Gündəm
180 dövlət əmlakı özəlləşdiriləcək
Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən 04 iyul tarixində keçiriləcək hərracda 180 dövlət əmlakı özəlləşdirilməyə çıxarılıb. Bunlardan 34-ü kiçik dövlət müəssisə və obyekti, 91-i istifadəsiz qeyri-yaşayış sahəsi, 41-i səhmdar cəmiyyəti, 14-ü isə nəqliyyat vasitəsidir.
Hicran Hüseynova Edvard Karvardin ilə görüşüb
5 iyun 2017-ci il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynovanın UNİCEF-in Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Edvard Karvardin ilə görüşü keçirilib.
Nazirlik iməclik keçirdi
5 iyun “Ümumdünya ətraf mühit günü” ilə əlaqədar Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən Binəqədi-Novxanı yolunun sol kənarında iməcilik keçirilib. Nazirlikdən “Olaylar” – a bildirlib ki, nazirliyinin əməkdaşlarının, qeyri-hökumət təşkilatları, ictimai birlik və ictimaiyyət nümayəndələrinin iştirak etdiyi iməcilikdə 5 hektar ərazi 100 m3-ə qədər məişət tullantısından təmizlənib.
DTX sədri Musiqili Teatrda
Dövlət Təhlükəsizlik Xidmətinin sədri Mədət Quliyev Musiqili Teatrda olub. Musiqili teatrının mətbuat katibi Samir Sədaqətoğlu “Olaylar” – a bildirib ki, general-leytnant Mədət Quliyev Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşları ilə birlikdə dünya şöhrətli bəstəkar, SSRİ Xalq artisti Fikrət Əmirovun ölməz musiqiləri və “1001 gecə” nağıllarının motivləri əsasında hazırlanan “999-cu gecə” tamaşasını izləyib. Anşlaqla keçən tamaşanı izləyənlər arasında Amerika Birləşmiş Ştatlarından ölkəmizə gələn qonaqlar da olub. “999-cu gecə” böyüklər üçün nağıl-tamaşası bütün izləyicilər tərəfindən böyük maraq və çoşqu ilə qarşılanıb.
FETÖ – nun məktəbi bağlanıldı
Şərq Afrika ölkələrindən olan Ruandada, Fətullahçı terror təşkilatına bağlı fəaliyyət göstərən tək məktəb bağlanıldı. “Olaylar” “Miliyyet” - ə istinadən bildirir ki, Ruanda təhsil naziri Dr. Papias "Hope Academy" adıyla fəaliyyət göstərən feto qurulmasına aid məktəbin bağlanıldığını elan edib.
İqtisadi inkişaf istiqamətlərindən biri innovasiyalara əsaslanan sənaye quruculuğu ilə bağlıdır
“Hazırda Azərbaycanın seçdiyi prioritet iqtisadi inkişaf istiqamətlərindən biri müasir, innovasiyalara əsaslanan sənaye quruculuğu ilə bağlıdır”. “OLAYLAR”-ın yap.org.az-a istinadən verdiyi xəbərə görə, bu fikri Milli Məclisin deputatı Xanhüseyn Kazımlı səsləndirib. O, bildirib ki, ölkəmizdə Prezident İlham Əliyevin müəyyənləşdirdiyi strategiyaya uyğun olaraq qeyri-neft sənayesində istehsal imkanlarının artırılması həm siyasi cəhətdən, həm də investisiya təminatı baxımından dəstəklənir: “Son illərdə ölkəmizdə qeyri-neft sənayesinin inkişafına göstərilən diqqət, bu məqsədlə fundamental əsaslar yaradılması öz müsbət nəticələrini verməkdədir. Belə ki, artıq respublikamızda sənaye quruculuğunun müsbət nəticələrindən geniş söhbət açmaq mümkündür.
Müntəzəm sərnişindaşıma ilə məşğuı olan fiziki və hüquqi şəxslərin birləşdirilməsi prosesinə başlanılıb
Paytaxtın inzibati ərazisində müntəzəm sərnişindaşıma ilə məşğuı olan fiziki və hüquqi şəxslərin birləşdirilməsi prosesinə başlanılıb. “OLAYLAR”-ın xəbərinə görə, Bakı Nəqliyyat Agentliyinin təşəbbüsü ilə başlayan birləşmə prosesi daşıyıcıların istəyinə əsasən həyata keçirilir.
