Gündəm

Gürcü ekspert: "Azərbaycan və Gürcüstan ikitərəfli münasibətlərə xələl gətirilməsinə imkan verməzlər"

5 İyun 2017 14:27

Gürcüstandan Azərbaycana qanunsuz olaraq keçməyə görə saxlanılan Əfqan Muxtarlının həbsi ətrafında yaranmış vəziyyət Azərbaycanla Gürcüstan arasındakı sıx münasibətlərə təsir göstərə bilməz.

Bakıda bu çimərliklər yararsız çıxdı

5 İyun 2017 14:26

Dəniz suyu nümunələrinin monitorinqinin nəticələrinə görə, Abşeron yarımadasında Səbail rayonunun Şıx çimərliyi və Qaradağ rayonunun Sahil çimərliyi çimmək üçün yararsız hesab olunub. Bunu  Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin Sanitariya-gigiyena şöbəsinin müdiri Ziyəddin Kazımov deyib.

Bakı Atatürk Liseyinin 25 illiyi qeyd edildi

5 İyun 2017 14:19

Türk Dünyası Araşdırmalar Vəqfi Bakı Atatürk Liseyinin 25 illiyi, eləcə də məzun günü ilə əlaqədar tədbir keçirilib. Azərbaycan Dövlət Dram Teatrında baş tutan tədbirdə Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral, millət vəkili Qənirə Paşayeva, Dünyası Araşdırmaları Vəqfinin başqanı Közhan Yazqan, TDAV-ın qurucusu Turan Yazqanın ailəsi, VHP sədri Sabir Rüstəmxanlı, keçmiş təhsil naziri Firudun Cəlilov, eləcə də təhsil ocağının müəllim və şagird heyəti iştirak edib.

Hakim komandada hansısa narazılıqla bağlı mülahizələrə yer yoxdur

5 İyun 2017 14:17

Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının strukturu dəyişikliyi ilə əlaqədar dövlət başçısı İlham Əliyevin imzaladığı sərəncam hələ də müzakirə edilməkdədir.

NED-in Azərbaycanda təxribat məqsədilə ayırdığı 5 milyon dollar

5 İyun 2017 14:13

AntiAzərbaycan qüvvələr Bakıya qarşı fəaliyyətlərinin növbəti mərhələsinə start veriblər. Hər zaman olduğu kimi, bu dəfəki fəaliyyət də Azərbaycanın nüfuzuna zərbə vurmaq, onun siyasi çəkisinə xələl gətirmək, bütün bunların məntiqi nəticəsi olaraq ölkədə ictimai-siaysi sabitliyi pozmaqla öz istəklərinə nail olmaqdır.

“Bəziləri ölkədə müsəlmanlar arasında bölücülüyə davam edirlər”

5 İyun 2017 14:10

Azərbaycan hər zaman öz tolerantlığı, multikulturalizmi, dini dəyərlərə, inanclara hörmət və ehtiram hissi olan bir ölkə kimi tanınıb. Günümüzdə də ölkəmiz məhz bu qeyd edilən məqamlara görə, dünyaya nümunə olaraq göstərilir. Elə ölkəmizdə müntəzəm olaraq mədəniyyətlərarası və dinlərarası dialoqa həsr olunmuş beynəlxalq konfrans və forumların keçirilməsi, istər paytaxt Bakıda, istərsə də bölgələrdə İslam dini ilə yanaşı, qeyri-İslam dinindən olan inanclı insanlara ibadətləri üçün istənilən şəraitin yaradılması, kilsə və digər qeyri-İslami ibadət yerlərinin hökumət hesabına təmir edilərək inanclı insanların ixtiyarına verilməsi deyilənləri təsdiqləyir. Bu baxımından bu gün dünyanın heç bir ölkəsində olmayan dini tolerantlığın məhz Azərbaycanda mövcud olduğunu birmənalı şəkildə söyləmək mümkündür. Ən son mayın 12-dən 22-dək Bakıda IV İslam Həmrəyliyi Oyunlarının keçirilməsi bunun əyani sübutu idi.

Sorğu: Rusiyalılar ABŞ və Ukraynanı düşmən sayır

5 İyun 2017 14:03

Rusiyalılar ABŞ-ı ən böyük təhlükə sayır.  “Levada Mərkəzi”nin keçirdiyi sorğuya əsasən respondentlərin 69 faizi bu qənaətdədir. Sorğuda iştirak edən rusiyalıların 50 faizi Ukraynanı, 24 faizi isə Almaniyanı düşmən sayır. Bundan başqa, respondentlərin qənaətinə görə, Latviya, Litva, Polşa, Estoniya və Böyük Britaniya da Rusiyanın rəqibləri arasındandır. Sorğu iştirakçılarının 46 faizi Belarusu, 39 faizi Çini Rusiyanın əsas müttəfiqləri hesab edir. Respondentlərin 34 faizi Qazaxıstanı, 15 faizi isə Suriyanı dost ölkə sayır. Sorğuya əsasən Hindistan, Ermənistan, Kuba, Özbəkistan, Tacikistan və Azərbaycan da Rusiyanın müttəfiqləri arasında yer alıb.

