“Hara ayaq basırsan siqaret kötüyü çıxır”
“Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanun layihəsinin qəbulunun gecikdirilməsi müxtəlif sualların yaranmasına səbəb olub. Məlumat üçün qeyd edək ki, sözügedən qanu layihəsi ikinci oxunuşdan keçib. Sənədin hər iki oxunuşda müzakirəsi zamanı istər Səhiyyə Nazirliyinin təmsilçiləri, istərsə də millət vəkilləri birmənalı olaraq belə bir qanunun qəbulunun vacib olduğunu, üstəlik sənədin sosial sifariş əsasında ərsəyə gəldiyini bəyan ediblər.
5 İyun 2017 12:52 SosialDeputat: "Bəzi qruplar var ki, orta məktəb şagirdlərinə siqaret paylayırlar
"Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında" qanun layihəsinin qəbulunun gecikdirilməsi müxtəlif sualların yaranmasına səbəb olub. Məlumat üçün qeyd edək ki, sözügedən qanu layihəsi ikinci oxunuşdan keçib. Sənədin hər iki oxunuşda müzakirəsi zamanı istər Səhiyyə Nazirliyinin təmsilçiləri, istərsə də millət vəkilləri birmənalı olaraq belə bir qanunun qəbulunun vacib olduğunu, üstəlik sənədin sosial sifariş əsasında ərsəyə gəldiyini bəyan ediblər. Hətta millət vəkili, Milli Məclisin Əmək və sosial siyasət komitəsin sədri Hadi Rəcəbli bildirib ki, qanun layihəsi birbaşa parlamentin sədri tərəfindən dəstəklənir. Lakin on illərlədir ki, belə bir qanunun qəbulu mümkün olmayıb. Maraqlıdır, əgər qanunun qəbulu sosial sifarişdirsə, onda hansı qüvvələr "Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında" qanunun qəbuluna maheə törədir? Hansı ki, bu qanun layihəsi əhalinin sağlamlığının qorunması, sağlam həyat tərzinin təbliği, uşaqların və gənclərin sağlam böyüməsi və inkişafı, zərərli vərdişlərə aludəçiliyin profilaktikası, tütün məmulatlarının istifadəsinin və tütün tüstüsünün ətraf mühitə ziyanlı təsirlərinin azaldılması istiqamətində fəaliyyətin hüquqi əsaslarını müəyyən edir.
Millət vəkili, Milli Məclisin Əmək və sosial siyasət komitəsin sədri Hadi Rəcəbli bildirib ki, artıq qanun layihəsi parlament tərəfindən qəbul olunmaq üçün tam hazırdır. Sənədin ikinci oxunuş zamanı millət vəkilləri tərəfindən səsləndirilən bütün irad və təkliflər baxılaraq, nəzərə alınıb. Komitə sədri ümumiyyətlə, adıçəkilən sənəd üzərində bir ildən artıq müddət ərzində iş aparıldığını və onun zaman-zaman təkmilləşdirildiyini dilə gətirib: "Çünki bu, çox vacib məsələdir. Cəmiyyətin bütün təbəqələrini maraqlanıran bir qanun layihəsidir. Onun hazırlanması, qəbulu da cəmiyyətin sosial sifarişindən irəli gəlib.
Qeyd edim ki, bu, çox mübahisəli də bir məsələydi. Bu sənəd məhz spikerimiz Oqtay müəllimin yaxından dəstəyi nəticəsində müzakirələrə çıxarıldı. Ən böyük dəstək ondan gəlidi. Sonra digər komitələr də bu işə dəstək verdilər. Odur ki, ötən müddət ərzində bu sənəd üzərində gərgin iş aparılıb və söylənilən əksər irad və təkliflər onun təkmilləşdirilməsində nəzərə alınıb". Komitə sədri üçüncü oxunuşda bir sıra ciddi dəyişikliklərin edildiyini də nəzərə çatdırıb. Hadi Rəcəbli də deyib ki, qanun layihəsində nəzərdə tutulan "xüsusi ayrılmış yerlər" məsələsi ictimai yerlərdə siqaretin çəkilməsi məsələsini tənzimləyəcək.