Deniz Seki azad olur
Narkotik ticarəti etməkdə günahlandırılan, təxminən 3 ildir ki, türkiyənin Bakırköy Qadın həbsxanada məhbus həyatı yaşayan Deniz Seki bu gün azadlığına qovu.acaq. “Olaylar” “Miliyyet” - ə istinadən bildirir ki, Deniz Sekinin qardaşı Serkan Seki və nişanlısı Faruk Salman, 46 yaşındakı müğənninin xüsusi əşyalarını həbsxanadan götürüblər. Müğənninin fanatları və yaxınları həbsxana önündə müğənnini gözləyirlər. Deniz Sekinin vəkili Naim Karakaya mətbuata verdiyi məlumatda bildirib ki, həbsxanadan müğənninin azad olmasına dair gələcək sənədləri gözləyirlər.
Mədəsində 1,5 kq heroin keçirmək istədi
Dövlət Gömrük Komitəsinin (DGK) Biləsuvar Gömrük İdarəsinin gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumata əsasən, idarənin “Qoşa Təpə” gömrük postunda İrandan Azərbaycana piyada gələn Azərbaycan vətəndaşı saxlanılıb və üzərində şəxsi yoxlama aparılıb. DGK Mətbuat Xidmətindən “Olaylar”a verilən məlumata görə, şəxsi yoxlama zamanı vətəndaşın daxili orqanında (mədəsində) 1 ədəd bükümdə xalis çəkisi 1,560 qram olan narkotik vasitə – heroin aşkar edilib. Faktla bağlı araşdırma aparılır.
Surdotərcümə ilə milli film nümayiş olundu
Nizami Kino Mərkəzində danışma və eşitmə qüsuru olan insanlara surdotərcümə ilə milli film nümayiş olunub. Mərkəzdən “Olaylar” – a bildirlib ki, Nizami Kino Mərkəzi Human Foundation qurumunun nəzdində Human Deaf Community ilə birgə eşitmə və danışma məhdudiyyətli insanlarla surdotərcümə edilmiş milli “Oğlan evi” filmini təqdim edib. Film, tamaşaçılar tərəfindən böyük maraqla izlənilib.
"Sədərək"də mağaza yaran oğrular tutuldu
Qaradağ Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən "isti izlər"lə keçirilən əməliyyat tədbirləri nəticəsində rayon ərazisində baş vermiş oğurluq hadisəsinin 3 saat ərzində açılması təmin olunub.
Azay Quliyev Türkiyəyə səfər edəcək
Milli Məclisin deputatı, ATƏT Parlament Assambleyasının sədr müavini Azay Quliyev təşkilatın xüsusi missiyası çərçivəsində iyunun 6-dan 9-dək Türkiyədə səfərdə olacaq. Bu haqda “Olaylar”a Milli Məclisdən məlumat verilib. Səfərin məqsədi Türkiyədə mövcud ictimai-siyasi vəziyyətlə tanışlıq, qurumun nümayəndə heyətinin ötən ilin avqustunda Ankarada keçirilən görüşlərinin nəticələrinin müzakirəsi, ATƏT PA ilə qardaş ölkə arasında dialoq və əməkdaşlıq imkanlarını genişləndirməkdən ibarətdir.
Heydər Əsədov Yevlaxda vətəndaşlarla görüş keçirəcək
Kənd təsərrüfatı naziri Heydər Əsədov iyun ayının 9-da Yevlax şəhər Kənd Təsərrüfatı İdarəsinin inzibati binasında Yevlax, Goranboy, Göygöl, Samux və Daşkəsən rayonlarının sakinləri ilə görüşəcək.
Elçin Quliyev Dövlət Sərhəd Xidmətinin rəisi təyin edilib
Azərbaycan Prezidenti İlham Əliyev Elçin İsağa oğlu Quliyevin Dövlət Sərhəd Xidmətinin rəisi təyin edilməsi haqqında sərəncam imzalayıb.
"Dedi marixuananı heroinlə dəyişdim"
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirləndirilən Səfər İbrahimovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. Hakim Rauf Əliyevin sədrliyi ilə keçirilən prosesdə şahidlər dindirilib. Səbail Rayon Polis İdarəsinin Narkotiklə Mübarizə Bölməsinin rəisi Ruslan Məmmədov ifadə verərək bildirib ki, 2017-cı ilin yanvarın əvvəlində ona S.İbrahimovun narkotik alveri ilə məşğul olduğuna dair məlumat daxil olub: "Yanvarın 15-də onu saxlayıb üzərinə baxış keçirdik. Şalvarının cibindən 200 manat pul və marixuana aşkar edildi. Əlində qara rəngli çanta var idi, ondan da marixuana çıxdı. Dedi özüm üçün yığmışam, marixuana çox idi. Dedi ki, qalanını dəyişib heroin aldım".



.jpg)