Gürcüstan parlamentindən Əli Kərimli və dəstəsinə etiraz

5 İyun 2017 14:00

Radikal müxalifət təmsilçiləri AXCP sədrinin müavini Gözəl Bayramlı və Əfqan Muxtarlının həbsini siyasiləşdirərək Azərbaycan-Gürcüstan münasibətlərinə xələl gətirməyə çalışırlar. Əli Kərimli və dəstəsinin bu cəhdi gözlənildiyi kimi Gürcüstanda da xoş qarşılanmayıb və bunun Azərbaycana qarşı təxribat olduğu bəyan edilib.

Klintonla bağlı araşdırma aparılır - Korrupsiya qalmaqalı

5 İyun 2017 13:54

ABŞ Senatının hüquq komitəsinin rəhbəri Çak Qrassli prezidentliyə keçmiş namizəd Hillari Klintonbarəsində araşdırmalara başlayıb. Bu barədə "Caller Daily" qəzeti məlumat yayıb. Söhbət sabiq dövlət katibinin Banqladeşdən olan iş adamı Məhəmməd Yunus barəsində korrupsiya ittihamı ilə açılan cinayət işinə dair araşdırmaların dayandırmaq cəhdlərindən edir. 

ABŞ-a viza üçün Facebook səhifələrinizi təqdim edin! - Yeni qaydalar

5 İyun 2017 13:53

ABŞ-a viza almaq üçün son 5 ildə sosial şəbəkələrdəki informasiyaların linklərini və son 15 ildəki tərcümeyi-halı təqdim etmək lazım gələcək. Prezident Donald Trampın administrasiyasının təsdiq etdiyi yeni qaydalar bunu nəzərdə tutur. Tənqidçilərin fikrincə, bu qaydalar viza istəklərinin işlənməsi zamanı gecikmələrə səbəb olacaq, nəticədə ABŞ-a əcnəbi tələbə və alimlərin cəlb edilməsinə mane olacaq. Çünki ABŞ-a viza almaq proseduru onsuz da mürəkkəb idi.

Cavad Rəcəbov keçmiş gəlini haqda: "Bu qadın çox həyasız və manyakdır"

5 İyun 2017 13:52

Bu gün mediada yayılan iddialara görə, müğənni Cavad Rəcəbov gəlinini və nəvəsini yaşadığı evdən çölə atır. İfaçının oğlu Cavid Rəcəbov Günel Axundova ilə iki il bundan əvvəl rəsmi ailə həyatı qurub. Cütlüyün bu nikahdan bir oğlu dünyaya gəlib. İki ildən sonra isə cütlük məhkəmə yolu ilə boşanıblar.

“Təmiz Şəhər” ASC birincidir

5 İyun 2017 13:47

İqtisadiyyat Nazirliyi Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə keçirilən Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 94 illiyinə və 15 iyun - Milli Qurtuluş Gününə həsr olunmuş mini-futbol çempionatı başa çatıb.

Qoca qitəni gözləyən siyasi və iqtisadi təhlükələr

5 İyun 2017 13:44

Avropa son illər özünün böhran dövrünü yaşayır. Özü də bu böhran getdikcə daha ciddi fəsadlara yol açmaqdadır. İstər siyasi, istər iqtisadi, humanitar, istərsə də digər sferalarda özünü göstərən bu böhran o qədər ciddi hal alıb ki, artıq qoca qitənin təmsilçiləri arasında da problemlər ziddiyətlər meydana çıxmağa başlayıb.

Politoloq: “Həmsədrlər bu dəfə də diqqəti cəbhədəki vəziyyətə yönəldəcəklər"

5 İyun 2017 13:42

“ATƏT-in Minsk qrupunun həmsədrlərinin iyunun 19-da regiona səfəri çox güman ki, digərlərindən seçilməyəcək”. Bunu  politoloq İlqar Vəlizadə deyib. Hazırda Minsk qrupunun həmsədrlərinin xarici işlər nazirlərinin görüşünün gündəliyini təşkil etməyə çalışdığını deyən politoloq söyləyib ki, amma əslində onlar nəticə etibarı ilə prezidentlərin görüşünə gətirib çıxaracaq gündəlik tərtib etməli idilər: “Təbii ki hazırda prezidentlərin görüşündən söhbət gedə bilməz.

Ödənişsiz sınaq imtahanları keçiriləcək

5 İyun 2017 13:30

2017/2018-ci tədris ili üçün Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasın tərəfindən  tələbə qəbulu ilə bağlı 5 – 20 iyun 2017-ci il tarixlərində saat 10:00-dan 17:00-dək xüsusi qabiliyyət tələb edən “Bədən tərbiyəsi və idman” ixtisası üzrə sınaq imtahanları keçiriləcək.