bir təklif gəlmədiyini bildirb.
Qətər ərəb ölkələrinə cavab verdi
Bəhreyn, Misir, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Qətərlə diplomatik münasibətləri kəsməsi sübutsuz atılan addımdır. Bu haqda ölkənin Xarici İşlər Nazirliyinin bəyanatında deyilir. Bəyanatda həmçinin qeyd edilir ki, ərəb ölkələrinin bu addımı BƏƏ-nin sakinlərinin həyatına təsir etməyəcək.
Azər Həsrət: “Azərbaycanla Gürcüstanın arasına heç kim girə bilməz”
“Azərbaycanla Gürcüstan elə iki dövlətdir ki, heç kim bu dövlətlərin arasına girə bilməz”. Bunu siyasi şərhçi Azər Həsrət deyib. Onun sözlərinə görə, hər iki dövlət yüz illərdir eyni taleyi yaşayır: “Rus işğalı, ardından 1918-də müstəqil dövlətlərin qurulması, yenidən rus-sovet işğalı, yenidən müstəqilliyin əldə edilməsi və bütün bunlarla yanaşı, bölücülükdən əziyyət çəkməklə tale bizim dövlətlərimizi bir-birinə daha da yaxınlaşdırıb.
Müşfiq “Yenə o bağ olaydı” şeirini dostunun bacısına yazmışdı -ARAŞDIRMA
Bu gün Mikayıl Müşfiqin doğum günüdür. 109 yaşı tamam olur. Bu münasibətlə Ağa Cəfərlinin “Yenə o bağ olaydı...” yazısını təqdim edirik. “Yenə o bağ olaydı”... Möhtəşəm şeir, ən gözəl sevgi nəğməsi... Hisslərin ən səmimi, saf etirafı, dillərdən düşməyən poema...
Tanınmış jurnalist AZƏRTAC-ın 3 ölkə üzrə xüsusi müxbiri təyin edildi
AZƏRTAC-ın Ukrayna, Belarus və Moldova üzrə xüsusi müxbiri təyin olunub. “OLAYLAR”-ın xəbərinə görə, , bu posta tanınmış jurnalist Emil Hüseynli təyinat alıb. Məlumat üçün qeyd edək ki, Emil Hüseynli uzun illər ölkənin aparıcı media qurumlarında çalışıb. Onun sonuncu iş yeri isə Trend İnformasiya Agentliyi olub.
Əmək Nazirliyi tərəfindən daha 100 nəfər əlilliyi olan şəxs istirahət mərkəzinə yola salınıb
Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən əlilliyi olan şəxslərin ölkəmizin səfalı guşələrində istirahətinin təşkili işlərinin davamı kimi, bu təbəqədən olan 100 nəfər vətəndaş Lənkəran rayonunda yerləşən istirahət mərkəzinə yola salınıb.
Firəngiz Əlizadənin yubileyi Muğam Mərkəzində
Muğam Mərkəzində dünya şöhrətli bəstəkar, görkəmli musiqi ictimai xadim, respublikanın Xalq artisti, UNESCO nun “Sülh artisti”, AMEA nın müxbir üzvi, İttifaqının sədri ”Şöhrət” ordenli, professor Firəngiz Əlizadənin yubileyinə hərs olunmuş musiqi festifalı çərçivəsində kamera konserti keçirildi. Konsertdə F.Əlizadənin əsərləri səsləndi. Mərkəzdən “Olaylar” – a bildirilib ki, tədbirdə tanınmış elm və Mədəniyyət xadimləri, ictimayətin nümayəndələri iştirak edirdilər. Tədbirdə “Aşıq havası”(Solo piano və elektron səs yazısı üçün), Piano üçün sonata (Alban Berqə həsr olunub), “İmpuls”, “Crossing-I”, (Çarpazlaşma I) ”İn Search”(Axtarışda), “From Yapanes Poetrie” (Yapon poeziyasından), “Atəş” əsərləri səslənib.
“Yuğ” Teatrında “Metamorfoza”
Azərbaycan Dövlət “Yuğ” Teatrının yaradıcı heyəti yeni tamaşa –“Metamorfoza” adlı səhnə əsərini təqdim edib. Tamaşa yazıçı S.Haqverdiyevanın əsəri əsasında hazırlanıb. Teatrdan "Olaylar" - a bildirilib ki, rejissor Günay Səttarın quruluşunda təqdim olunub. Tamaşada aktyorlar Oqtay Mehdiyev (Sən) , Zümrüd Qasımov (Mən) və Elgün Həmidov ( O) rollarında çıxış ediblər.
Səyyar ASAN xidmət yeni məntəqələrdə
Səyyar ASAN xidmət 5 iyun – 4 iyul tarixində Daşkəsən, Balakən, Yardımlı, İmişli şəhərlərində, 5 – 19 iyun tarixində Ağdam şəhərində vətəndaşlara səyyar formada xidmət göstərəcək. Asan xidmətdən “Olaylar” – a bildirlib ki, Həmçinin, səyyar avtobuslar 8 iyun Zərdabda, 20 iyun Qusarda, 9 iyun Mehdiabad qəsəbəsində, 10 iyun Türkan qəsəbəsində, səyyar ASAN qatar 5 iyun Xaçmazda vətəndaşların xidmətində olacaqlar. Bununla yanaşı, Abşeron Gənclər Evində isə ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi xidməti həyata keçirilir.
Qədim Səmərqənd şəhərində Azərbaycan mədəniyyəti günləri
İyunun 12-dən 15-dək qədim Səmərqənd şəhərində Azərbaycan mədəniyyəti günləri keçiriləcək. Özbəkistandakı səfirliyimizin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi (AMM), Əlişir Nəvai adına Səmərqənd Dövlət Universiteti (SDU) və Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyətinin təşəbbüsü ilə iyunun 13-də Səmərqənd Dövlət Universitetində “Azərbaycan-Özbəkistan: mədəni, ədəbi əlaqələr” mövzusunda elmi konfrans təşkil olunacaq.
Emin Sabitoğlu yad edildi
Ötən gün Heydər Əliyev Sarayında görkəmli bəstəkar, Xalq Artisti Emin Sabitoğlunun mahnılarından ibarət konsert proqramı təqdim edilib. Saraydan "Olaylar" - a bildirlib ki, konsertdə Xalq artistləri Flora Kərimova, Brilliant Dadaşova, Azər Zeynalov, Samir Cəfərov, Gülyaz Məmmədova, Ənvər Sadıqov, İlham Namiq Kamal, Əməkdar artistlər Aqşin Abdullayev, Zakir Əliyev, Lalə Məmmədova, Almaz Orucova, İnarə Babayeva, Rəşad İlyasov, müğənnilər Kamilə Nəbiyeva, Elton Hüseynəliyev, Səbinə Ərəbli, Taleh Yəhyayev, Emiliya Yaqubova, Zabitə Alıyeva, Rövşən Əziz, Nigar Şabanova, Nurlan Əzizbəyli, Ayşən Mehdiyeva, İlahə Əfəndiyeva, “Sevil” qrupu və başqaları çıxış edib.














