Gündəm

Hava yağmursuz keçəcək

5 İyun 2017 12:37

İyunun 6-da Bakı və Abşeron yarımadasında hava dəyişkən buludlu, yağmursuz keçəcək. Axşam buludluluğun artacağı gözlənilir. Şimal-qərb küləyi gündüz mülayim cənub küləyi  ilə əvəz olunacaq. 

Daha iki ölkə Qətər ilə əlaqələri kəsdi - YENİLƏNİB

5 İyun 2017 12:33

Səudiyyə Ərəbistanı, Misir, Bəhreyn və Birləşmiş Ərəb Əmirliklərinin Qətər ilə diplomatik əlaqələrini kəsdikləri haqda məlumat vermişdik.  Bu 4 ölkənin Qətərlə bütün diplomatik əlaqələrini kəsməsinin ardından Yəmən də Qətərdən üz döndərdiyini açıqlayıb. Qətərin Yəməndə husilərə qarşı yaradılan beynəlxalq koalisiyadakı rolunun sona çatdığı açıqlanıb.

Dünyanın 7 ölkəsində ödənişsiz təhsil almaq istəyənlərə şad xəbər

5 İyun 2017 12:31

Xaricdə ödənişsiz təhsil almaq istəyənlər üçün Azərbaycan-Kıbrıs Dostluq Cəmiyyəti (AKDC) yeni imkanlar açır. Cəmiyyətdən “OLAYLAR”-a bildirilib ki, bunun üçün AKDC dünyanın 7 ölkəsində fəaliyyət göstərən və əsas tədris mərkəzi Şimali Kipr Türk Cümhuriyyətində yerləşən Girne American Universiteti (GAU) ilə müqavilə imzalayıb.

Metropoliten xəttə yubiley qatarı buraxdı

5 İyun 2017 12:30

Bu il yarım əsrlik yubileyini qeyd edən Bakı metropolitenində bu əlamətdar hadisə ilə bağlı tədbirlər planı çərçivəsində gerçəkləşdirilən növbəti layihə son illərin ən əhəmiyyətli yeniliklərindən birinə həsr olunub. Belə ki, metropoliten xətlərinə həm tematik dizayn tərtibatı, həm də xarici görkəmi ilə sərnişinlərin diqqətini çəkəcək qatar buraxılıb.

Azərbaycan MDB məkanında ən yaxşı yolları olan ölkə seçilib

5 İyun 2017 12:29

"The World Economic Forum" beynəlxalq təşkilatın reytinqinə əsasən Azərbaycan MDB məkanında ən yaxşı yolları olan ölkə seçilib. “Azəravtoyol” ASC-nin mətbuat xidmətindən “OLAYLAR”-a bildirilib ki, beynəlxalq təşkilatın reytinqinə əsasən dünya ölkələri arasında isə Azərbaycan yollarına görə 50-ci yerə layiq görülüb. Bu siyahıda qonşu dövlətlər olan Rusiya 123-cü, Gürcüstan 78-ci, Ermənistan isə 81-ci yerdə qəraralaşıb.

Fəthullah Gülən Türkiyə vətəndaşlığından məhrum edilir

5 İyun 2017 12:22

Əgər "Hizmət" hərəkatının lideri Fəthullah Gülən 3 ay ərzində ABŞ-ı tərk edib Türkiyəyə qayıtmasa, ölkə vətəndaşlığından çıxarılacaq. Vətəndaşlıqdan çıxarıla biləcək şəxslərin siyahısında xaricdə yaşayan müxalif Xalqların Demokratik Partiyasından (HDP) olan deputatlar Faysal Sarıyıldız vəTuğba Hezer də var. Onlar PKK terror təşkilatı ilə əlaqədə ittiham olunur.

Transfer rekordunu real qıracaq - 115 milyon

5 İyun 2017 12:17

La Liqada və Çempionlar Liqasında çempion olan "Real" transfer çalışmalarına start verir. İngiltərə mətbuatına istinadən xəbər verir ki, "Kral Klubu"nun transfer siyahısının ilk pillələrində Eden Hazırd yer alıb. Belçika millisinin üzvü özü də "Real"da oynamaq istəyir. Yalnız "Çelsi"nin razılığını almaq lazımdı ki, ispanlar bunun üçün qarşı tərəfə 115 milyon avro təklif edir. London klubu böyük ehtimalla təklifi qəbul edəcək. Bu baş versə, Eden Hazard dünyanın ən bahalı transferi olacaq. Hazırda bu titul "Mançester Yunayted"in "Yuventus"dan 110 milyon avroya aldığı Paul Poqbaya məxsusdu. 

