Gündəm

Kənan M.M-dən Tunaya sərt sözlər: Pərvinlə bağlı "1000 manat" söhbətinə görə

5 İyun 2017 13:28

“Maşın” şounun qalmaqallı iştirakçısı, aktrisa Pərvin Abıyevanın ərtrafında yaranan söz-söhbət səngimək bilmir. Bir vaxtlar aparıcı kimi fəaliyyət göstərən aktrisa Tunay Əliyeva Pərvinin ünvanına təhqiramiz ifadələr işlədib.

Ödənişlər nağdsız qaydada həyata keçiriləcək

5 İyun 2017 13:25

İyunun 5-də Milli Məclisin Əmək və sosial siyasət, Hüquq siyasəti və dövlət quruculuğu, İnsan hüquqları komitəsinin birgə iclası keçirilib. “Olaylar” xəbər verir ki, iclasda Azərbaycanda bir sıra sahələr üzrə ödənişlərin nağdsız qaydada həyata keçiriləcəyinə dair qanunvericiliyə dəyişikliklər edilməsi müzakirə olunub.  Bununla bağlı “Əmək pensiyaları haqqında” qanununa dəyişiklik təklif edilir.

Tanınmış aktrisa Pərvin Abıyevanı BİABIR etdi: “Qardaş" deyə-deyə 1000 manata…” - QALMAQAL

5 İyun 2017 13:22

“Maşın şou”da səs-küylü görüntüləri ilə sosial şəbəkəni bir-birinə vuran Pərvin Abıyava xanım həmkarları tərəfindən də topa tutulub. Türkiyədə yaşayan aktrisamız Tunay Əliyeva açıqlama verərək, Pərvinlə bağlı od püskürüb: “Maşın şou”da o nə həyasızlıq idi? Utanmadan efirdə söyüş söyürdü.

DİN tanınmış vəkilin ölümü ilə bağlı rəsmi məlumat yaydı

5 İyun 2017 13:15

Daxili İşlər Nazirliyi Milli Televiziya və Radio Yayımları Şurasının hüquqşünası Toğrul Mirzəzadənin yol qəzasında ölüməsi ilə bağlı rəsmi məlumat yayıb. “Olaylar”   nazirliyin saytına istinadən xəbər verir ki, iyunun 3-də saat 18 radələrində Xətai rayonu Zığ yolu küçəsində Bakı şəhər sakini Toğrul Mirzəzadə idarə etdiyi “Harley-Devidson” markalı motosikleti qarşıda gedən paytaxt sakini Nəriman Nəciyevin idarə etdiyi “QAZel” markalı avtomobilə vurub və nəticədə T.Mirzəzadə hadisə yerində ölüb. Hadisə ilə bağlı Xətai Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

Nəsimi rayon  məktəbliləri  Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında

5 İyun 2017 13:13

Yeniyetmə və gənclərin asudə vaxtlarının, onların istirahətinin təşkili hər zaman Nəsimi rayon İcra Hakimiyyətinin diqqət mərkəzində saxlanılır. Bununla əlaqədar rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə məktəblilərin iştirakı ilə bir sıra maraqlı tədbirlərin keçirilməsi nəzərdə tutulmuşdur.

Hava nəqliyyatında siqaret çəkməyə görə cərimələr artırıldı

5 İyun 2017 13:09

Azərbaycanda ictimai yerlərdə  siqaret çəkməyə görə cəzanın sərtləşdirilməsi təklif olunur. “Olaylar”ın məlumatına görə bu, Milli Məclisin əmək və sosial siyasət, insan hüquqları və hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclasında müzakirə olunan İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər layihəsində əksini tapıb. Əsas dəyişikliklərdən biri hava nəqliyyatında siqaret çəkməyə tam qadağa qoyulmasını nəzərdə tutur. Dəyişikliyə əsasən, hava nəqliyyatında siqaret çəkməyə görə cərimə onqat – 10 manatdan 100 manatadək – artırılır.

Övladlarını spirtli içki qəbul etməsinə sövq edən valideyinlər cəzalanacaq

5 İyun 2017 13:07

Milli Məclisin Əmək və sosial siyasət, İnsan hüquqları, Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclasında deputatlar “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanun layihəsi ilə bağlı İnzibati Xətalar Məcəlləsinə dəyişiklik layihəsi müzakirə olunub. “Olaylar” xəbər verir ki, məcəlləyə əsasən, nəzərdə tutulmuş əməllər yetkinlik yaşına çatmayanların spirtli içki, narkotik vasitələr və ya psixotrop maddələr qəbul etməsinə və ya avaralıqla məşğul olmasına, cinayət məsuliyyətinə cəlb etməyə imkan verən yaş həddinə çatmamış uşaqlar tərəfindən cinayət əlamətləri olan ictimai təhlükəli əməlin törədilməsinə və ya on dörd yaşından on altı yaşınadək uşaqlar tərəfindən inzibati xəta əlamətləri olan əməlin törədilməsinə səbəb olduqda altmış manatdan yüz manatadək məbləğdə cərimə edilirdisə,bundan sonra yüz manatdan iki yüz əlli manatadək cərimələnəcək.