Millət vəkili Fazil Mustafa belə bir yüksək səviyyəli sənəd hazırlandığına görə, deputat həmkarı Hadı Rəcəbliyə minnətdarlığını ifadə edib: "Çünki bu, hadisə sayıla biləcək bir sənəddir. Hər birimiz bu sənədi dəstəkləyirik. Çox mükəmməl bir sənəddir. Odur ki, belə bir təkmil, mükəmməl sənədə görə, Hadi müəllimə də minnətdarlığımızı bildiririk". Millət vəkili Məlahət İbrahimqızı deyib ki, belə bir qanunun qəbul olunması ilə bağlı uzun müddət idi cəmiyyətdə müzakirələr, mübahisələr gedirdi: "Hətta, xaricdən ölkəmizə gələn mütəxəssislər də daim bu məsələni bizdən soruşur, maraqlanırdılar. İndi çox sevindirici və əlamətdar haldır ki, belə bir sənəd ərsəyə gətirilib. O, eyni zamanda bildirb ki, ancaq onu qanunun icrasında üzə çıxa biləcək bir sıra məqamlar maraqlandırır: "Çünki hamının mədəniyyət səviyyəsi eyni deyil. Hamı eyni yüksək mədəniyyətə malik deyil. Bəzən şadlıq evlərində məclislərdə iştirak edən zaman görürük ki, yaxınlığımızda əyləşən bir insan kimsəni nəzərə almadan siqaret çəkir, insanların əhvalını, sağlmalığını korlayır. Bu baxımdan bilmək istəyirəm ki, qanunun icrasında bu məsələ necə tənzimlənəcək. Ona görə yaxşı olardı ki, bunun qarşısının alınması ilə də bağlı kiçicik bir məqam nəzərdə tutulaydı". Deputat Qüdrət Həsənquliyev qeyd edib ki, orta məktəb şagirdlərinin siqaretə aludəçiliyi narahatçılıq yaradır. O, orta məktəblərdə şagirdlərin bəzən siqarət çəkməyə təşviq edilməsindən narahatlığını dilə gətirib: "Bəzi qruplar var ki, onlar orta məktəb şagirdlərinə siqaret paylayırlar. Onlar da bir dəfə, iki dəfə çəkdikdən sonra siqaret aludəçisinə çevrilirlər. Bu, çox ciddi və narahatlıq doğuran bir məsələdir və bunun qarşısının alınması ilı bağlı kəskin addımların atılması vacibdir". Deputat Jalə Əliyeva hesab edir ki, belə bir qanunun qəbulu olduqca vacibdir: "Mən bu sənədi dəstəkləyirəm və hər zaman da dəstəkləmişəm. Hesab etmişəm və edirəm ki, onun qəbulu çox vacibdir. Ancaq məni ən çox narahat edən məsələ siqaretin çəkilib kötüyünün hara gəldi atlımasıdır. Bu, məni çox narahat edir. Bir etika, ədəb məsələsi var. Hara ayaq basırsan siqaret kötüyü çıxır. Hətta, qəbiristanlığa əzizini ziyarət etməyə gedirsən, qarşılaşdığın mənzərədən adamı dəhşət bürüyür, az qala adam özünə nifrət edir. Başa düşdük, kimsə dərdini ovundurmaq üçün siqaret çəkir, ancaq onun kötüyünü qəbirin, məzar daşının yanına tullamaq nə dərəcədə etikdir, nə qədər insanlıqdandır? Bu, çox yolverilməz haldır". Xatırladaq ki, artıq qanun layihəsi Milli Məclisin Sosial siyasət və əmək, İnsan hüquqları, Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclasında 3-cü oxunuşdam keçib. Qanun layihəsinin tütün məmulatlarının satışında həvəsləndirmə üsullarının məhdudlaşdırılması haqqında maddəsinə əsasən tütün məmulatlarının ticarətinə icazəsi olan hüquqi və fiziki şəxslərə məhsul satışında istifadəçilərin həvəsləndirilməsi üçün üsullardan istifadə edilməsi qadağan edilir. Belə ki, tütün məmulatlarının və onların yeni nümunələrinin pulsuz paylanması və ya mükafat kimi verilməsi, tütün məmulatlarının lotereya, müsabiqə, idman yarışları, oyunlar üçün mükafat kimi təklif edilməsi, tütün məmulatlarının satışı və istifadəsi ilə bağlı uduşlu oyunların, o cümlədən stimullaşdırıcı lotereyaların keçirilməsi daxildir. Tütün istehsalı və satışı ilə məşğul olan şəxslər istehsal edilən və ya satışa çıxarılan tütün məmulatlarını istehlakçılara hədiyyə və ya yardım kimi paylaya bilməzlər.
Nurlan