Tillerson Qətər ətrafında yaranmış vəziyyətə münasibət bildirdi

5 İyun 2017 12:16

ABŞ Qətər ətrafında yaranmış vəziyyətlə bağlı Körfəz ölkələrini birliyə çağırıb. Bunu dövlət katibi Reks Tillerson deyib.   "Biz, əlbəttə, bütün tərəfləri danışıqlar masasına əyləşməyə və fikir ayrılıqlarını aradan qaldırmağa çağırırıq. Fikrimizcə, Ərəb Dövlətlərinin Əməkdaşlıq Şurası vahid qalmalıdır", - deyə R.Tillerson söyləyib.

Ceyhan limanından 2 milyon tondan artıq neft dünya bazarlarına çıxarılıb

5 İyun 2017 12:08

2017-ci ilin may ayı ərzində 2 milyon 236 min 93 ton Azərbaycan nefti Ceyhan limanından dünya bazarlarına çıxarılıb. “OLAYLAR”-ın SOCAR-a istinadən verdiyi xəbərə görə, bu həcmin 1 milyon 322 min 980 tonunu Azərbaycan Respublikası Dövlət Neft Fondunun nefti təşkil edib.

“İnsan hüquqları aylığı” qeyd olunur

5 İyun 2017 12:06

Paytaxt məktəblərində ölkəmizdə elan olunan “İnsan hüquqları aylığı” ilə əlaqədar silsilə tədbirlər keçirilir. “OLAYLAR”-ın Bakı Şəhəri üzrə Təhsil İdarəsinə istinadən verdiyi xəbərə görə, Təhsil Nazirliyi və Ombudsman Aparatı arasındakı əməkdaşlıq çərçivəsində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki məktəblərdə insan hüquqlarına dair konfrans, seminar, “Dəyirmi masa”, disput və inşa yazı müsabiqələri təşkil edilir.

May ayında Təhsil Nazirliyinin Vətəndaşlarla iş bölməsinə 21 088 müraciət daxil olub

5 İyun 2017 12:05

Təhsil Nazirliyinin Telefon Məlumat Mərkəzinə (“Qaynar xətt” xidməti, telefon: 146) daxil olan zənglərlə vəVətəndaşların Qəbulu Mərkəzində 2017-ci ilin may ayında vətəndaşlara göstərilən xidmətlərlə bağlı statistika açıqlanıb.

Keçən ay BTC kəməri ilə 2,2 milyon ton Azərbaycan nefti nəql olunub

5 İyun 2017 12:03

2017-ci ilin may ayı ərzində BTC əsas ixrac boru kəməri vasitəsilə 2 milyon 237 min 140 ton Azərbaycan nefti nəql olunub. “OLAYLAR”-ın SOCAR-a istinadən verdiyi xəbərə görə, cari ilin yanvar-may aylarında bu kəmərlə 10 milyon 961 min 523 ton neft ötürülüb. Ümumiyyətlə, kəmər istifadəyə verilən gündən 2017-ci il iyun ayının 1-ə qədər BTC-yə 332 milyon 499 min 585 ton neft vurulub. Bundan başqa, 2017-ci ilin may ayında BTC kəməri ilə 561 min 762 ton Türkmənistan nefti nəql olunub.

Azərbaycan hərbçiləri “Qafqaz Qartalı” təlimində

5 İyun 2017 12:02

Azərbaycan, Türkiyə və Gürcüstan Müdafiə nazirlərinin əldə etdikləri razılığa əsasən Tbilisi şəhərində üç ölkənin xüsusi təyinatlı qüvvələrinin “Qafqaz Qartalı” birgə təlimi keçirilir. “OLAYLAR”-ın xəbərinə görə, bu barədə məlumatı Müdafiə Nazirliyinin mətbuat xidməti yayıb. Bildirilib ki, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin kontingentinin də iştirak etdiyi təlim iyunun 14-dək davam edəcək.

Ermənilər 120 dəfə atəşkəsi pozub

5 İyun 2017 11:58

“OLAYLAR”-ın Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 120 dəfə pozub. Ermənistan Respublikası Noyemberyan rayonu ərazisindəki adsız yüksəkliklərdə, İcevan rayonunun Paravakar kəndində yerləşən mövqelərdən Qazax rayonunun Qaymaqlı, Ağstafa rayonunun Köhnəqışlaq kəndlərində, Berd rayonunun Çinari, Ayqedzor kəndlərində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Tovuz rayonunun Muncuqlu və Koxanəbi kəndlərində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.

Prezidentin köməkçisi: "Azərbaycan beynəlxalq aləmdə öz mövqeyindədir"

5 İyun 2017 11:56

Azərbaycan beynəlxalq aləmdə öz mövqeyindədir. Bunu Azərbaycan Prezidentinin xarici siyasət məsələləri üzrə köməkçisi - şöbə müdiri Novruz Məmmədov "Azərbaycan-Gürcüstan-Türkiyə üçtərəfli əlaqələri: Gələcəyə baxış" mövzusunda keçirilən beynəlxalq konsfransda çıxışı zamanı deyib.