Metropoliten xəttə yubiley qatarı buraxdı

Bu il yarım əsrlik yubileyini qeyd edən Bakı metropolitenində bu əlamətdar hadisə ilə bağlı tədbirlər planı çərçivəsində gerçəkləşdirilən növbəti layihə son illərin ən əhəmiyyətli yeniliklərindən birinə həsr olunub. Belə ki, metropoliten xətlərinə həm tematik dizayn tərtibatı, həm də xarici görkəmi ilə sərnişinlərin diqqətini çəkəcək qatar buraxılıb.

Bu il yarım əsrlik yubileyini qeyd edən Bakı metropolitenində bu əlamətdar hadisə ilə bağlı tədbirlər planı çərçivəsində gerçəkləşdirilən növbəti layihə son illərin ən əhəmiyyətli yeniliklərindən birinə həsr olunub. Belə ki, metropoliten xətlərinə həm tematik dizayn tərtibatı, həm də xarici görkəmi ilə sərnişinlərin diqqətini çəkəcək qatar buraxılıb. Qurumun mətbuat xidmətindən "OLAYLAR"-a bildirilib ki, ön hissəsi yenilənən, əvvəlkilərdən tamamilə seçilən bu qatarda bir sıra yeniliklər elə ilk baxışdan aydın görünür. Ön və yan hissələri bənövşəyi və narıncı rəngə boyanmış qatarın tematik tərtibatı metropolitenin 50 illik yubileyinə həsr olunub. Qatar boyunca pəncərə səviyyəsində yarıməsrlik yubiley üçün hazırlanmış xüsusi fərqləndirici loqotiplər yerləşdirilib. Maşinist kabinasının ön hissəsində Azərbaycan Respublikasının dövlət bayrağı əks olunub. Giriş qapıları arasında pəncərə altı orta zolaqda isə "Yarım əsr xidmətinizdə" devizi yer alıb. Son vaxtlar Bakı metropoliteninin loqotipinin əks olunduğu yeni tipli antivandal plastik oturacaqlar yeni təmirdən çıxmış qatarda yubiley üçün işlənmiş loqotiplərlə bəzədilib. Bütün bunlar ötən illər ərzində daim yüksək səviyyədə mədəni xidmət göstərmiş və sərnişinlərin etimadını qazanaraq bu illər ərzində onlara doğma olmuş Bakı metropoliteninin yubileyini sərnişinlərə xatırladacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31