Astarada məktəblilərin narkotiklərə qarşı mübarizə mövzusunda maarifləndirici tədbir keçirilib

5 İyun 2017 13:05

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə «Ekoloq-2010» Ekoloji Maarifləndirmə İctiami Birliyi tərəfindən icra olunan  “İnsan ekologiyası : Gənclər narkotiklərər YOX deyirlər! yürüşünün təşkili” mövzusunda layihənin icrası davam edir.

Alişanın toy tarixi dəqiqləşdi

5 İyun 2017 13:03

Model Çağla Şikel bir tədbirdə jurnalistlərin suallarını cavablandırıb. O, yaxın dostu müğənni Alişanın toy tarixini də açıqlayıb. Model nişanın iyunun 29-da, toyun isə noyabrda olacağını söyləyib: "Qardaşımı evləndirirmişəm kimi hiss edirəm".

Əflatun Amaşov: Jurnalistlərə evlərin verilməsi zamanı kollektivin sayı da nəzərə alına bilər

5 İyun 2017 12:55

Jurnalistlər üçün yeni tikilmiş binadakı mənzillər əsasən, Prezident Administrasiyası tərəfindən müəyyənləşdirilmiş şəxslərə təqdim olunacaq. Bunu  Milli Məclisin deputatı Əflatun Amaşov deyib. Keçən dəfə jurnalistlərə mənzillərin verilməsi məsələsinin Mətbuat Şurasına (MŞ) həvalə edildiyini xatırladan Ə.Amaşov bu dəfə işin MŞ, KİVDF və MTRŞ-nın birgə yaratdığı komissiya tərəfindən görüləcəyini söyləyib: “Məncə keçən dəfə biz bu məsələni layiqincə yerinə yetirdik. Evləri obyektiv bölüşdürdük və heç bir səs-küy də olmadı. Hesab edirəm ki, bu dəfə də elə olacaq. Lakin bu dəfə evlərin sayı çox olduğundan biz belə qərara gəldik ki, yalnız MŞ deyil, KİVDF, MTRŞ da bu işə cəlb edilsin. Artıq 3 qurumun birgə komissiyasını yaratmışıq. Bu komissiya tərəfindən sənədlər qəbul ediləcək”.

Uniq Açıq hava Film Festivalı başladı

5 İyun 2017 12:55

İlin ən çox müzakirə olunan  filmlərindən olan “La La Land” filmi başlayan Uniq Açıq hava Film Festivalı İstanbulda öz işinə başladı. “Olaylar” “Miliyyet” - ə istinadən bildirir ki, filmsevərlərin böyük maraqla qarşıladığı festival, yaz boyu davam edəcək və həftənin üç günü tamaşaçılarla görüşəcək.

“Hara ayaq basırsan siqaret kötüyü çıxır”

5 İyun 2017 12:52

“Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanun layihəsinin qəbulunun gecikdirilməsi müxtəlif sualların yaranmasına səbəb olub. Məlumat üçün qeyd edək ki, sözügedən qanu layihəsi ikinci oxunuşdan keçib. Sənədin hər iki oxunuşda müzakirəsi zamanı istər Səhiyyə Nazirliyinin təmsilçiləri, istərsə də millət vəkilləri birmənalı olaraq belə bir qanunun qəbulunun vacib olduğunu, üstəlik sənədin sosial sifariş əsasında ərsəyə gəldiyini bəyan ediblər.

Nazim Hikmət Moskvada anıldı

5 İyun 2017 12:50

 Məşhur Türk şairi Nazim Hikmət , ölümünün 54-cü ildönümündə Moskvadakı məzarı başında anıldı. “Olaylar” “Sözcü” – yə istinadən bildirir ki, Moskvadakı Məşhurlar Qəbiristanlığı olaraq bilinən Novodeviçi qəbiristanlığında təşkil edilən xatırlanma mərasimində, Türkiyənin Rusiyadakı səfiri Hüseyn Diriözlə birgə, bir neçə türkiyəli sənətçilər Zülfü Livaneli, Nəbil Özgentürk, Sunay Akın, A. Mümtaz Taylan və çox sayda Moskvada yaşayan Türkiyə və Rusiya vətəndaşları qatılıb.

Politoloq: “Həmsədr dövlətlər münaqişənin həllində maraqlı deyil” 

5 İyun 2017 12:44

“ATƏT-in Minsk qrupu həmsədrlərinin regiona növbəti səfəri ərəfəsində ermənilər cəbhədə bilərəkdən vəziyyətin gərginləşməsində maraqlıdırlar”. Bunu açıqlamasında politoloq Zaur Məmmədov deyib. 

XİN Aİ və ABŞ Dövlət Departamentinin Əfqan Muxtarlının həbsi ilə bağlı açıqlamalarına münasibət bildirib

5 İyun 2017 12:40

“Azərbaycan RespublikasıDövlət Sərhəd Xidməti və Baş Prokurorluğunun mətbuat xidmətinin 1 iyun 2017-ci il tarixli birgə məlumatında Azərbaycan vətəndaşı Əfqan Muxtarlının saxlanması barədə dəqiq məlumat verilib”. Bunu Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Ə. Muxtarlı ilə bağlı Avropa İttifaqı və ABŞ Dövlət Departamentinin müvafiq olaraq 3 və 4 iyun tarixli açıqlamalarını şərh edərkən deyib.