Politoloq: “Həmsədr dövlətlər münaqişənin həllində maraqlı deyil” 

“ATƏT-in Minsk qrupu həmsədrlərinin regiona növbəti səfəri ərəfəsində ermənilər cəbhədə bilərəkdən vəziyyətin gərginləşməsində maraqlıdırlar”. Bunu açıqlamasında politoloq Zaur Məmmədov deyib. 

"ATƏT-in Minsk qrupu həmsədrlərinin regiona növbəti səfəri ərəfəsində ermənilər cəbhədə bilərəkdən vəziyyətin gərginləşməsində maraqlıdırlar". Bunu açıqlamasında politoloq Zaur Məmmədov deyib. Onun sözlərinə görə, ötən həftə ermənilərin cəbhəboyu törətdikləri təxribatlar onu göstərir ki, bəzi qüvvələr Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən təzyiq vasitəsi kimi istifadə etməkdə maraqlıdırlar. Bu arada, son zamanlar Azərbaycan ilə Qərb arasında münasibətlərin isinməsinin şahidiyik. Bu, istər-istəməz münaqişənin nizamlanmasına da tərsirsiz ötüşməyəcək.

ATƏT-ə qaldıqda isə, indiki halda üç həmsədr dövlətin (Rusiya, ABŞ, Fransa) münaqişə ilə bağlı fikirləri üst-üstə düşür. Bu isə o deməkdir ki, onlar münaqişənin həllində maraqlı deyillər". Sia.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31